AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
08 yanvar 2019
2 286


Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”



Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

 

 
 
"Valideynin övladı üçün maddi anlamda çox şey etməyə gücü çatmır.  Sinifdə isə hər təbəqədən şagird olur. Övladı sinif yoldaşlarından kənarda  qalanda ata-ana da mənəvi əzab çəkir. Bilirsiniz, ananın bu hisslərini sözlə ifadə etmək olmur”.

Övladının gündəlik xərclərindən danışan valideyn Nigar Süleymanova belə düşünür. O, VII sinifdə oxuyan oğlunun gündəlik ehtiyaclarını ödəmək üçün çəkdiyi xərcləri izah edir. Dediyinə görə, oğlunu özəl məktəbdə oxutdurmaq üçün təkcə illik haqqı olaraq, liseyə 3000 manat ödəyir:

"Özəl orta təhsil müəssisəsi olması bəzi xırda xərclərimizi azaldır. Məsələn, övladımı liseyə servis apardığına görə nəqliyyata pul xərcləmirik. Gündəlik qida ehtiyaclarını da lisey ödəyir. Dərs vəsaitləri, dəftər, qələm hər gün alınmasa da müəyyən qədər xərc tələb edir.

Oğlumun şəxsi inkişafını da diqqətdən qoymamağa çalışıram. Məsələn, məktəbdən sonra şahmat, musiqi dərslərinə gedir. Şahmat üçün 70, musiqi üçün 100 manat ödəməli oluruq. Özünün marağı olmasa da, onun inkişafı üçün bunları etməliyəm”.

Övladının sosial inkişafı üçün əlindən gələni əsirgəməyən valideyn maddi durumu aşağı olan ailələri də düşünür:

"Çox vaxt fikirləşirəm ki, mənim və həyat yoldaşımın qazancı bunları etməyə imkan verir, elə də çətinliyimiz olmur. Etiraf etsək, nənə-babaların da qayğısını daim hiss edirik... Amma övladı dövlət məktəbində təhsil alan, maddi təminatı zəif olan ailələri düşünürəm. Onlar çox şeyə qənaət etməli olurlar. Valideynin övladı üçün əlavə nəsə etməyə gücü çatmır. Sinifdə isə hər təbəqədən şagird olur. Övladı sinif yoldaşlarından ayrı qalanda ata-ana da mənəvi əzab çəkir. Ananın bu hisslərini sözlə ifadə etmək olmur”.

AzEdu.az olaraq Azərbaycanda bir şagirdin orta təhsil alması üçün gərəkən gündəlik xərclərdən danışacayıq. Dərindən düşünsək, Nigar xanımın dediklərindəki həqiqəti görərik.

Maddi durumu aşağı olan ailələr övladının ehtiyaclarını lazımınca qarşılaya bilirmi? Ailənin aşırı qənaət etmədən şagirdin ehtiyaclarını normal qarşılaması üçün bu xərclər necə nizamlanmalıdır?

"Uşaqlar üçün yaşayış minimumu 150 manatdan biraz yuxarıdır”

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyir ki, şagirdin gündəlik xərcləri yaş qruplarına görə dəyişir. İbtidai sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri arasında fərq var:

"Ümumilikdə məktəbə hazırlıq dönəmi üçün hesablamalar aparılıb. Bu araşdırmaya görə, hər şagirdə ən azı 200 manat civarında xərc tələb olunur. Bura məktəb ləvazimatları, geyimlər və s. daxildir.

Gündəlik xərclər isə bəzi xırda məsələlərdən asılıdır. Məktəbin yaxın və ya uzaqda yerləşməsi nəqliyyyat xərclərinə təsir edir. Amma ən azından uşaqlar üçün yaşayış minimumunu götürsək, Azərbaycanda bu, günə  5-6 manat civarında dəyişir. Çünki burada uşaqlar üçün yaşayış minimumu 150 manatdan biraz yuxarıdır. Bura nəqliyyat, yemək, dərs vəsaitləri ilə bağlı xərclər daxildir”.

"Almaniyada şagirdin aylıq xərci təqribən, 800 avroya bərabərdir”

Bu məbləğ çoxlarının gözünə çox görünə bilər, amma iqtisadçı vurğulayıb ki, standartlarla müqayisədə bu, çox aşağıdır:

"Təbii ki, bizimlə Avropanın gəlirlilik səviyyəsi eyni deyil. Amma  müqayisə etsək, bizdə xərclərin 7-8 dəfə az olması məlum olar. Məsələn, Almaniyada şagirdin aylıq xərci təqribən 800 avroya bərabərdir. Almaniyanın bu nəticəsi orta aylıq maaş, illik gəlirin yüksək olmasından xəbər verir. Azərbaycanda da bu standartlara ən azından yaxınlaşmaq üçün müəyyən addımlar atmalı, ən azından hesablama qaydaları dəyişməlidir. Həm geyim, həm dərs, həm də dərsdən sonrakı inişafı ilə bağlı yeni hesablama qaydaları gətirilməlidir.

Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. İdmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Bunların hamısı  bəlli bir vəsait tələb edir”.

"Özəl şirkətlər bu işə sponsorluq etsə...”

İqtisadçı dünya ölkələrində məktəbli xərclərini minimallaşdırmaq üçün tətbiq olunan təcrübədən də söz açıb. Bildirib ki, əksər ölkələrdə bu işlə təkcə dövlət məşğul olmur:

"Məsələn İrlandiyada bu işdə ən böyük yardım göstərən institutlardan biri kilsədir. Hər şagirdə kilsə tərəfində ayrıca vəsait ayrılır. Bu kilsənin tarixi ənənəsidir.

Avropa ölkələrində qeyri hökümət təşkilatları, müxtəlif fondlar, kommersiya təşkilatları, iri şirkətlər  məktəblərdə müəyyən layihələr həyata keçirir, bunun üçün vəsaitlər ayırırlar.

Azərbaycanın da qabaqcıl beynəlxalq təcrübədən istifadə etməsində yarar var. Yükü təkcə dövlətin üzərinə atmamaq da olar. Özəl şirkətlər bu işə sponsorluq etsə, müxtəlif dərnəklərin maliyyələşməsini holdinqlər öz üzərilərinə götürsə, vəziyyət dəyişər. Həm qurumlar daha keyfiyyətli xidmət edər, həm də dövlət büdcəsinə müəyyən qədər qənaət etmiş olarlar”.

"Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalıdır”

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, şagirdin yalnız təhsil və dərsliklərlə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Ekspert məsələyə həm də bir valideyn kimi yanaşaraq, ailənin üzərinə düşən xərcləri belə izah edib:

-Gündəlik qida xərcləri; (4-7 manat)

-Zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər; (aylıq 20-30 manat)

-Tibbi xərclər; (aylıq 30-70 manat)

-Məktəbə  gediş-gəliş xərcləri. (aylıq 10-20 manat)

-Dil və hazırlıq kursları (aylıq 150-300 manat)

-Geyim xərcləri (aylıq 70-100manat)

Bundan başqa digər davamlı zəruri xərclər də olur. 12  vərəqli  dəftərlər  40 qəpiyədir, 60 qəpiyə Rusiya istehsalı olanları da var. 40 vərəqli dəftərlər 50-60, dəftər üzləri 50, pozan 20-80, qələmbiçən 1.80 qəpiyədir. Gündəliyin qiyməti 2-4 manatdır. Sadə qələmin da ən ucuzu 30 qəpikdir. Albom 50 qəpikdən 1 manat 50 qəpiyə qədər qiymətlərdə təklif edilir. Rəngli qələmlərin qiyməti 1 manatdan başlayıb , 5 manata qədər artır. plastilinin isə ucuzu 1 manatdır. Məktəbli çantaları 40-150, məktəbli forması 50-120 manata başa gəlir. Yəni, şagirdi məktəbə yola salmaq valideynə aylıq ən azı 150 manata başa gəlir”.

"Məktəbli formalarının verilməsi ilə bağlı yükü dövlət öz üzərinə götürməlidir”

Onun sözlərinə görə, təhsil xərclərini ödəmək hər ailənin büdcəsi üçün deyil. Əsasən də hazırlıq kursları və repetitorluq ailə büdcəsinə ciddi təsir göstərir:

"Düşünürəm ki, məktəbli formalarının verilməsi ilə bağlı yükü də dövlət öz üzərinə götürməlidir. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalı, məktəbliləri daşıyan ayrıca avtobuslar təşkil edilməlidir. Fikrimcə, bunlar həyata keçirilsə, təhsilin əhatə dairəsi daha da genişlənər və əlçatanlıq təmin olunar Çünki nəqliyyat problemi rayon yerlərində şagirdlərin vaxtında və davamlı dərsə getməsinə təsir edir. Bu əsasən soyuq, yağışlı və qarlı havalarda müşahidə edilir.

Bunlarla bərabər düşünürəm ki, böyük tənəffüsdə şagirdlərə isti yemək və meyvə verilməlidir. Çox şagirdin məktəb bufetindən istifadə etməyə maddi durumu əl vermir”.



Загрузка...
Həmçinin oxuyun:
Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin maaşı gələn il bu qədər ARTACAQ - PROQNOZ

Müəllimlərin maaşı gələn il bu qədər ARTACAQ - PROQNOZ

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

"Təhsil və elm xərcləri olduqca aşağıdır"

"Təhsil və elm xərcləri olduqca aşağıdır"

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB