AzTehsil.com

Xəbərlər / test / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Manşet / Bölgə / Şagird
21 iyul 2025
977

Subbakalavrların ali məktəblərə qəbulu dayandırılır?



Subbakalavrların ali məktəblərə qəbulu, ümumi abituriyent qəbulundan sonra həyata keçirilsə, daha məqsədəuyğun olar. Burada məqsədimiz subbakalavrların şanslarını məhdudlaşdırmaq deyil. Əksinə, subbakalavrlar üçün ayrıca qiyabi ixtisasların açılması daha doğru olardı.


AzTehsil.com xəbər verir ki, bu sözləri azEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib. 

Ekspertin sözlərinə görə subbakalavrlar üçün ayrıca qiyabi ixtisasların açılması daha doğru olardı


 


"Subbakalavr məsələsi, ümumilikdə, ali təhsil müəssisələrinin də narahat olduğu əsas məqamlardan biridir. Burada əsas məsələ ondan ibarətdir ki, kollec təhsilini başa vuran subbakalavrların böyük əksəriyyəti ali məktəblərə qiyabi ixtisas üzrə qəbul olunmaq istəyirlər. Çünki 2 və ya 3 il kollec təhsili alan subbakalavrlar bir növ əmək fəaliyyətinə də başlamaq istəyirlər, işləmək niyyətində olurlar. Bu səbəbdən onlara qiyabi təhsil daha sərfəlidir.


Əyani təhsilə qəbul olsalar belə, bir çoxu işlədiikləri üçün bu formada təhsil almaqda çətinlik çəkirlər. Qeyd etmək lazımdır ki, subbakalavrlar kollec təhsilini başa vurduqdan dərhal sonra ali məktəblərə müraciət edə bildikləri kimi, bir neçə il sonra da qəbul imtahanlarına qoşula bilirlər. Məsələn, kollec təhsilini 2-3 il əvvəl bitirən və bu müddətdə işləyən şəxslər də bu prosesdə iştirak edirlər. Lakin işlədikləri üçün əyani təhsildə oxumaq onlar üçün ciddi çətinlik yaradır".


Bu zaman ali təhsil müəssisələrinin rəhbərliyi ilə subbakalavrlar arasında müəyyən anlaşılmazlıqlar yaranır


"Həmin anlaşılmazlıqlar isə zamanla daha geniş narazılıqlara çevrilir. Məhz buna görə ali məktəb rəhbərləri bu məsələdən narazılıqlarını dəfələrlə dilə gətiriblər. Güman edirəm ki, bu şikayətlər Dövlət İmtahan Mərkəzinə də çatdırılıb və bu səbəbdən Mələykə Abbaszadə bu mövzu ilə bağlı açıqlama verib. Mən özüm də bu açıqlamanın şahidi olmuşam. O qeyd etmişdi ki, subbakalavrların ali məktəblərə qəbul prosesi ilə bağlı ciddi narahatlıqlar var.


Müsahibimiz qeyd edib ki, bəzi ali təhsil müəssisələri subbakalavrları qəbul etmək istəmirlər: "Bunun səbəbi isə ondan ibarətdir ki, subbakalavrlar bəzən qəbul olunduqları halda həmin yerlərdən imtina edirlər və getmirlər. Mən bunun dəfələrlə şahidi olmuşam. Bu da həmin ixtisaslar üzrə plan yerlərinin boş qalmasına səbəb olur.


Subbakalavrların ali məktəblərə qəbulu, ümumi abituriyent qəbulundan sonra həyata keçirilsə, daha məqsədəuyğun olar. Burada məqsədimiz subbakalavrların şanslarını məhdudlaşdırmaq deyil. Əksinə, subbakalavrlar üçün ayrıca qiyabi ixtisasların açılması daha doğru olardı. Çünki onların böyük əksəriyyəti qiyabi təhsilə üstünlük verir. Düşünürəm ki, qiyabi ixtisaslarda subbakalavrlar həm daha səmərəli təhsil ala bilər, həm də iş həyatlarına maneə yaranmadan öz ixtisasları üzrə təhsil alaraq əmək fəaliyyətlərini davam etdirə bilərlər. Bu mənim şəxsi təklifim və arzumdur. Lakin bu məsələnin tənzimlənməsi asan deyil.


Burada iki yol mümkündür: ya yalnız subbakalavrlara yönəlik ayrıca qiyabi ixtisaslar yaradılmalı və onlar həmin yerlər üzrə qəbul imtahanında iştirak etməlidirlər; ya da ümumi qəbuldan sonra boş qalan yerlərə seçim hüququ verilə bilər. Lakin bu halda da, bəzi yüksək tələbat olan ixtisaslarda subbakalavrların qəbul şansı azalır.


Məsələn, 150 ballıq ixtisaslar marketing, turizm və bu kimi digər ixtisaslara subbakalavrların qəbul olunması ciddi problemə çevrilir. Bu plan yerləri ümumi abituriyentlər tərəfindən doldurulduğu üçün subbakalavrlar üçün yer qalmır. Məsələn, turizm ixtisasında təhsil almaq istəyən kollec məzunları illərlə ali təhsil müəssisələrinə qəbul ola bilmirlər".


Bu məsələdə həm universitetlərin narazılığında, həm də subbakalavrların narahatlığında müəyyən haqlı səbəblər var. Mən düşünürəm ki, bu məsələ mütləq şəkildə tənzimlənməlidir.


"Tənzimləmə istiqamətində qiyabi ixtisaslarda müəyyən güzəştlər tətbiq edilə bilər. Məsələn, subbakalavrlar üçün xüsusi plan yerləri ayrılsa, daha faydalı olar. Əyani ixtisaslar üzrə qəbul ümumi abituriyentlərlə birlikdə həyata keçə bilər. Amma qiyabi ixtisaslar üzrə subbakalavrlara müəyyən imtiyazların verilməsi universitetlərin planlamasını da asanlaşdırar. Beləliklə, onlar əvvəlcədən bilərlər ki, həmin plan yerləri konkret olaraq subbakalavrlara ayrılıb".



Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb

Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür