"Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır"
Azərbaycan dövləti valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları sahəsində beynəlxalq təcrübədən geniş istifadə edir və hətta digər ölkələrdə tətbiq olunmayan müdafiə mexanizmlərini də həyata keçirir”.
AzTehsil.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklərin əsas prinsipi uşaqlar üçün mövcud imtiyazların bərabərləşdirilməsidir: “Əgər valideynlərini itirmiş uşaqlar üçün müəyyən imtiyazlar nəzərdə tutulmayıbsa, amma valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu imtiyazlar mövcuddursa, bu fərqlilik aradan qaldırılmalıdır. Uşaqların heç biri imtiyazlardan kənarda qalmamalıdır”.
Komitə sədrinin müavini qeyd edib ki, bu baxımdan təklif edilən dəyişiklikləri tam dəstəkləyir və onların sosial ədalətin təmininə xidmət edəcəyinə inanır.