AzTehsil.com


Xəbərlər / H/N sənədlər / UBR
04 mart 2020
4 763


Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu



Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət
siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

                                                    I fəsil
 Ümumİ müddəalar
Maddə 1. Qanunun tə sir dairəsi

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. 

Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik

Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.

Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti

Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün
mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü

Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd
olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Maddə 6. Uşaqların hüquq bərabərliyi

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar
ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

Maddə 7. Uşağın nümayəndələri

Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.

Uşaqların "Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi
yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır. 
 
Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün   məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ

Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

Maddə 11. Uşağın tərbiyə almaq hüququ

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir.

Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb
edilməsi qadağandır.

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
 
Maddə 13. Uşağın zəruri maddi tə minat hüququ

Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 

Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

Maddə 15. Uşağın mə lumat azadlığı

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.

Maddə 16. Uşağın əsas vəzifələri

Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni
sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
 
II fəsil Uşaq və aİlə

Maddə 17. Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
 
Maddə 19. Valideynlərin hüquq və vəzifələri

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Uşağın mənzil hüququ

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər
mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar təmin edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüşelan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır. 

III fəsil Uşaq və cəmİyyət

Maddə 22. Uşağın təhsil almaq hüququ

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.

Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır.  

Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

Maddə 23. Fitri iste dada malik uşaqlara dövlət qayğısı

Dövlət fitri istedada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri
inkişaf etdirir.

Maddə 24. Uşağın əmək hüquqları

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 25. Uşağın istirahət hüququ

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini
yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.

Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz
göstərilir.

Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda birləşmək hüququ vardır.

Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

Maddə 27. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin
alçaldılması yolverilməzdir.
(Çıxarılıb)  

Maddə 28. Uşağın istismardan və zərərli təsirlərdən mühafizəsi

Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.

Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məs uliyyətə səbəb olur.

Maddə 29. Uşaqlara sosial yardımlar

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.

IV fəsil  Əlverİşsİz şəraİtə düşmüş uşaqların müdafİəsi

Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların təsirinə mə ruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə
minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında təmin edir.

Maddə 31. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

Maddə 32. Övladlığa götürmə

Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 33. İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri

Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar. Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol
verilmir. 

Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mə nəvi-psixoloji şərait yaradılır.

Maddə 34. İnternat müəssisələri mə zunlarının müdafiəsi

İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin məzunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda təminat almaq hüququ vardır.

Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.

Maddə 35.Sağlamlıq imkanları məhduduşaqların müdafiəsi 

Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. 

Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. 

Maddə 36.Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən güzəştlər 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə müavinət ödənilir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. 

Maddə 37. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür.

Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.

15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 38. Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi
Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görür. Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.

Maddə 39. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət onları lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

M a d d ə 3 9 - 1 . Uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikası
Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirir.

Maddə 40. İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri

İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır. Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə alınmalıdır.

Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları 
Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.

Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.

Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri
Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.

Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol
verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr  Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. 

Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə müəssisələrində saxlanılırlar.

Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait yaratmalıdırlar.
 

V fəsil Yekun müddəalar
Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili

Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 44. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs uliyyət daşıyırlar.

Maddə 45. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 may 1998-ci il № 499-IQ 



Загрузка...
Həmçinin oxuyun:
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

ƏM Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

ƏM Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır