"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır
“Elm haqqında” Qanunda dəyişikliyə ehtiyac da var, bununla bağlı elm adamlarının qaldırdığı məsələlər, gözləntilər də mövcuddur.
AzTehsil.com xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu istiqamətdə iş gedir: "Bu dəyişiklikləri illərdir ki, gözləyənlər var. Məsələn, iki dəfə müdafiənin aradan qalxmasını gözləyirlər".