AzTehsil.com


Xəbərlər
08 yanvar 2018
2 884


Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”



Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

 

Aztəhsil.com xəbər verir ki, universitetdən verilən məlumata görə, Şura üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, "Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, "Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və "525-ci qəzet”in müxbiri Sevinc Qarayeva imtahan prosesinin gedişini müşahidə etdikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

 

Görüşdə millət vəkili H.Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib.

 

O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb.

 

A.Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edərək, sessiya dövründə "Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb. Sessiya dövründə keçirilən "Açıq qapı” günlərində şura üzvlərinin iştirakını mühüm amil adlandıran S.Məmmədov bir görüşün tamamən onların təşkil etməsi təşəbbüsünü də alqışlayıb. Ə.Nuriyev şura üzvlərinin mütəmadi olaraq Radio UNEC-də də müraciətləri cavablandıra biləcəyini diqqətə çatdırıb. E.Əliyev yay imtahan sessiyasında 600 tələbə arasında aparılan sorğunun effektivliyindən söz açıb. UNEC-in rektorunun göstərişi ilə sorğuda qaldırılan aktual məsələlərin həll olunduğunu bildirib.

 

Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərəcək. Üzvlər yekdilliklə Etibar Əliyevin şuraya koordinator seçilməsini təklif ediblər.




Загрузка...
Həmçinin oxuyun:
İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib