Xəbərlər
26 aprel 2017
2 648


Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

 

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə tələbələrin görüşü keçirildi. Millət vəkili karyera nailiyyətləri mövzusunda çıxış etdi, fikir və mülahizələrini bölüşdü.
 
Natiq Qərb Universitetinin böyük ənənələri olan təhsil ocağı olduğunu qeyd etdi, gənclərin fəallığının əhəmiyyətini vurğuladı, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan bəhs etdi. Q.Paşayeva tələbələri Qərb Universitetində keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səslədi.
 
Millət vəkili tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi apardı, onları maraqlandıran sualları cavablandırdı. Q.Paşayeva gənclərə təhsillərində uğurlar arzuladı, Qərb Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün baza rolunda çıxış edəcəyinə əminliyini ifadə etdi.
 
moderator.az
Məqalə Göndər








Загрузка...