AzTehsil.com
EN


Xəbərlər
18 dekabr 2019
1 521


"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans



"Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans

 

Dekabrın 18-də "Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans keçirilib.

Konfransda Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Təhsil naziri Ceyhun Bayramov, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil işçiləri, tanınmış ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc rəhbərlik etdiyi qurum tərəfindən "Tam orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatdakı mühüm məqamları diqqətə çatdırıb. Zahid Oruc bildirib ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb.

Daha sonra çıxış edən Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib ki, təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafına adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqinin, biliklərin qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Səadət Yusifova qeyd edib ki, ölkəmizin müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir.

Daha sonra STM-in Daxili siyasətin təhlili departamentinin müdiri Tahirə Allahyarova ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatı təqdim edib. Tahirə Allahyarova qeyd edib ki, STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu əhatə edərək, genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə yekunlaşıb. Nəticə olaraq, yeni imtahan modelinin cəmiyyət tərəfindən müsbət qarşılandığı müşahidə olunub.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov yeni imtahan modelinin tətbiqinin təhsilin inkişafı üçün çox vacib amil olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, təhsillə bağlı məsələlərin bu cür müzakirəli təhlili çox əhəmiyyətlidir və faydalı nəticə verir. Ceyhun Bayramov bu gün tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara malik kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib. 

Təhsil nazirinin sözlərinə görə, əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxundan Azərbaycanın təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir. Nazir bildirib ki, imtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil və bu baxımdan yenilik təqdirəlayiqdir. Ceyhun Bayramov deyib ki, yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Bu imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir. Ceyhun Bayramov qeyd edib ki,  yeni imtahan modelində fənlərin sayında azalmanın olması həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklikdir.

Yeni imtahan modelinin tətbiqi ilə bağlı Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq etdiyini deyən nazir onu da vurğulayıb ki, yeni tətbiqin əsas üstünlüyü onun müasir standartlara cavab verməsidir.

Konfransda iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də çıxışında hesabatla bağlı fikirlərini səsləndirib. Məleykə Abbaszadə isə çıxışında bu il təhsil islahatlarının bir hissəsinin bitdiyini və dəyişikliklərin müsbət təsirlərinin gözlənilən olduğunu diqqətə çatdırıb. Məleykə Abbaszadə  həmçinin sosial xarakterli araşdırmaların davamlı olmasının labüdlüyünə toxunub. 

Konfrans digər natiqlərin çıxışları ilə davam etdirilib.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

“Yeni qəbul qaydaları təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək"

“Yeni qəbul qaydaları təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək"

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Məleykə Abbaszadə: "Şagirdlərə yeni növ tapşırıq veriləcək"

Məleykə Abbaszadə: "Şagirdlərə yeni növ tapşırıq veriləcək"

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək

Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Prezident STM əməkdaşlarını təltif etdi

Prezident STM əməkdaşlarını təltif etdi

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

"Qəbul imtahanlarında yeni model tətbiq olunacaq" - Məleykə Abbaszadə - VİDEO

"Qəbul imtahanlarında yeni model tətbiq olunacaq" - Məleykə Abbaszadə - VİDEO

Gəncə  şəhərində  konfrans  keçirilib

Gəncə şəhərində konfrans keçirilib

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Abituriyentlər və onların valideynləri narahat olmamalıdır

Abituriyentlər və onların valideynləri narahat olmamalıdır

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə