Xəbərlər
20 aprel 2017
3 729


Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İctimai Şuraya üzv olmaq istəyən vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri, kütləvi informasiya vasitələri təmsilçiləri ilə görüş keçirib.
 
Aztehsil.com-un apa-ya istinadən verdiyi məlumata görə, görüşdə iştirakçılara İctimai Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqında məlumat verilib. Sual kitabçalarının çapı, paketlənməsi və buraxılış imtahanı materiallarının yoxlanılması prosesinə aid qısa xidməti video nümayiş etdirilib. Sonda şuraya üzv olmaq istəyən namizədlərin siyahısı müəyyənləşdirilib. İctimai Şura Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.
 
M. Abbaszadə bildirib ki, İctimai Şura Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə yaradılır. O deyib ki, şuraya üzv olmaq üçün 40-dan çox QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri qeydiyyatdan keçib.
 
M. Abbaszadə qeyd edib ki, İctimai Şuraya valideyn-müəllim assosiasiyalarından da nümayəndələrin müraciət edəcəyini gözləyirdi: "Lakin təəssüflər olsun ki, assosiasiyalardan nümayəndə olmadı, valideynlər bizə müraciət etmədi. Mən bunu belə qiymətləndirirəm ki, valideynlər bizə, apardığımız işə inanırlar. İctimai Şuraya qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin Gəncə, Şəki, Şirvan, Lənkəran, Qusar, Bərdə, Xaçmaz regional bölmələrindən də müraciətlər daxil olub”.
Məqalə Göndər








Загрузка...