Nazir Milli Məclisə təklif VERİB
Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisə ingilis dili dərslikləri ilə bağlı müzakirələrin aparılmasını təklif edib.
AzTehsil.com xəbər verir ki, bunu MM-in Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bu gün keçirdikləri iclasda deyib.
Onun sözlərinə görə, parlamentdə Azərbaycan dili, ədəbiyyat, tarix və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək:
“İngilis dili dərsliklərinin də bu siyahıya salınmasını elm və təhsil naziri Emin Əmrullayev təklif edib. Dinləmədə nazir özü də iştirak edəcək”.