AzTehsil.com


Xəbərlər
12 oktyabr 2017
4 792


Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”



 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif "Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

 

Aztəhsil.com xəbər verir ki, bəyanatda deyilir ki, dərslikdəki uydurma "Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir:

 

"Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta "Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdır. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan "Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.

 

Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif "Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik "Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdir. Bütün analoji xəritələrin hamısında uydurma "Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adları çıxarılmış, ancaq "Armeniya” adı saxlanılmışdır.

 

Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, "Armeniya” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma "Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində "Armeniya”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T.Mommzenin nəşr olunmuş xəritəsində və "Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda X sinfin "Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə "Ümumi tarix" dərsliyinin rus dilində olan versiyasına daxil edilib.

 

Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı qeyd edək ki, eyni xəritə saxta "Böyük Ermənistan”ın bütün sərhədləri ilə "Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq "Armeniya” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.

 

Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmamış və müstəqilliyini saxlayıblar:

 

"Hələ bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb.

 

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar ("İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Qarabağ: real tarix, faktlar və sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "Real tarix və "Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilib. Bizim bu tədqiqatlarımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-lərdə də guya "ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması”nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur.

 

Bu baxımdan X siniflər üçün "Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə "Azərbaycan tarixi atlası” və "Azərbaycan Milli Atlası” nəşr olunduğu halda bu cür zərərli addım atılıb. Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı, onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına "münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayırlar.

 

Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir.

 

Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, "daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır”.

 

Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir:

 

"Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəlliflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyatlara özü sifariş verməlidir.

 

Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli metodistlər tərəfindən yerinə yetirilməlidir. İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz.

 

Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə "ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir. Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin eks-pertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış "Azərbaycan tarixi” və "Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib.

 

Təəccüb doğuran odur ki, X siniflər üçün "Azərbaycan tarixi” və "Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilmişdir. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.

 

İnstitutun Elmi Şurası bu və buna bənzər faktlara yol verilməsindən ciddi narahat olduğunu da bəyan edir. Belə ki, düşmənə qarşı informasiya müharibəsində qazanılmış bütün uğurlarımıza rəğmən məhz vaxtilə "26 Bakı” cəlladlarının adını da-şıyan Sahil bağında "26-lar” kafesinin fəaliyyət göstərməsi, 26-ların ümumşəhər qəbiristanlığındakı qəbirlərinin ziyarət olunması və "gül-çiçək” qoyulması, X sinif dərsliyində yol verilmiş bu rüsvayçı fakt və buna bənzər digər faktlar Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılmasının bariz əlamətləridir. Tarix İnstitutunun Elmi Şurası müzakirə olunan məsələ ilə bağlı yekdilliklə aşağıdakı qərarları qəbul edib: Uydurma "Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə əlaqədar məsələ və buna bənzər faktlar dərindən araşdırılmalı və qəti tədbir görülməlidir; X sinfin "Azərbaycan tarixi” və "Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şagirdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır; Dərsliklərin hazırlanması sistemi və mexanizmi tamamilə dəyişdirilməlidir.

 

Dərsliklər hazırlanarkən ətraflı və dərindən yoxlanılmadan internet resurslarından istifadə olunmamalıdır. İşğalçı ölkənin internet resurslarından istifadə isə yolverilməzdir. Dərsliklərin Azərbaycançılıq məfkurəsi əsasında yüksək səviyyədə hazırlanması kimi mühüm dövlət işi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislər olan peşəkar alimlərə və zəngin təcrübəsi olan metodistlərə həvalə olunmalıdır; AMEA və Təhsil Nazirliyi arasındakı müqaviləyə uyğun olaraq çapa hazır-lanmış dərsliklər, o cümlədən tarix dərslikləri AMEA-nın elmi-tədqiqat institut-larında elmi ekspertizadan keçirildikdən sonra nəşr olunmalıdır”.

 




Загрузка...
Həmçinin oxuyun:
Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

"Həmkarlarımız bu layihəni məsuliyyətsizcəsinə "plagiat" adlandırırlar"

"Həmkarlarımız bu layihəni məsuliyyətsizcəsinə "plagiat" adlandırırlar"