III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
AzTehsil.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.