AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Digər Elan / Cəmiyyət / Texnologiya / Bölgə
12 iyul 2025
889

Azərbaycanda süni intellektin tədrisində ciddi çatışmazlıqlar VAR



Süni intellekt artıq müasir dünyanın əsas tələblərindən birinə çevrilib və bu texnologiyanın tətbiq sahələri gündən-günə genişlənməkdə davam edir. Bu baxımdan indi müxtəlif sahələrdə süni intellektin inkişaf etmiş formalarına rast gəlmək mümkündür və yaxın gələcəkdə onun ölkəmizdə də daha geniş şəkildə istifadə olunacağı ehtimal edilir.


AzTehsil.com - n əldə etdiyi məlumata görə mövzu ilə bağlı Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, birmənalı olaraq, süni intellekt fənni uşaqlara erkən yaşlardan aşılanmalıdır. Onun sözlərinə görə, süni intellekt gələcəyin əsas elm sahələrindən biridir. Bununla belə, uşaqlar üçün bu fənnin baza səviyyəsində tədrisi olduqca sadə və anlaşıqlı bir dildə aparılmalıdır:


“Hazırda Azərbaycanda süni intellekt fənninin tədrisi ilkin mərhələdədir və bu istiqamətdə bir sıra çatışmazlıqlar müşahidə olunur. Təəssüf ki, xarici ölkələrin bu sahədəki təcrübələri yetərincə araşdırılmayıb, eyni zamanda paralel təhlillər və müqayisələr də tam şəkildə aparılmayıb. Bu səbəbdən hesab edirəm ki, hələ görüləsi çox iş var”.


S.Əliyeva onu da diqqətə çatdırıb ki, keyfiyyətli tədrisə başlamazdan əvvəl ilk növbədə keyfiyyətli mütəxəssislər hazırlanmalıdır:


“Bu mütəxəssislər bir neçə xarici ölkədə ixtisasartırma kursları keçməli və həmin ölkələrin praktiki təcrübələrini dərindən öyrənməlidirlər. Daha sonra bu təcrübələr təhlil olunaraq sistemləşdirilməli və dərsliklərdə öz əksini tapmalıdır. Yalnız bundan sonra süni intellekt sahəsində real və davamlı inkişafdan danışmaq olar”.


"Müşahidələrimə əsasən deyə bilərəm ki, hazırda Yaponiya, Cənubi Koreya və Çin bu fənnin tədrisində ABŞ-ı belə geridə qoyur. Hətta bu sahədə mövcud olan ədəbiyyatın böyük bir hissəsi yapon və çin dillərindədir", -deyə o qeyd edib.


Təhsil eksperti Ramin Nurəliyev isə deyib ki, süni intellekt təkcə texnologiya və sənaye sahələrində deyil, eyni zamanda pedaqoji istiqamətdə də tətbiq olunmağa başlayıb:


“Türkiyədə artıq süni intellekt texnologiyası ilə hazırlanmış müəllimin sinfə daxil olması və tədris prosesində iştirak etməsi göstərir ki, gələcəkdə pedaqoji sahədə də bu texnologiyadan istifadə qaçınılmaz olacaq. Əgər süni intellekt müəllimi əvəz edərək, dərsi daha effektiv və ideal şəkildə tədris edərsə, bu onu göstərir ki, gələcəkdə zəif müəllimlərin tədris prosesindən kənarlaşdırılması baş verəcək”.


Ekspert hesab edir ki, süni intellektin inkişafı yaxın gələcəkdə bir sıra peşələrdə ixtisarların baş verməsinə səbəb ola bilər:


“Əgər texnologiya müəyyən ixtisas sahələrində insan faktorunu əvəz edə biləcəksə, bu zaman iş imkanlarının məhdudlaşması qaçılmaz olacaq. Bu baxımdan hər bir kadr öz sahəsini mükəmməl bilməli, süni intellektin onun alternativ vasitə kimi əvəzləməsinə yol verməməlidir. Əks halda düşünürəm ki, belə kadrlar başqa sahələrə, məsələn kənd təsərrüfatına yönəlmək məcburiyyətində qala bilərlər”.


O həmçinin qeyd edib ki, ali təhsil müəssisələrində və orta ümumi təhsil məktəblərində süni intellektin tətbiqi hələ istənilən səviyyədə deyil:


“Biz hələ təcrübəmizdə bu texnologiyanı geniş şəkildə tətbiq edə bilmirik. Ola bilsin ki, buna hazır deyilik. Amma hesab edirəm ki, növbəti 10 il ərzində süni intellekt bütün sahələri əhatə edəcək və biz elə bu səbəbdən ona uyğun addımlar atmalıyıq”.


Ramin Nurəliyevin fikrincə, gələcəkdə bir çox ixtisaslar distant və ya hibrid təhsil formatı ilə əvəz oluna bilər:


“Əgər süni intellekt təcrübəli müəllimi əvəz edə biləcəksə, bu zaman distant və hibrid təhsil ənənəvi təhsildən daha üstün olacaq. Artıq elə proqramlar var ki, onlar 100 nəfərin görəcəyi işi bir elektron formada icra edə bilir. Bu da gələcəkdə mütəxəssislərin sayının azalmasına səbəb ola bilər”.


R.Nurəliyev onu da əlavə edib ki, süni intellektə münasibət birmənalı şəkildə müsbət olmalı, texnologiyanın inkişafını gözləmədən bu istiqamətdə təməl addımlar atılmalıdır:


“Biz artıq orta məktəblərdə bu texnologiyaya yer ayırmalıyıq. Köhnə yanaşmaları bir kənara qoyaraq yeni dövrün - informasiya və süni intellekt əsrinin tələblərinə uyğunlaşmalıyıq. Abituriyentlər də ixtisas seçimini qloballaşmanın reallıqlarına uyğun şəkildə etməlidirlər”.

 





Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

Süni intellektin təhsildəki rolu

Süni intellektin təhsildəki rolu

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi