AzTehsil.com

Bakalavr / Magistr / Doktorantura / Xəbərlər / İnnovasiyalar / İKT
23 mart 2025
340

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb



Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb.

AzTehsil.com xəbər verir ki, "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda qeyd olunur ki, Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

Bəs görəsən, bu akademiyanın yaradılmasının elmə və təhsilə hansı faydaları olacaq? Bundan sonra süni intellekt sahəsində rəqabət güclənəcəkmi?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov ötən gün açıqlamasında bildirib ki, dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq:

“Hər bir texnologiya öz kulturasını formalaşdırır. Məsələn, kriptovalyuta, blokçeyn texnologiyaları bir mədəniyyəti əks etdirdi və dünyada öz icmasını, eləcə də biznesini yaratdı. Eyni zamanda, kibertəhlükəsizlik sahəsi, süni intellekt də bu qəbildəndir.

"Metaverse" isə, o öz kulturasını yarada bilmədi. Hegemon şirkətlər, eləcə də META tərəfindən süni şəkildə metaversə yaradılmağa çalışıldı, amma o qədər də uğurlu ola bilmədi. Nə qədər süni reputasiya yaradılsa da, o “şar kimi partladı”. Amma süni intellekt bu formada çalışmır. O artıq illərdir ki, təbii şəkildə ekosistemdə öz yerini tutdu, icmasını yaratdı, bizneslərə, sahələrə sektorlara və peşələrə böyük töhfə verdi. Süni intellekt bütün ölkələrdə strategiya halına gəldi. Bu strategiyanın isə müxtəlif tərkib hissələri var. Onlardan biri də təhsil sahəsidir.

Təhsil sahəsində akademiyaların yaradılması istiqamətində Azərbaycanda mühüm addımlar atılırdı. Bütün universitetlərində süni intellektlə bağlı uyğun bölmələr açılıb, fakültələrin daxilində bu sahəyə dəstək proqramları formalaşdırılıb. Bundan əlavə, xüsusi təhsil mərkəzləri süni intellekt sahəsində tədqiqatlar aparır. Bu istiqamətdə artıq ölkəmizdə də süni intellekt həllərinin yaradılması ilə bağlı bir çox startaplar fəaliyyət göstərir. Yerli startaplarımız süni intellektlə bağlı ABŞ-dən investisiya alıblar. Belə bir mühitdə, təbii ki, süni intellekt texnologiyalarının genişləndirilməsi çox vacib idi.

Süni İntellekt Akademiyasının yaradılması və bu sahəyə dövlət tərəfindən müxtəlif investisiya ayırması mühüm hadisədir. Dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq.

Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan ekosistemində də yerli süni intellekt modellərini görə biləcəyik. Hazırda biz xarici modellər əsasında müəyyən həllər yaratmışıq. Növbəti mərhələdə isə tamamilə yerli süni intellekt həlləri və modellərinin ortaya çıxacağına inanırıq”.



Həmçinin oxuyun:
Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi