AzTehsil.com


Xəbərlər / Ekspert
30 yanvar 2021
1 121


Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır



Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

 

Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizlik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlanıb. Qeyd edək ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir: "Ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu dəyişikliklərə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq".

Yeri gəlmişkən, ötən il Nazirlər Kabineti "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. Dəyişikliklə magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilib.

Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.

Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir.

Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri və AMEA tərəfindən hazırlanır, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri və AMEA tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri və AMEA tərəfindən təsdiq ediləcək.

Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi və AMEA tərəfindən hazırlanacaq və təsdiq ediləcək. İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS – Avropa Kredit Transfer Sistemi) ilə həyata keçiriləcək.

Mövzu ilə bağlı   fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, magistratura ali təhsiln ikinci pilləsi olaraq, ali təhsiln birinci-bakalavriat pilləsində müəyyən ixtisaslar üzrə qazanılmış biliklərin dərinləşdirilməsinə xidmət edir:
 

 

"Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələrində olduğu kimi, o cümlədən bizim təhsil sisteminə də ümumi Avropa ortaq təhsil məkanı yaratmaq məqsədilə magistr təhsil pilləsi daxil edilib. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan respublikasının təhsil qanununda" öz əksini tapıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında Əsasnamə” barədə Respublika Nazirlər Kabinetinin 13 fevral 1997-cu ildə müvafiq qərar qəbul olunub. Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnaməyə əsasən magistr proqramına qoyulan ümumi tələblərə əsasən  magistr təhsil proqramı uyğun istiqamətlər üzrə bakalavr proqramından və təxminən onunla bərabər nisbətdə müəyyənləşdirilmiş sırf tədris və elmi-tədqiqat tərkib issələrini özündə birləşdirən ikinci pillə proqramından ibarətdir. Bu proqramın tədris hissəsinə peşə təhsilinin dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də xarici dil və ixtisas fənləri daxil edilməlidir. Magistrlərin elmi-tədqiqat işinin məzmunu fərdi planla müəyyən edilir. Əsasnamədə ali təhsil müəssisələrində magistr hazırlığını təmin edən şərtlər, magistr proqramına qoyulan ümumi tələblər, magistraturada yekun (buraxılış) attestasiyası və bir çox digər müddəalar öz əksini tapıb”.

Mütəxəssis vurğulayıb ki, gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır: "Təbii ki, magistratura təhsilinin ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutduğu və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verdiyi nəzərə alınaraq, ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistraturanın ixtisaslaşma prosesinə önəmli yer verilir.

Bu gün elm sahəsində çalışanların əksəriyyəti, yaslı nəslin nümayəndələridir. Gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır. Magistrantlara hərbi xidmətdən möhlət hüququ verilir. Bununla belə, magistraturaya sənəd verənlərin sayını tənzimləmək üçün tələb-təklif prinsipi ciddi şəkildə gözlənilməlidir. Bu dərəcəni alan şəxslərin işlə təminatına xüsusi diqqət yetirilməlidir. Magistr imtahanlarıı ayrı-ayrı universitetlərin planını doldurmaq xətrinə keçirməməlidir. Bir də ki, bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq istər Əsasnamə qəbul edilməsindən, istərsə də Qaydaların təsdiq olunmasından xeyli müddət keçib. Bəzi Əsasnamə tələblərinə lazımi diqqət yetirilməyib, bəzi qaydaların işlək mexanizmlərində boşluqlar yaranıb. Ali təhsilin istər bakalavriat, istərsə də  magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) "Təsnifat”ında müyyən dəyişikliklər edilib. Bəzi ixtisasların aktuallığı özünü itirib, yeni ixtisaslara təlabat yaranıb ki, bu da reallıqlara cavab verə biləcək ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlamaq zərurəti yaradıb. Nazirin də qeyd etdiyi kimi, "Təhsil Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq.”

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, bu gün ali təhsil müəssisələrində nəzəri biliklərdən çox praktiki vərdişlər aşılanmalıdır: "Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb.

Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

 

 
Bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırılmaq lazımdır. Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqatyönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik”



Загрузка...
Həmçinin oxuyun:
Baş nazirdən magistratura ilə bağlı QƏRAR – Qaydalar dəyişdi

Baş nazirdən magistratura ilə bağlı QƏRAR – Qaydalar dəyişdi

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün yenilik

Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün yenilik

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır - Akif Əlizadə

AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır - Akif Əlizadə

"Qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil"...Magistratura barədə ACI ETİRAF

"Qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil"...Magistratura barədə ACI ETİRAF

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi