AzTehsil.com


Xəbərlər / Bakalavr
11 mart 2018
5 516


Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq



Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

 

Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda dəyişikliklər edib.

Aztehsil.com  report.az-a istinadən bildirir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə görə, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunacaq. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmayacaq, yəni həmin fənn üzrə akademik borcu qalmış olacaq. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılacaq. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılcaq Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunacaq. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənim-sənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçiriləcək.
 
Bundan əlavə, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər