Peşə təhsili alanlara hərbi xidmətdən MÖHLƏT
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət...
Bir çoxlarını maraqlandıran müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı məsələyə aydınlıq gətirilib.
AzTehsil.com məlumat verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sualı cavablandırıb:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.