İxtisas seçimi BAŞLAYIR
Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilir.
AzTehsil.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki,ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları nəşr olunub.