Sabiq nazir müavini vəzifəsindən gedib
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (ictimai hüquqi şəxs) direktoru yenidən dəyişdirilib.
AzTehsil.com "qaynarinfo"ya istinadla xəbər verir ki, lazımi əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib.
Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifədə işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi.
Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin vəzifəsində işləyib.