AzTehsil.com


Xəbərlər
07 noyabr 2017
3 477


Ali məktəblər publik hüquqi şəxs statusunda...



 

Mütəxəssislər deyir ki, idarəetmədə yeni forma və metodlar olacaq.


Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin, az öncə də Azərbaycan Dillər Universiteti, Azərbaycan Mühəndislik Universitetinin yenidən təşkili– Publik hüquqi şəxs elan olunması ilə bağlı ölkə başçısının sərəncamı bundan sonra adıçəkilən ali məktəblərin təkcə statusunun formalaşmasını deyil, həm də fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Sənədə əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil olunacaq. 


İndiyədək ölkəmizdə publik hüququ şəxsə çevrilən təşkilatların, o cümlədən Dövlət İmtahan Mərkəzinin (DİM ) fəaliyyət təcrübəsinə əsasən, bu ali məktəblərin yeni statusunun hansı əhəmiyyət kəsb edəcəyini ekspertlərlə aydınlaşdırmağa çalışdıq. Təhsil Nazirliyi sərəncamı mövcud qanunvericiliyə əsasən, universitetlərin daha təkmil idarə edilməsi, daha geniş imkanların yaradılması baxımından çox müsbət bir addım hesab edir. Digər tərəfdən, publik hüquqi şəxsə çevrilən universitetlər əvvəllər olduğu kimi, indi də dövlət ali təhsil müəssisələridir.


Mütəxəssislər yeni təşkilati-hüquqi formanın Azərbaycan ali məktəblərin fəaliyyətində oynayacağı rola ümidlə yanaşırlar. 

 

Öz maliyyə mənbələrini axtarmağa çalışacaqlar

 

«Yeni statusa əsasən ali məktəblər təsərrüfat hesablı müəssisə elan olunur. Yəni onlar özlərini öz maliyyələri ilə idarə etməlidirlər” deyə izaha çalışan təhsil eksperti Nadir İsrafilov təhsil müəssisələrinin publik hüquqi şəxsə çevriləndən sonra özləri üçün əlavə maliyyə mənbələri müəyyənləşdirəcəyini bildirir:

 

"Həmçinin publik hüquqi şəxs elan olunan universitetlərin statusu da bəllidir. Bu, onların idarə edilməsi anlamına gəlir».

 

Ekspert hesab edir ki, publik hüquqi şəxs məsələsinin universitetlərə şamil edilməsi şübhəsiz ki, onların maliyyə cəhətdən asılılığını aradan qaldırır.

 

Hesab edirəm ki, universitetlər publik hüquqi şəxs olandan sonra mütləq öz maliyyə mənbələrini axtarmağa çalışacaqlar. Yəni əlavə vəsaitlər əldə etməlidirlər ki, universiteti həm maddi cəhətdən saxlasınlar, həm işçilərin əmək haqqını təmin etsinlər, həm tələbə təqaüdlərini versinlər, həm də digər xərclərini qarşılasınlar. Bunun üçün publik hüquqi şəxs elan olunan ali məktəblər əlavə imkanlar axtaracaq, ayrı-ayrı layihələr həyata keçirəcəklər. Ola bilər ki, ali məktəblər publik hüquqi şəxs elan olunandan sonra ödənişləri artırsınlar. Bütün hallarda, proseslərin gedişi vəziyyəti aydınlaşdıracaq”.

 

Ekspert hesab edir ki, publik hüquqi şəxs elan olunması prosesi tədricən digər ali məktəblərə də şamil olunacaq. Bununla belə, ekspert proses zamanı müəyyən problemlərin də meydana çıxacağını istisna etmir:

 

"Dövlət universitetləri büdcədən maliyyələşir. Həmin müəssisələrdə ilkin olaraq 20, daha sonra 40-60, nəhayət 80 faiz güzəştli ödənişli ixtisaslar yaradıldı. Ali məktəblər ödəniş hesabına özlərini saxlayırlar. Bundan sonra bəzi ali məktəblər rəqabətə davam gətirməyə bilər. Lazımi mənbələri əldə etmədikdə, bu proses həmin ali məktəblərin sıradan çıxması ilə nəticələnə bilər. Məsələn, bizdə 70-ə yaxın ali məktəb fəaliyyət göstərirdisə, hazırda onlardan 54-ü fəaliyyətdədir. Publik hüquqi şəxs elan olunandan sonra universitetlərin üzərinə böyük məsuliyyət düşəcək. Hazırda ölkədə böyük layihələrdə iştirak edən, yaxşı gəlir mənbəyi və nəticələri olan ali məktəblər var. Gərək digər universitetlər də imkanlarını araşdırıb özlərini saxlamaq üçün lazımi maliyyəni əldə etsinlər. Publik hüquqi şəxs elan olunandan sonra dövlət tərəfindən onlara ayrılan vəsait heçə enir və ya kəskin azalır. Əgər həmin universitetlər müəyyən elmi ixtiralar və ya qrantlar vasitəsilə pul qazana bilməsələr özlərini saxlamaq çətin olacaq. Onda gərək ödənişlərin məbləğini artırsınlar». 


Rektorların fəaliyyətində korrektə


Ölkə başçısının imzaladığı sərəncamını təhsil müəssisələrində elmin inkişafına xidmət edən addım adlandıran təhsil eksperti Etibar Əliyev keyfiyyətinin artırılması üçün ali məktəblərin publik hüquqi şəxs qismində fəaliyyətini dövrün tələblərinə uyğun şəkildə qəbul olunmuş qərar hesab edir:

 

"Əslində publik hüquqi şəxs dedikdə, publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan dövlət və bələdiyyə orqanı olmayan təşkilat nəzərdə tutulur. «Publik hüquqi şəxs haqqında» qanunda nəzərdə tutulduğu kimi universitetlərin publik hüquqi şəxsə çevrilməsi təhsil müəssisələrinin şaquli idarəetmədən xilas olunmasına xidmət edəcək. Yəni universitetlər əvvəllər elmi şura və dekanlıqlar, kafedralarla təmsil olunurdularsa, publik hüquqi şəxs qismində universitetin strukturu elmi şura, himayəçilər şurası, rektorluq, büdcə komitəsi, audit komitəsi şəklində formalaşır. Bunlar universitetin idarəetmə orqanları qismində iştirak edirlər.

 

Baxmayaraq ki, ali idarəetmə orqanı universitetin elmi şurası sayılır, himayəçilər şurası da müəyyən hüquqlara malikdir. Yəni himayəçilər şurasının səlahiyyətlərinə universitetin strateji inkişaf proqramının, illik büdcəsinin və icrasının təsdiq olunması, universitetin audit komitəsinin üzvlərinin seçilməsi, ali məktəbin fəaliyyət istiqamətləri kimi bır sıra məsələlər daxildir. Bu, onu göstərir ki, ikinci idarəetmə pilləsi kimi himayəçilər şurası tərəfindən universitetlər dünya təcrübəsinə uyğunlaşmaya istinad edilərək, daha çox şaquli deyil, üfüqi idarəetməyə  gətirib çıxaracaq. Yəni rektorun hesabatlılığı və fəaliyyəti təkcə elmi şurada yox, həm də himayəçilər şurasında müzakirə oluna bilər”.

 

Ekspertin fikrincə, qərarların müzakirəsi, universitetin strategiyası, ali məktəbin elm və təhsillə məşğul olmasını bu iki qurum – elmi şura və himayəçilər şurası əlaqəli surətdə inkişaf etdirə bilərlər:

 

"Yəqin ki, rektorlar publik hüquqi şəxs qismində universitetin fəaliyyəti çərçivəsində öz fəaliyyətlərini də korrektə etməlidirlər. Çünki hazırda bizdə həm texniki-təbiət, həm də humanitar elmlər sahəsində universitetlərin fəaliyyətində çatışmazlıqlar var. Bu baxımdan, qərar ali məktəblərin fəaliyyətinə, qrant layihələrində iştirak etməsinə, həmçinin elmi tədqiqatlar aparması vasitəsilə gəlirlərinin artmasına yol açan bir layihədir.  


Yeni metod və forma


Bakı Dövlət Universitetinin rektorunun iqtisadi məsələlər üzrə müşaviri Məzahir Sultanov ali məktəblərin publik hüquqi şəxs elan olunmasını yeni idarəçilik forması adlandırır:

 

«Bu o demək deyil ki, publik hüquqi şəxs elan olunandan sonra təşkilat və ya təhsil ocağı dövlət tərəfindən maliyyələşdirilməyəcək. Həm dövlət hesabına, həm də özünün gəlirləri hesabına fəaliyyət göstərəcək”. M.Sultanovun sözlərinə görə, burada müvafiq dövlət sərəncamından irəli gələn məsələlərin üzərində əlaqədar dövlət orqanları işləyir:

 

"Yeni nizamnamə forması hazırlansa da, hələ ictimaiyyətə təqdim olunmayıb. Hazırda ölkədə 6-7 təşkilat publik hüquqi şəxs elan olunub. Onların fəaliyyəti haqqında heç bir məlumatımız yoxdur. Ali təhsil müəssisələrinin idarə olunması isə publik hüquqi şəxs elan olunan digər təşkilatlardan tamam fərqlidir. Burada yeni forma və metodlar var. Bütün bunlar aydınlaşandan sonra biz də öz fəaliyyətimizi necə yürütməyi müəyyənləşdirəcəyik”. 


Heç şübhəsiz, yeni təşkilati hüquqi forma  ali məktəblər üçün yenilik olsa da, idarəetmədə və fəaliyyətdə irəliləyişlərin olmasına hesablanıb. Fəaliyyətin necəliyini isə ekspertlərin də dediyi kimi, zaman göstərəcək…   




Загрузка...
Həmçinin oxuyun:
Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

"Bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir"

"Bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir"

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq?

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq?

Bakı Mühəndislik Universitetində yeni təyinat

Bakı Mühəndislik Universitetində yeni təyinat

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Növbəti  dilemma qarşısında qalmışıq...

Növbəti dilemma qarşısında qalmışıq...