AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
11 noyabr 2025
1 212

Valideyn–məktəb əməkdaşlığının səmərəliliyini...-Ətraflı





Tədqiqatlar sübut edir ki, təhsildə uğurun əsas şərtlərindən biri valideynlə məktəb arasında səmərəli əməkdaşlığın qurulmasıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, bu əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşmamalı, uşağın inkişafına yönəlmiş sistemli tərəfdaşlığa çevrilməlidir. ABŞ-də Milli Təhsil Assosiasiyasının apardığı araşdırmalara görə, təhsildə valideynlərinin iştirakı yüksək olan şagirdlər daha yaxşı akademik nəticələr göstərir, sosial mühitə asan adaptasiya olur və məsuliyyət hissi erkən formalaşır.


Azərbaycanda isə valideynlərin məktəb həyatında iştirakı, əsasən, formal xarakter daşıyır. Valideyn iclasları, məktəb tədbirlərinə dəvətlər və ya vaxtaşırı görüşlər bəzən sadəcə protokol səviyyəsində həyata keçirilir. Halbuki müasir təhsil yanaşmalarına görə, valideyn yalnız “müşahidəçi” deyil, təhsil prosesinin bir hissəsidir. Onun iştirakçılığı həm uşağın motivasiyasına, həm də təhsil mühitinin sağlamlaşmasına bilavasitə təsir göstərir.


AzTehsil.com yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarovun məqaləsində yer alıb. Məqaləni təqdim edirik.


Əsas problemlərdən biri məktəblərdə davamlı və səmərəli kommunikasiya mexanizmlərinin formalaşmamasıdır. Müəllimlər çox vaxt valideynlə əlaqəni sadəcə şagirdin qiyməti və ya davranış pozuntusu kontekstində qururlar. Bu isə qarşılıqlı inamın zəifləməsinə, əməkdaşlıq mühitinin formal xarakter almasına səbəb olur. Digər tərəfdən, valideynlərin özləri də məktəbin daxili qaydaları, təhsil prosesi, psixoloji-pedaqoji metodlar barədə yetərli məlumata malik olmadıqları üçün bəzən müdaxilə ilə dəstəyi səhv salırlar.


Dünya təcrübəsində, xüsusilə Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə valideyn–məktəb əməkdaşlığı təşkilati səviyyədə idarəolunan bir sistemdir. Burada “Valideyn şuraları” yalnız simvolik orqan deyil, məktəbin inkişaf planlarında, sosial layihələrində, tədris mühitinin yaxşılaşdırılmasında real iştirakçı rolundadır. Bu mexanizmlər həm valideynlərin mənəvi dəstəyini, həm də maddi töhfəsini stimullaşdırır. Məsələn, bir çox Avropa ölkələrində məktəblərin büdcəsinin müəyyən hissəsi valideyn icmalarının könüllü fondları hesabına formalaşır. Bu fondlar vasitəsilə məktəblərdə laboratoriyalar, kitabxanalar, yaradıcılıq məkanları yaradılır. Amma bu mexanizmlər şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır — valideynlər hər bir xərclə bağlı məlumat əldə edir, qərarların qəbulu prosesinə cəlb olunurlar.


Azərbaycanda bu təcrübəni tətbiq etmək üçün ilk növbədə üç əsas istiqamətdə iş aparılmalıdır:


Valideyn–məktəb əməkdaşlığının səmərəliliyini artırmaq üçün ən vacib istiqamətlərdən biri informasiya və kommunikasiya mexanizmlərinin müasirləşdirilməsidir. Müasir dövrdə valideynin məktəblə əlaqəsi artıq təkcə görüşlər və iclaslarla məhdudlaşmamalı, rəqəmsal mühitin imkanları üzərindən davamlı, operativ və şəffaf şəkildə qurulmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin bu ildən istifadəyə verdiyi rəqəmsal valideyn–məktəb platforması mühüm yenilik kimi dəyərləndirilə bilər. Yeni sistem valideynlərin övladlarının dərs davamiyyəti, qiymətləndirmə nəticələri, müəllim rəyləri və məktəbin gündəlik fəaliyyəti barədə real vaxt rejimində məlumat əldə etməsinə imkan yaradır. Bu, valideynlərin təhsil prosesinə bilavasitə qoşulmasını təmin edir.


Platforma, həmçinin müəllim və valideyn arasında iki istiqamətli ünsiyyət kanalı formalaşdırır. Artıq valideyn məktəbə gəlmədən, elektron sistem vasitəsilə müəllimə və ya məktəb rəhbərliyinə müraciət edə, təklif və müşahidələrini bölüşə bilər. Belə bir mexanizm həm nəzarət, həm də dəstək funksiyasını yerinə yetirir. Bir tərəfdən, valideyn övladının təlim nəticələrini izləməklə məsuliyyət hissini gücləndirir, digər tərəfdən məktəbə etimad artır, şəffaflıq mühiti formalaşır. Bu platforma valideynlərin mənəvi dəstəyini gücləndirməklə yanaşı, gələcəkdə ictimai resursların səmərəli yönləndirilməsi üçün də mühüm vasitəyə çevrilə bilər. Əsas məqsəd bu texnoloji yeniliyi sadəcə məlumat mübadiləsi üçün deyil, sosial tərəfdaşlıq aləti kimi dəyərləndirməkdir. Əgər valideynlər bu platformada aktiv iştirak etsə, müəllimlər rəqəmsal ünsiyyət mədəniyyətini mənimsəsə, məktəb rəhbərləri isə məlumatların analitik təhlilini idarəetməyə tətbiq etsə — bu, təhsil sistemində keyfiyyət dəyişikliklərinin başlanğıcı ola bilər.


Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü valideyn–məktəb əlaqələrinin rəqəmsallaşması istiqamətində atılmış strateji addımdır və təhsil prosesində şəffaflıq, hesabatlılıq və inam mədəniyyətinin formalaşması üçün real baza yaradır.


Valideynlərin təhsil prosesində fəal iştirakının digər vacib istiqaməti sistemli maarifləndirmə işinin təşkilidir. Belə ki, səmərəli tərəfdaşlıq üçün valideynlərdə - uşağın inkişafına elmi, psixoloji və pedaqoji baxımdan doğru yanaşma bacarığı formalaşdırılmalıdır. Məktəb psixoloqları, sosial pedaqoqlar və təcrübəli müəllimlər tərəfindən valideynlər üçün seminarlar, təlimlər və “Ailə məktəbləri” təşkil olunması bu sahədə ən təsirli üsullardan biridir. Belə təşəbbüslər valideynlərə uşağın yaş dövrlərinə uyğun emosional və intellektual inkişaf xüsusiyyətlərini anlamağa, davranış problemlərinə düzgün reaksiya verməyə və övladlarının təlim motivasiyasını gücləndirməyə kömək edir.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar