"Müstəqilliyin Bərpası Günü" münasibətilə tədbir keçirilib
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
AzTehsil.com xəbər verir ki, Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik tarixinin ən önəmli və qürurverici səhifələrindən biridir. 1991-ci ilin bu günündə Azərbaycan xalqı öz tarixi iradəsini ortaya qoyaraq müstəqilliyini bərpa etmiş və dünya birliyində layiqli yerini tutmuşdur.
Bu əlamətdar gün münasibətilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində sərgilər, şeir və ədəbi-bədii kompozisiyalar, görüşlər və digər tədbirlər təşkil olunub.
Yaşasın müstəqil və güclü Azərbaycan Respublikası!