Xəbərlər
25 iyun 2017
2765

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Ölkənin 3 ən böyük ali məktəbinin idarəetmə mexanizmindəki bu dəyişiklik ciddi ictimai müzakirələrə yol açıb.

Aztehsil.com xəbər verir ki, məsələnin mətbuatda və sosial şəbəkələrdə müzkirəsi Təhsil Nazirliyinin də diqqətindən yayınmayıb. Belə ki, Təhsil Nazirliyi ali məktəblərin idarəetmə mexanizmindəki bu dəyişikliklərin əhəmiyyətini nəzərə alaraq sözügedən universitetlərinin publik hüquqi şəxsə çevrilməsinin hansı dəyişikliklərə səbəb ola biləcəyinə aydınlıq gətirib. Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq.
 

 

Məlumatda bildirilir ki, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir.

Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

Bəs, universitetlərin idarəolunmasında ictimaiyyətin iştirakı hansı halda və necə mümkün olacaq?
 

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

 

Suala cavabında Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev Şərq.az-a bildirib ki, universitetlərin publik hüquqi şəxs statusuna malik olması tam demokratik prinsiplərlə idarəetmə mexanizmi anlamına gəlir: "Universitetlərdə Qəyyumlar Şurası fəaliyyət göstərəcək. Qəyyumlar Şurası artıq rektordan üstün, yuxarı səlahiyyətdir. Hansısa məsələ ilə bağlı Qəyyumlar Şurası qərar verdikdən sonra rektor o qərarı imzalamaq səlahiyyətindədir. Qəyyumlar Şurasında kimlər təmsil olunacaq? Mümkündür ki, burada Təhsil Nazirliyindən bir nəfər olsun və universitetə hamilik edə biləcək təşkilatlar, şirkətlərin nümayəndələri. Maliyyə məsələlərinə isə ayrıca Şura baxacaq. Qəyyumlar Şurası qərarları yönəldəcək Maliyyə Şurasına, şura da qərarın maliyyə baxımından həllini araşdıracaq. Qəyyumlar Şurası irəli sürülmüş təşəbbüsləri dəyərləndirəcək. Rektorun əmri isə artıq hüquqi əsas təşkil edəcək. Demokratik idarəetmə mexanizmi budur. Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq. Yoxsa ki, mono-idarəçilikdə rektor təkbaşına qərar qəbul etmək səlahiyyətinə malikdir. Ola bilər bu qərarlar ali təhsil müəssisəsinə zərər versin. Amma birgə, məsləhət-məşvərət əsasında qəbul olunan qərarlar zərərdən demək olar, sığortalanır. Çünki müzakirələr, qiymətləndirmələr aparılır və bir neçə nəfərin rəyi nəzərə alınır. Ali təhsil ocaqlarının ən doğru idarəetmə üsulu budur".
 

 

Əjdər Ağayev qeyd edib ki, publik hüquqi şəxs statusu həqiqətən də ali təhsil müəssisələrinə bir çox üstünlüklər verəcək: "Universitetlərin öz təsərrüfat sahələri, laboratoriyaları olacaq, layihələrdə iştirak edəcəklər, layihələr irəli sürəcəklər və gəlir əldə olunacaq. Bu, müəllimlərin əmək haqlarına da müsbət təsir edəcək, təhsil müəssisəsinin maddi-texniki bazasının yaxşılaşmasına, möhkəmlənməsinə də kömək edəcək".

Ali təhsil müəssisələrinin idarə olunmasında ictimaiyyət nümayəndələrinin iştirakına gəlincə, Əjdər Ağayev məsələni bu cür izah edib: "İdarəetmədə ictimaiyyət nümayəndələri təmsil olunmur. Qəyyumlar Şurasının tərkibi barədə artıq izah verdim. İctimaiyyət nümayəndələri universitetlərin nəzdində yaradılmış Nəzarət Şurasında təmsil olunurlar və ictimai nəzarəti yerinə yetirirlər. Bəzi universitetlərlə belə şuralar indi də fəaliyyət göstərir".

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?