AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
04 noyabr 2025
667

"Elmi jurnalların adında kobud səhvlər"



Manuscript, paper, article – hər üçü bir-birinə yaxın səslənsə də, elmi sahədə tamamilə fərqli mənalar ifadə edir. Təəssüf ki, bizdə bu anlayışların hamısını “məqalə” kimi tərcümə etmək vərdiş halını alıb. Halbuki bu, həm dil baxımından, həm də elmi mədəniyyət baxımından yanlış yanaşmadır.


AzTehsil.com xəbər verir ki, Elm və ali təhsil üzrə ekspert, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Rahil Nəcəf bildirir ki, bu cür terminoloji qarışıqlıqlar təkcə dil məsələsi deyil, həm də peşəkarlıq göstəricisidir: “Elm dili dəqiq terminologiya üzərində qurulmalıdır. Əgər biz “manuscript”, “paper” və “article” anlayışlarını fərqləndirmiriksə, bu, elmi mədəniyyətin formalaşmadığını göstərir. Çünki bu sözlərin hər biri elmi işin fərqli mərhələsini və mahiyyətini əks etdirir.”


Məsələn, “manuscript” – hələ dərc edilməmiş, ilkin mərhələdə olan elmi işdir. Yəni müəllifin üzərində işlədiyi, jurnala təqdim olunmamış və ya rəy mərhələsində olan mətn. “Paper” – artıq elmi konfransda təqdim edilmiş və ya elmi müzakirədən keçmiş işə deyilir. “Article” isə – rəy prosesindən keçib, redaksiya tərəfindən təsdiqlənərək elmi jurnalda dərc olunan elmi işin adıdır.


Rahil Nəcəf qeyd edir ki, bu anlayışların hər birinin özünəməxsus məqamı var və onları səhv işlətmək elmi mətbuatın səviyyəsini aşağı salır: “Əgər bir universitetin elmi jurnalının adında bu terminlərdən biri düzgün işlədilməyibsə, bu artıq ciddi reputasiya problemidir. Bu cür xətalar təkcə dil səhvi deyil, həm də həmin müəssisənin beynəlxalq elmi ictimaiyyətdə necə göründüyünü müəyyənləşdirir.”


Məsələn, AzərbaycanDillərUniversiteti kimi dil sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsinin elmi jurnalının adının tərcüməsində bu cür kobud səhvlərə yol verilməsi, Rahil Nəcəfin fikrincə, elmi və dil məsuliyyətinə ziddir: “Bir dil universitetinin elmi jurnalı öz adını yanlış tərcümə edirsə, bu, artıq ciddiyyətlə qəbul olunmur. Elm mühiti belə hallarda təkcə gülür, həm də etibarını itirir. Düzgün terminologiya elmi reputasiyanın əsas sütunudur.”


Ekspert əlavə edir ki, bu cür məsələlərdə “sayt yoxdur”, “daxili resurs çatışmır” kimi bəhanələr keçərli deyil. “Elmi jurnal nəzarətsiz sosial media səhifəsi deyil. Jurnalın adı, strukturu, formatı, ISSN nömrəsi və beynəlxalq indekslərdə təqdimatı institutun elmi səviyyəsini müəyyənləşdirir. Adı düzgün tərcümə etməmək o səviyyəni sıfıra endirir.”


Rahil Nəcəf vurğulayır ki, dünyada elmi jurnalların adı təsadüfi seçilmir. “Nature”, “Science”, “Cell” kimi jurnalların nüfuzu məhz həm məzmun, həm də peşəkar təqdimatla formalaşıb. “Biz elmi jurnalı ‘zibilxana kağızı’ kimi görməməliyik. O, ölkənin elmi imicini formalaşdıran əsas platformadır. Öz işinə hörmət eləməyən qurum, beynəlxalq elmi ictimaiyyətdən hörmət gözləyə bilməz.”


Ekspertin fikrincə, bu cür halların qarşısını almağın yeganə yolu ali təhsil müəssisələrində elmi redaktə və terminoloji nəzarət mexanizminin yaradılmasıdır. Belə mexanizm həm jurnalların keyfiyyətini artırar, həm də universitetlərin beynəlxalq imicini qoruyar.


Elm dilinin məsuliyyətlə işlədilməsi yalnız qrammatika deyil, həm də mədəniyyət göstəricisidir. Əgər biz elmi dili doğru və dəqiq qura bilmiriksə, deməli, elmə olan hörməti də itiririk.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Metodbirləşmələr

Metodbirləşmələr

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO