AzTehsil.com


Xəbərlər / Ekspert
09 avqust 2017
3 435


Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?



 
 

 

 

Ekspert: "Dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrin onlara verilən zəif biliyin əvəzində çox pul ödədiklərini qeyd etməliyəm"

 

Azərbaycanda təhsil sistemində ciddi qüsurlar olması heç kimə sirr deyil. Hər il ali məktəbə imtahan verən abituriyentlərin yığdıqları balların aşağı olması orta məktəblərdə təhsil səviyyəsinin acınacaqlı vəziyyətindən xəbər verir.

Eyni vəziyyət ali məktəblərdə də müşahidə olunur. Amma universitetlər təhsil səviyyəsini gücləndirmək əvəzinə, hər il təhsil haqlarının qiymətlərini artırırlar. Pullu təhsil alanlar minimum 1500 manat, maksimum 6500 manat illik təhsil haqqı ödəməli olurlar. Təhsil haqqı universitetlərə və ixtisaslara görə dəyişir.Ekspertlərin bu barədə fikirlərini öyrəndik:

 

Təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, imtahan nəticələrinin zəifləməsi fonunda illik ödənişlərin qeyri-adekvatlığı və qeyri-sabitliyinin hələ bir müddət davam edəcəyi istisna olunmur: "Əlbəttə, neft kapitalının insan kapitalına çevrilməsi, bu məqsədə yönəlik təhsilin hamı üçün əlçatan olması və xaricdə təhsildən asılılığın minimuma endirilməsi kursunun həyata keçirilməsi şəraitində belə bir vəziyyətin yaranması heç də arzu olunan hal sayıla bilməz. Bununla belə, dövlət universitetlərində ödənişli təhsilin ildən-ilə xüsusi çəkisinin artırılması və ödəniş haqlarının qaldırılması zərurətini təkcə universitetlərin "özfəaliyyəti" kimi qiymətləndirmək də əslində ədalətsizlik olardı. Universitetlərin maliyyə imkanları əsasən tələbə ödənişləri hesabına formalaşır. Bildiyim qədər, elə universitetlər var ki, tələbələrdən ödənilməli olan borc 3-4 milyon manat təşkil edir ki, bu da universitetlər üçün müəllimlərin, texniki personalın əmək haqlarının ödənilməsində və tələbə təqaüdlərinin verilməsində əlavə problemlər yaradır".

"Son aylar 4 universitetin Publik hüquqi şəxs elan edilməsi və belə bir statusun digər universitetlərə də şamil ediləcəyi ehtimalı universitetləri əlavə maliyyə imkanları aramaq zərurəti qarşısında qoyacaq. O ki qaldı imtahan nəticələrinə və göstəricilərin zəifləməsinə, bu artıq ayrı bir mövzunun söhbətidir və əlbəttə ki, verilən bilik alınan ödənişə adekvat deyil" – deyə N.İsafilov söyləyib. 


Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev məsələyə münasibət bildirərkən qeyd edib ki, təhsil haqlarındakı son artımdan sonra Azərbaycanın bəzi universitetlərində və bəzi fakültələrindəki təhsil haqlarının Avropanın bir çox ölkələrində təhsil haqları ilə eyni səviyyəyə çatmış olur: "Halbuki, birinci növbədə, həmin ölkələrdəki orta illik gəlir səviyyəsi ilə, Azərbaycandakı ailələrin orta illik gəlir səviyyəsi arasında böyük fərq var. İkincisi, həmin universitetlər tədqiqatlara, yeni araşdırmalara, layihələrə üstünlük verirlər, dövlət və özəl sektordan qrantlar cəlb edirlər və beləliklə, maliyyə imkanlarını yaxşılaşdırırlar. Bizdə isə 80-90-cı illərdən qalmış mühazirələri tələbələrə yazdırıb, təhsil haqlarını artırırlar. Üçüncüsü, həmin universitetlərin bir çoxu dünya reytinqlərində ilk 500, ilk 1000 universitet arasına düşmüş, müasir kitabxanaları, laboratoriyaları, tədqiqat mərkəzləri, yataqxanaları olan universitetlərdir, mühazirələrin keçirildiyi boz binalardan ibarət və dünya universitetlərinin reytinqlərində yeri görünməyən ali təhsil müəssisələri deyil".

"Təhsilin maliyyələşməsində islahatlar, universitetlərin gəlirlərində artım lazımdırsa, bunu köklü həll etmək lazımdır. Bu zaman dövlət büdcəsindən ali məktəblərə ayrılan vəsait də, müəllimlərə ödənilən maaşlar da, tələbələrə verilən təqaüdlər də sırf göstərilən nəticələr əsasında dəyişməlidir. Yəni, il ərzində akademik və araşdırma göstəriciləri yüksək olan universitetlərə daha çox pul ayrılmalı, daha çox tələbənin seçdiyi və yüksək qiymət verdiyi müəllimlərə daha çox maaş verilməli, təhsil haqları artırılsa da, yüksək nəticə göstərən tələbələrə dəfələrlə daha çox təqaüd verilməlidir. Yalnız bu zaman həm universitet, həm müəllim, həm tələbə arasında müsbət rəqabət yaratmaq, keyfiyyət dəyişikliyinə nail olmaq olar. Əks halda, sadəcə təhsil haqlarının qaldırılması universitetlərin maliyyələşməsində müvəqqəti həll kimi olacaq və bunun da yükü onsuz da çətin şəraitdə yaşayan Azərbaycan ailələrinin üzərinə düşəcək" – deyə Harvard Universitetinin məzunu əlavə edib.



Sputnik.az




Загрузка...
Həmçinin oxuyun:
"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"