Peşə təhsili müəssisələrinə tələbə qəbulu
Peşə təhsili müəssisələrinə tələbə qəbulunda 5 addım: AzTehsil.com təqdim edir.
1️⃣ Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu
2️⃣Müraciətin göndərilməsi
3️⃣Sənədlərin yoxlanılması
4️⃣Müsabiqə nəticələrinin elanı
5️⃣Sənədlərin peşə təhsili müəssisələrinə təqdim edilməsi
Qeyd : 11 avqust tarixində yekun vurulan tələbə qəbulunun I mərhələsinin nəticələri 16 avqust tarixində müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.
Nəticələr elan olunduqdan sonrakı 10 gün müddətində müsabiqədən keçən şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı həyata keçiriləcəkdir.
Birinci mərhələnin yekununda boş qalmış plan yerlərinə tələbə qəbulunun ikinci mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.