AzTehsil.com


Xəbərlər
19 iyun 2020
1 672


SMS-icazə belə alınacaq



SMS-icazə belə alınacaq

 

Operativ Qərargah SMS-lə icazənin detallarını açıqlayıb.

1.5. Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

 
1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.6. Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.7.1. Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);

1.7.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);

1.7.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111); nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.

1.8. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.9. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət arandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.10. SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. modern.az 



Загрузка...
Həmçinin oxuyun:
SMS icazəsinin müddəti artırıldı - RƏSMİ

SMS icazəsinin müddəti artırıldı - RƏSMİ

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

SMS icazə ləğv OLUNDU

SMS icazə ləğv OLUNDU

Azərbaycanda SMS-lə icazə LƏĞV EDİLDİ

Azərbaycanda SMS-lə icazə LƏĞV EDİLDİ

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Elçin Əfəndi: Repetitorlar bu sayt  vasitəsilə qeydiyyatdan keçməlidir

Elçin Əfəndi: Repetitorlar bu sayt vasitəsilə qeydiyyatdan keçməlidir

5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib – FOTO

5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib – FOTO

8103-ə SMS yazıb icazəsi olanların diqqətinə: Yeni QƏRAR

8103-ə SMS yazıb icazəsi olanların diqqətinə: Yeni QƏRAR

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

“Axşam saat 9-dan sonra evlərinizi tərk etməyin” – DİN-dən MÜRACİƏT

“Axşam saat 9-dan sonra evlərinizi tərk etməyin” – DİN-dən MÜRACİƏT

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur

İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB?

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB?

Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu bu gün başa çatır

Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu bu gün başa çatır

Yenə küçəyə SMS-lə çıxacağıq - QƏRAR

Yenə küçəyə SMS-lə çıxacağıq - QƏRAR

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Rezidenturaya qeydiyyat üçün lazım olan sənədlər - SİYAHI

Rezidenturaya qeydiyyat üçün lazım olan sənədlər - SİYAHI