AzTehsil.com


Xəbərlər
02 avqust 2018
4 365


"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”



 

Ekspertin fikrincə, yüksək bal toplayanların kəmiyyəti keyfiyyətə doğru dəyişirsə, aşağı pillədəki göstəricilərdə də dəyişikliklər olmalıdır 
 
İyulun 26-da son nəticələrinin açıqlanması ilə tələbələrin builki qəbulu imtahanı yekunlaşdı. Nəticələrə əsasən, yaz və yay qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin sayı 29 nəfərdir. Ümumilikdə isə 600 və 500 baldan yuxarı bal toplayan abituriyentlərin də sayı artıb. Əvvəlki illərlə müqayisədə, hazırkı nəticələr kifayət qədər yaxşıdır. Belə ki, bir neçə il əvvəl 700 bal toplayanlar bir əlin barmağının sayını keçərdi, ya keçməzdi, amma bu il həmin rəqəmin 29 olması diqqətdən kənarda qalmamalıdır. Əlbəttə, son dönəmlər təhsilə göstərilən qayğı və diqqəti də yaddan çıxarmaq olmaz. "Təhsil” əslində ümumi sözdür. Burada həm şagirdlərə, həm də tələbə və müəllimlərə olan münasibətdən danışılır. Müəllimlərin işə qəbul imtahanın keçirilməsi, ucqar kənd məktəblərində tədrislə məşğul olan müəllimlərə diqqətin artırılması, qəbul imtahanı verən abituriyentlərə müxtəlif üstünlüklərin təqdim olunması nəticələrin yüksəlməsinə öz təsirini göstərdi. Yadımdadır, əvvəllər nəinki, 700, hətta, 600-dan artıq bal yığanlar savadlı, bilikli abituriyent kimi qəbul edilirdi. Amma nədənsə, son dönəmlər bu məsələyə yanaşma birmənalı deyil. Kimisi yüksək balı biliyin, savadın göstəricisi sayır, kimisi isə yox. Təbii ki, hər bir məsələyə müxtəlif aspektlərdən yanaşanlar var. Amma istənilən halda, 700 bal toplamış bir gəncin zəhmətini heçə saymaq, onun kifayət qədər bilikli olmadığını demək də düzgün deyil. Hər halda, bunu qəbul imtahanına hazırlaşan və o həyəcanı yaşayanlar daha yaxşı bilər. Yüksək bal toplayan abituriyentlərin sayının artmasına hansı amillər təsir göstərib? 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü nəticələrin yüksək olmasının bir neçə səbəbinin olduğunu deyir: "Bu nəticə, əvvəlki illərlə müqayisədə doğurdan da təhsilin keyfiyyətində müsbət tendensiyaların baş verdiyinin göstəricisidir. Mən düşünürəm ki, istər orta məktəb müəllimlərinin, istər repetitorluqla məşğul olanlar artıq təlim prosesində innovativ metod, üsul və formalara mükəmməl yiyələndikləri üçün bu nəticələr əldə olunub. Bilirsiniz ki, 2007-ci ildən təhsil proqramlarında dəyişikliklərin olması, yeni kurikulum sisteminin tətbiqi müəllimin işə daha məsuliyyətli yanaşmasına səbəb oldu. Bu, həm də müəllimə az vaxt ərzində daha çox bilik və informasiya vermək imkanı yaratdı. Bu baxımdan, düşünürəm ki, keyfiyyətli təlim-tədris prosesi yaxşı göstəricilərin əldə olunmasında müstəsna rol oynayır”. 

M. Mürşüdlü əldə olunan nəticədə həm müəllimin, həm də  şagirdin payının olduğunu qeyd edir: "Digər tərəfdən, bunu qeyd edim ki, təhsildə əldə edilən uğur heç zaman birtərəfli olmur. Əlbəttə, müəllimlərin keyfiyyətli dərs keçməsi çox önəmlidir, amma şagirdlərimizdən də çox şey asılıdır. Burada bütün məsuliyyəti müəllimin üzərinə də qoymaq olmaz. Mən artıq neçə ildir ki, təhsil sahəsindəyəm və bir sıra araşdırmalarım olub. Bu araşdırmalardan əldə etdiyim nəticələrə əsasən deyə bilərəm ki, nəticənin 100 faiz yaxşı olmasında 50% müəllimin, digər 50% isə şagirdin zəhmətidir. Yəni müəllimin peşəkarlıq səviyyəsi nə qədər yüksəkdirsə, şagird də yaxşı nəticə üçün əlindən gələni etməli, çox oxumalıdır”.

Həmsöhbətimiz son dönəmlər abituriyentlərə edilən güzəştlərin də nəticələrə təsiri olduğunu deyir: "Əlbəttə, imtahan verən şagirdlərə edilən güzəştləri vurğulamamaq olmaz olmaz. Abituriyentlərin iki dəfə imtahan vermə şansının olması onlar üçün çox əhəmiyyətli addımdır. İmtahanın bir dəfə olması uşaqları stressə salırdı, onlara psixoloji basqı idi. İstər-istəməz, yaşadıqları həyəcan onların yüksək bal toplamasına əngəl olurdu. Amma indi ikinci dəfə imtahan vermə imkanının olması bu əngəlləri aradan qaldırıb. Artıq abituriyent imtahana girərkən bu il üçün son şansı olduğunu düşünmür və rahatlıqla suallara adaptasiya olur”.  
 
Təhsil eksperti Nadir İsrafilov deyir ki, yüksək bal toplayanların sayının artması fərəhləndiricidir, amma məsələnin başqa tərəfləri də var: "Ötən illərlə müqayisədə 2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında ayrı-ayrı ixtisas qrupları üzrə 500-700 bal toplayan abituriyentlərin sayındakı artım nə qədər fərəhləndirici olsa belə, bunu son bir ildə orta məktəb təhsilinin keyfiyyətində sıçrayış kimi qiymətləndirmək ən azı sadəlövhlük olardı. Sual yarana bilər ki, 300-500 arası bal toplayan abituriyentlərin sayının azalmasına rəğmən, artım niyə məhz, əsasən 500 -700 bal arası baş verir? Nəyə görə məzunlar  dinşünaslıq, islamşünaslıq ixtisaslarına, kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, baytarlıq, aqromühəndislik və s. sahələrə minimum 100-150 balla, hüquqşünaslıq, həkim ixtisaslarına isə maksimum balla qəbul olurlar? Niyə bəzi ixtisaslarda fənlər üzrə nisbi bal məhdudiyyəti yoxdur? Niyə hüquqşünas, diplomat prestijli peşə sayılmalıdır, baytar, aqromühəndis prestijsiz? Bu peşələri nüfuzlu və nüfuzsuz edən kimdir və məqsəd nədir? Hazırda universitetə sənəd verən abituriyentlər arasında yarış gedir. Nə qədər ki, peşənin sirlərinə yiyələnməkdən daha çox, "nüfuz sahibi” olmaq məqsəd və məramımızın mayasını təşkil edəcək, "bal toplamaq uğrunda sosializm yarışı” da bir o qədər davam edəcək. Nə qədər ki, mental mövqedən çıxış edib, valideyn övladına "filankəsin uşağı filan qədər bal toplayıb, filan yerə daxil olub, sən isə...” deyəcək, uşaqlarımızın əsəb və psixikası bir o qədər pozulacaq”.

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz” deyən ekspert bildirir ki, təhsilin keyfiyyəti təkcə hansısa konkret faktiki bilik məcmusundan ibarət deyil: "Pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya" kimi xarakterizə olunur. YUNESKO-nun müəyyənləşdirdiyi kimi: "Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.” Testin isə bu parametrləri yoxlamaq və qiymətləndirmək imkanı məhduddur”.  

Təhsil eksperti Etibar Əliyev bildirdi ki, yüksək bal toplayanların sayının çoxalması yaxşıdır, amma digər tərəfdən 0-200 bal toplayanların azalması qarşıya məqsəd kimi qoyulmalıdır: "700 bal toplayanlar təhsilin əsas göstəricisi sayıla bilməz. Düşünürəm ki, bu, ən yuxarı göstərici olduğuna görə, abituriyentlər arasında sanki bilik yarışmasına çevrilib.  Onlar sadəcə, həmin bala çatmaq üçün rəqabətə girirlər. Ancaq əsas göstərici kimi, məncə, aşağı nəticələr nəzərə alınmalıdır. Bütün dünyada təhsilin qarşısında duran əsas məqsədlərdən biri funksional savadsızlığın faizinin azaldılmasıdır. Bu da yazmağı, oxumağı, düşünməyi, hər hansı situasiyadan çıxış yolu tapmağı bacarmaq kimi qabiliyyətlərdir. Bunu da, birmənalı şəkildə məktəb verir. Yenə də 0-200 bal toplayanların sayı ötən ilkilərlə eyni olsa, bu o deməkdir ki, təhsilin keyfiyyətində yalnız yüksək göstəricilərdə dəyişiklik əmələ gəlib. Bu gün o faizi azaltmağa çalışmalıyıq. Yəni bir tərəfdən ən yuxarı balı toplayan abituriyentlərin kəmiyyəti müsbətə doğru dəyişirsə, aşağı pillədəki göstəricilərdə də dəyişikliklər olmalıdır. Əgər o pozitiv dəyişikliklər çox kiçik rəqəmlərlə ifadə olunacaqsa, demək, təhsilin keyfiyyətində ciddi dəyişiklik baş verməyib”. 

Həmsöhbətimizin fikrincə, məktəblər, liseylər arasında müəyyən rəqabət mühitinin formalaşması da yüksək bal toplayanların sayının artmasında önəmli rol oynayıb: "Yəni yüksək nəticə göstərənlər əsasən liseylər arasındakı rəqabət mühitinin və olimpiada hərəkatının güclənməsi ilə bağlıdır. Yerli və xarici olimpiadada iştirak edib yüksək nəticə göstərənlər, heç şübhəsiz ki, qəbul imtahanlarında yüksək bal yığmalı idilər. Bu rəqabət mühiti region məktəblərinə də şamil olunmalıdır. Bu məktəblər arasında da rəqabət mühiti inkişaf etdirilməlidir. Düzdür, elə region məktəblərimiz var ki, orada da yüksək bal toplayanlar var. Amma nəticələri aşağı olanları da nəzərə almalıyıq. Düşünürəm ki, bu qeyri-bərabərliyi, mütənasibliyi aradan qaldırmaq lazımdır. Bu zaman istənilən keyfiyyəti əldə etmək olar”.(kaspi.az)



Загрузка...
Həmçinin oxuyun:
"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Yüksək bal toplayanlar  hansı  bölgələrdən   olduğu  açıqlandı.

Yüksək bal toplayanlar hansı bölgələrdən olduğu açıqlandı.

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır