AzTehsil.com


Xəbərlər
12 may 2017
7 510


Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?



Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

 

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanı keçirdi. İl keçdikcə qəbul imtahanlarında yüksək bal toplayanların sayı çoxalır, amma orta bal toplayanların sayı azalır. Builki qəbul imtahanlarında cəmi 10 nəfər isə 700 bal toplayıb. 600-dən yuxarı bal toplayanların da sayı çoxdur. 
 
Yüksək bal toplayan tələbələrin çoxu imtahanı həyacansız sona vurduqlarını və günlərinin heç də hamısını tam olaraq oxumağa sərf etmədiklərini deyiblər. Necə deyərlər həm əylənib, həm də oxuyublar. İndiki zamanda həm oxumaq, həm də əyləncədən geri qalmamaq şərtilə yüksək bal toplamaq mümkündürmü? Yüksək bal toplayanlar həqiqətən savadlıdırlarmı?
 
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq açıqlamasında bildirdi ki, şagirdə görə,  bu hal dəyişə bilər.
 

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

 

"700 bal əslində böyük nəticədir, amma 690 toplayanlar da var, onların arasında o qədər də fərq yoxdur.  Burada şans, texniki xəta məsələlərinin də olması mümkündür. Məncə də televizora baxmaq, planşetlə oynamaq, əylənmək bal toplamaqda o qədər də rol oynamır. Burada vaxtı düzgün bölmək və düzgün qiymətləndirmək məsələsi də var.   Bütün günü dərs oxumaq hər şeydən məhrum olmaq demək deyil,  sadəcə vaxtı düzgün dəyərləndirmək lazımdır”.
 
Təhsil sahəsi üzrə ekspert Kamran  Əsədov isə məsələyə başqa aspektdən yanaşdı. O, açıqlamasında qeyd etdi ki, ümumilikdə 700 bal  toplamaq maksimum savadlı olmaq demək deyil. "Yəni qəbul imtahanında  toplanılan  bal bilik ölçüsü deyil,  test imtahanları  sadəcə seçim üsuludur.  Yüksək nəticəni daha çox diqqətli, hazırlıqlı, test tapşırığı ilə daha çox işləyən şagirdlər toplaya bilər.   700 bal toplayan abituriyentlə 300 bal toplayan abituriyentin dünyagörüşü arasında heç bir fərq yoxdur.    Sadəcə 700  bal toplayan özünə daha çox inanır və daha çox vaxt ayırır.   Onlar heç bir vaxt deyə bilməzlər ki, biz hazırlıq müəllimlərinin yanına getməmişik və hazırlıq kurslarında olmamışıq”.
 

 

"Onlar fərdi seçilib, repetitor, hazırlıq kurslarına gedib”  

Təhsil eksperti bildirir ki,  qəbul imtahanında iştirak  etmək üçün ilk növbədə keçmiş TQDK-nın çap etdirdiyi test tapşırıqlarını öyrənməlisən. "Deməli, bunlarla işləmisənsə,  dərsdən əlavə materiallarla məşğul olmusan.  Hərtərəfli biliyə malik olmaq fərqlidir. 3-cü qrupa verən şagird kimyaya, 4-cü qrup  tarixə və digər fənnlərə də  də cavab verməlidir. Yüksək bal toplayanlar 9-cu sinifdən sonra yalnız öz ixtisasları üzrə oxuyanlardır.   Həqiqətən də  onların məktəblərində normal tədris prosesi  qəbula uyğun, yüksək səviyyədə keçirilsəydi, təkcə həmin şagirdlər yox,   bütün sinifyoldaşları da  yüksək bal toplayardı. Deməli onlar fərdi seçilib, repetitor, hazırlıq kurslarına gedib.   Daha çox 700 bal toplayanlar  akademik Zərifə Əliyeva adına liseyin  uşaqlarıdır. Hər il liseydən 700 bal toplayanlar mütləq çıxır.  Deməli, liseydə tədris prosesini dərinləşdirilmiş və sürətlənmiş formada qəbul imtahanı yönümlü  keçirlər. Niyə Neftçala  rayon kənd məktəblərindən bunu toplayan yoxdur?  Çünki bu məktəb heç bir qəbul proqramı üzrə dərs keçmir. Azərbaycanda 4481 orta ümumtəhsil məktəbləri var. Niyə onların hamısından 700 bal çıxmır”.

"Əgər onlar ikinci dəfə də 700 bal yığsalar, mən hesab edirəm ki, bu  təsadüfi deyil”

Təhsil ekspertinin fikrincə, liseylər, hazırlıq kurslarının rəhbərliyi tədris proqramını qəbul proqramı üzərində qurur və şagirdlər  bütün  tədris prosesini qəbul imtahanı üçün hazırlaşırlar. "Bakı şəhəri 287 saylı Zəkalar liseyinin hər il 700 balları var.  Deməli tədris prosesi yalnız qəbul üzərində qurulub.   Bu tədris proqramına  ziddir, çünki biz nəticəyönümlülük yox, şəxsiyyət yönümlü uşaqlar yetişdirməliyik.  2009-dan etibarən bu qərar qəbul edilib. Təəssüf ki, biz hələ də bilikyönümlülük nəticələr üzərində gedirik.   700 bal toplamaq onun gələcək üçün layiqli vətəndaş olacağı anlamına gəlmir. Biz məktəblərin  nəticələrini qəbul imtahanlarına görə götürməməliyik.  Ən yaxşı məktəbi nə qədər milli qəhrəman, şəxsiyyət, vətənə layiqli vətəndaş yetişdirdiyinə görə seçməliyik.   Yəni 700 bal savad göstəricisi deyil. Əgər onlar ikinci dəfə də 700 bal yığsalar, mən hesab edirəm ki, bu  təsadüfi deyil.  Qəbul imtahanını tədris prosesi bitmədən keçirmək düzgün addım deyil.  Çünki proqramı şagirdlər tam şəkildə mənimsəməyib”.
 
a24.az



Загрузка...
Həmçinin oxuyun:
"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı