AzTehsil.com


Xəbərlər
06 iyul 2016
6 368


“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?



“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

 


"Azərbaycanda yazmağı-oxumağı bacarmayan şagirdlərin olması təhsil ictimaiyyəti üçün ciddi mesaj olmalıdır”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

İmtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib. Ümumi orta təhsil bazasında (9 illik) imtahan verən şagirdlərin Azərbaycan dili fənnindən 20 min 911 nəfər, 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında isə Azərbaycan dili fənnindən 15 min 486 nəfər "2” (iki) qiyməti alıblar.

9 il və ya 11 il orta məktəbdə təhsil alan şagirdin öz ana dilindən "2” qiymət alması isə cəmiyyətdə birmənalı qarşılanmayıb. İctimaiyyət üzvləri bu nəticələrin biabırçılıq olduğunu deyib.

Maraqlıdır, təhsil ekspertləri necə düşünür? Buraxılış imtahanlarında şagirdlərin bu cür aşağı nəticələr göstərməsinin səbəbi nədir? Axı buraxılış imtahanında şagirdlərə cəmisi 30 test tapşırığı təqdim olunur, azı 3 qiymət almaq üçün də 7 test tapşırığına doğru cavab vermək kifayətdir. Görəsən, 7 suala cavab verə bilməyən şagird 9 və ya 11 il orta məktəbdə nə edib?

Təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə, buraxılış imtahanlarında şagirdlərin zəif nəticələr göstərməsi təhsildə olan qüsurların nəticəsidir:

"Deməli, biz gənclərə Ana dilini öyrədə bilmirik, onlara yaxşı təhsil verə bilmirik. Bu rəqəmlər nəticədir. Müəllimlərin və dərsliklərin yaxşı olmaması bu nəticələrə gətirib çıxarır. Şagirdlərdə oxumağa həvəs yoxdur. Bundan əlavə, məktəblərdə idarəetmədə qüsurlar var. Bunların qarşısı alınmasa, daha ciddi fəsadlar yarana bilər”.

Dərs ilinin uzadılması, təhsilə yönəlik tədbirlərin müəyyən mənada müsbət nəticə verəcəyini vurğulayan ekspert 9 və 11-ci siniflərin nəticələrində keçən illə müqayisədə irəliləyişlərin olduğunu deyib: "Amma təhsili 20 ilə pozub, bir ilə düzəltmək mümkün deyil. Bunun üçün uzun illərin qayğısına ehtiyac var. Təhsil istənilən dövlətin prioritet məsələsidir. Təhsili orta məktəblərdə keyfiyyətli, uşaqları gələcəyə hazırlamaq üçün verməliyik. Motivasiyanın böyük əhəmiyyəti var və bunu cəmiyyət etməlidir. Yaxşı oxuyan gəncləri təbliğ etməklə cəmiyyətə nümunə göstərməliyik”.

Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, bu gün Azərbaycanda yazmağı-oxumağı bacarmayan şagirdlərin olması təhsil ictimaiyyəti üçün ciddi mesaj olmalıdır: "Bu, hər kəsi dərindən düşündürməli olan bir problemdir. Əlbəttə, bu rəqəmlər kiməsə yeni və təəccüblü görünsə də, bununla belə illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan təzahürün nəticəsidir. Pessimist proqnoz olsa da, razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək. Çünki təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Yəni, biz 70 il ərzində topladığımız təhsil potensialını nəinki saxladıq, hətta vurub-dağıtdıq. Qərb təhsilinə meyl adı ilə sıçrayış yolunu seçdilər. Biz təhsildə yeniliyə hazır deyilik. Qərb sisteminə birdən-birə keçməyə də hazır deyildik. Hesab edirəm ki, bu proses hələ neçə illər davam edəcək”.

Ekspertin fikrincə, kurikulumların tətbiqi də təhsilimizdə müəyyən çətinliklərə səbəb olub: "Kurikulumların tətbiqi ilə milli təhsil konsepsiyası elan edildi. İndi biz həmin kurikulumların acı nəticəsini görürük. Ona görə də bu gün məktəblərimizdə oxuyub-yazmağı bacarmayan şagirdlərimiz var”.

Məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsində müəyyən problemlərin olduğunu vurğulayan yarımillik qiymətləndirmə prosesinin yanlış addım olduğunu deyib: "Sovet təhsil sistemində rüblük qiymətləndirmə var idi. İndi rüblük qiymətləndirməni ləğv edib, yarımillik qiymətləndirmə tətbiq edilir. Buna heç bir əsas yox idi. Əvvəllər şagirdlər 4 dəfə məsuliyyət daşıyırdılarsa, indi cəmi iki dəfə məsuliyyət daşıyırlar. Digər tərəfdən, əvvəllər aralıq imtahanları var idi. Bütün sinif pillələrinə keçid bu imtahanlarla aparılırdı. İndi isə həmin imtahanlar ləğv edilib, yeganə buraxılış imtahanı yaradıldı. Birdən-birə səkkiz fənni həmin buraxılış imtahanına daxil etdilər. Şagirdlər 10 il imtahan vermirlər, birdən-birə imtahan verirlər. Belə demək mümkündürsə, indi bizim məktəblərdə şagirdlərə yalnız ixtisas üzrə hazırlıq keçirilir. Yəni uşaqlar orta məktəbdə yalnız gələcəkdə seçəcəkləri ixtisasları üzrə təhsil alırlar. Onlara ümumi bilik-bacarıq vərdişləri aşılanmır. Bu da indiki vəziyyətin ortaya çıxmasına şərait yaradır”.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə Azərbaycandakı təhsil sistemini quruyan ağaca bənzədib: "Azərbaycanda təhsil sistemi sözdə çox dəyərlidir. Amma əməldə dəyərsiz olması hamıya məlumdur. Yəqin belə düşünürlər ki, insanlar nə qədər təhsilsiz olsa, hüququnu bir o qədər az başa düşər. Eyni zamanda bilmədiyi hüququnu da bir o qədər az müdafiə edər. Azərbaycanda təhsil sistemi quruyan ağaca bənzəyir. Onu nə qədər suvarsan, yenə də ondan bir nəticə görə bilməyəcəksən. Bu baxımdan biz köhnə təhsil sistemi ilə nə qədər çalışsaq, eyni nəticələr əldə edəcəyik. Artıq bu sahədə ciddi dəyişikliklərin vaxtı çatıb. Təhsil sistemini yenidən işləyib hazırlamaq lazımdır. Bu istiqamətdə daha dərin islahatlar aparılmalıdır. Hardadır Təhsil Strategiyasının nəticələri? Təhsili Azərbaycanda prioritet sahə etməyiblər. Məqsədyönlü

şəkildə təhsili məhv edirlər. Bu gedişlə gələn il də eyni nəticələri əldə edəcəyik. Bizim orta məktəbi bitirən məzunların arasında maksimum 15 faiz normal səviyyəli şagird olur”.

Şəymən
www.sherg.az




Загрузка...
Həmçinin oxuyun:
“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI