AzTehsil.com


Xəbərlər / Abituriyent
25 iyul 2018
3 180


"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar



 

700 bal toplayanlardan abituriyent intiharlarına üsyan: "Valideynlərin düşüncələri düzəlsə, problemlər də qaydasına düşəcək”  

Hər il keçirilən qəbul imtahanlarından sonra mediada hansısa abituriyentin intihar xəbərinə rast gəlinir. Bəziləri problemi ictimai qınaq, bəziləri isə valideyn-övlad münasibətlərinin düzgün qurulmaması ilə əlaqələndirir. Məsələdə medianı günahlandıranlar  da az deyil.

Bəs qəbul imtahanlarında maksimum nəticə əldə edərək hər kəsə nünunə göstərilən gənclər problemin qaynağını nədə görürlər?

2017-ci ildə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən ADA Universitetinin tələbəsi Pərvin Əhmədova bildirib ki, məsələdə əsas məqam şagirdə valideyn və ətrafın təsiridir:

"Kimlərsə yüksək bal toplaya bilər, bu, təbiidir. Ancaq bunu şagirdə başqaxıncı etmək, çox bal toplayanları övladına "xalxın uşağı” kimi nümunə göstərmək düzgün deyil. İntihar edən şəxsləri televiziyada göstərdikcə də bu  hallar adiləşir. Bu problem haqda danışmaq əvəzinə onun həllini tapmaq lazımdır. İntihar xəbərləri insana təsir edir, xüsusilə də 16-17 yaşlı birinin bu informasiyanı qəbul etməsi başqalarından fərqli şəkildə baş verir. 17 yaşlı yeniyetmə ailəsini düşünmür, çünki  "onlar mənim nə istədiyimi də, məni də önəmsəmirlər, ancaq təzyiq göstərirlər” fikri ilə yaşayır. Bəzən, sevilmədiklərini düşünürlər. Valideyn "sən hər şeydən dəyərlisən”, "nə bacaracaqsansa, onu da et”, "biz hər zaman səninləyik” kimi ifadələr səsləndirməlidir. Yoxsa, "bu qədər bal yığmasan, deməli, müəllimlərə verilən pulu çölə atmış olacağıq”, "necə məsuliyyətsizsən” kimi sözlərlə şagirdlə ünsiyyət qurmaq olmaz. Valideyn yetkin biridir, amma yeniyetmə tamamilə başqa düşüncədədir. Bir anda sıxıla və bunun çarəsini intiharda görə bilər”.

Pərvin Əhmədovanın sözlərinə görə, məktəb psixoloqlarının üzərinə də böyük yük düşür:

"Şagird günün bütün hissəsini məktəbdə keçirir. Buradakı mühit də ona təsir göstərir. Məktəb psixoloqları da mütləq diqqətli olmalıdırlar.

Hazırda elə hal yaranıb  ki, uşaqların yox, valideynlərin psixoloqa ehtiyacı var deyə, düşünməyə başlayırsan. Başqalarının fikirlərini həddən artıq ciddi qəbul edib, özü deyil, övladı vasitəsilə başqaları ilə rəqabətə girən valideynlər var. Üz-üzə gələn kimi "qızın nə qədər bal topladı?” deyə bir-birlərindən soruşurlar. Niyə bu qədər maraqlıdır? Hər şeydən vacib nəticə deyilmi? Sağlam yaşam, insanın istədiyi kimi həyata davam etməsi üçün valideyn dəstəyi ən vacib şərtdir”.

2018-ci ildə keçirilən yaz qəbul imtahanlarında 700 bal toplayan Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Jalə Rəcəbova da ən böyük günahı məhz valideynlərdə görür:

"Uşaq doğulanda ali təhsil almağı bilmir. Düzdür, valideynin övladını savadlı görmək istəməsi, bu fikri övladına aşılaması olduqca təbii və gözəl bir şeydir. Amma bunu ölüm-qalım məsələsinə çevirmək ən böyük səhvdir. İradə zəifliyi də insanla doğulmur, yenə valideyn qınağından gələn bir şeydir. Dərs oxumağı demirəm, adi tapşırılan bir şeyi uşaq edə bilməyəndə valideyin ona yarıtmaz gözüylə baxır, başqalarının uşaqlarını nümunə göstərir. Uşaq da fikirləşir ki, bu gün burda əlindən bir iş gəlməyən mən, sabah cəmiyyətdə öz yerimi necə tutacam? kimin nə işinə yarayacam? Buna görə də özünü uğur qazanan həmyaşıdlarının yanında ikinci dərəcəli insan kimi görür, özünə inamlı olmaq üçün ancaq uğur qazanmağa ehtiyac duyur. Qazana bilməyəndə də həm valideynini, həm də özünü biabır etdiyini düşünür”.

Jalə Rəcəbova məqsədi 640 baldan yuxarı nəticə göstərmək olan abituriyentin  690-700 toplayanın şəklinə baxıb intihar edəcəyinə inanmır:

"Burda da ya valideyn "xalxın uşağı”nı nümunə gətirir, ya da şagird özü valideyninin bu şəkillərə baxıb  övladının onu yarıda bilmədiyi, başını aşağı saldığı düşüncəsində olur. Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”.

2018-ci il yaz qəbul imtahanlarının daha bir vunderkindi 45 saylı tam orta məktəbin məzunu Elvin Kərimli deyib ki, az bal toplayanların intihar etməsinin 700 bal toplayanların reklam edilməsi ilə heç bir əlaqəsi yoxdur:

"Neçə illərdir, imtahanda maksimal nəticə göstərən abituriyentlərimiz olub və olacaq. Bu da normaldır. Biz istəsək də,  istəməsək də cəmiyyət bu cür bacarıqlı gəncləri tanımaq və özünə örnək götürmək istəyəcək. Əgər intihar edən gənclərin ailələri ilə yaxından  maraqlansaq, görərik ki, bu ailələrdə dərin psixoloji məqamlar var. Ata-ana münasibətlərində gərginlik,  ailəyə başqa müdaxilələr və bu kimi bir çox problemlər gəncləri sarsıdır və imtahan son damla olur. Sadəcə, valideynlər uşaqlara təzyiq göstərməməli və uşaqlarının daim arxasında olmalıdırlar. Hər bir valideyn öz övladlarının daxili imkanlarını və potensialını bilməli və onları düzgün istiqamətləndirməlidir. Necə deyərlər, hər oxuyan Molla Pənah olmaz”.

Qeyd edək ki, 2017-ci il qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Arzu Məmmədzadə açıqlmasında insanın iradə zəifliyini, "hər kəs universitet oxumalıdır” tendensiyasını, valideynlərin uşaqları sıxışdırmasını və yüksək bal toplayan abituriyentlərin mediada həddindən artıq reklam edilməsini az bal toplayan abituriyentlərin intihar səbəbləri kimi göstərib.(AzEdu.az)



Загрузка...
Həmçinin oxuyun:
Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

İmtahan  zamanı  şagirdlərə   zərbə vuran  səbəblər

İmtahan zamanı şagirdlərə zərbə vuran səbəblər

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Deputatdan fərqli yanaşma: “Ali təhsil vacib şərt deyil”

Deputatdan fərqli yanaşma: “Ali təhsil vacib şərt deyil”

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”