AzTehsil.com


Xəbərlər
11 yanvar 2018
3 494


Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI



Təəssüf hissi ilə qeyd etməliyik ki, intihar xəbərlərini eşitmək adi hala çevrilib.Daha dəhşətlisi budur ki, intihar edənlərin arasında kifayət qədər tələbə və məktəbliyə rast gəlirik.


Gənc şair, Azərbaycan Dövlət Pedaqoji Universietinin tələbəsi Məlik Cahangirovun intiharı və ölümündən əvvəl sosial şəbəkələrdə paylaşdığı statuslar insanları dəhşətə gətirdi.


Gənc Rəşad Mustafazadənin də özünü metronun altına ataraq öldürməsi insanlarda bu sualları yenidən gündəmə gətirir: axı niyə gənclərimiz problemlərinin həlli kimi çıxış yolunu intiharda görürlər?


Aztəhsil.com xəbər verir ki, modern.az saytı tələbələrlə keçirdiyi sorğunu təqdim edir:


Azərbaycan Dillər Universitetinin tələbəsi Şahin Sərdarlının fikrincə, sadəcə zəif insanlar intihara əl atır:

 

"İntihar çıxış yolu deyil. İntihar tamam başqa bir yoldur. Bu gün hər kəsin onlarla problemi ola bilər. Bu o demək deyil ki, hər şeydən imtina edib qaranlıq bir yolu seçməliyik. Xeyr, daha güclü olub, uğurlu işlər görmək lazımdır. Nikbin statuslar həsr etməklə heç nə düzələn deyil. Gənclər cəmiyyətimizin gələcəyidir. Gələcəyimizi möhkəm qorumalıyıq. Elə özümüzdən başlamaq şərtilə. Hər hansı intiharı universitet və universitet rəhbərliyi ilə bağlamağı düzgün saymazdım. Əgər bir tələbənin kəsirləri varsa, bunu qanuni yolla - yay məktəbləri, alt qruplar və kreditin 25 faizini ödəməklə təkrar imtahan verərək bundan azad oluna bilər. Hətta tələbə universitetdən xaric olunursa, onun təkrar bərpası da mümkündür. Əslində bütün sahələrdə informasiya çatışmazlığı var. Çox şahidi olmuşam, problemi olan tələbələri dekanlar, prorektorlar, hətta rektorlar belə dinləyir, çox güzəştlər olunur. Ola bilər ki, istisnalar da olsun. Amma intihar əsla çıxış yolu ola bilməz. Əsla və əsla olmamalıdır”.


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Sevlan Rüstəmli ağıllı insanların heç vaxt intihara əl atmadığını deyir:

 

" İntihar çıxış yolu olsaydı, hər başımız sıxışdığında elə bu yola əl atardıq, ağıllı, düşüncəli insanlar heç zaman intihar etməyi düşünməzlər. Əksinə həyatdan zövq alıb, stressdən uzaq olmağa çalışarlar. Şəxsən mən ən çətin vəziyyətimdə belə intihar haqda düşünmərəm. Çünki mənim həyatım tək məndən ibarət deyil. Məni sevən insanlar var, anam, atam, dostlarım var, onları gözüyaşlı qoymağı istəmərəm. Çünki bu Allah tərəfindən mənim sınağım ola bilər. Həyat bitməyib, qarşıma daha böyük nemətlər çıxacaq. Və bir şeyi də qeyd edim ki, hər kəsin həyatında onun dərdini unutduracaq birisi olur. O ki, qaldı çətinliyimə, hər zaman valideynlərim yanımdadır. Mənə düzgün istiqamət göstərib hər cür köməklik göstərirlər”.


Bakı Dövlət Universitetinin tələbəsi Orxan Muradzadə bəzən intihar etmək fikrinə düşdüyünü gizlətmədi:

 

"20 yaşım var.Çox sayda çətinliklər yaşamışam. Düzdür intihar eləmək istədiyim vaxtlar olub. Amma Stiv Cobsun videosunu təsadüfən görüb fikrimdən daşınmışam. Çox təsir etmişdi.  Atama, anama  yazığım gəldi. Bilirəm ki, bir şey olsa mənsiz yaşaya bilməyəcəklər. İntihara zəiflik kimi baxırlar, amma ki məncə intihar edən adamlar yetərincə güclü adamdırlar, öz şirin canlarına qıya bilirlər. Bir halda ki, Mayakovski kimi adam intiharla həyatına son qoyub, deməli, bəzən həqiqətən həyat yaşanmayacaq yerdir. Bu gün o çətin vaxtlarıma baxıram, o fikirdən yayındığım üçün çox şadam. İtalyan  atalar sözü var: "Həyat şahmat kimidir, yalnız mübarizə aparanlar qalib gələr". Bu söz çox mənalı sözdür, amma bəzən elə bir iyrəclik görürsən ki, "bitsin artıq deyirsən”, son qoyulsun bu həyata, özünü fərqli hiss edirsən. Deməyim odur ki, bu gün intihara əl atan adamların çoxu insanlardan bezmiş şəxslərdir, ikiüzlülük yaltaqlıq riyakarlıqdan bezmiş adamlardır. Amma bəlkə onlar yalnız özləri kimi adamları yanında saxlasaydılar bu gün onlar da bizim aramızda olacaqdı. Mən problemlərimi insanlarla bölüşməyi sevmirəm. Yəqin ki desəm belə heç bir reaksiya verməyəcəklər. Adi imtahanda apelyasiya şikayəti verəndə belə nə çətinliklər olur, qaldı ki, şəxsi problemlərini danışıb dərman tapasan dərdinə”.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...