AzTehsil.com


Xəbərlər / Ekspert
10 yanvar 2018
2 689


Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”



Yanvarın 8-i özünü dənizə ataraq intihar edən 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Məlik Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi olub.


İntihara səbəb kimi təhsil haqqını ödəyə bilməməsi də göstərilir.


Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov mediada intihar məsələlərinin çox qabardıldığını vurğulayıb:


"Televiziyalarda intihara cəhd səbəbləri müzakirə olunur, geniş açıqlamalar verilir. Nəticədə kobud dildə desək "dəlinin yadına daş salmaq” məsəli yada düşür. Bizim təhsil sistemində belə hallar çox olur. Mən hesab edirəm ki, tələbənin təhsil haqqını ödəyə bilməməsinin intihara səbəb kimi göstərilməsi kimi məsələlər buna hüquqi qiymət veriləndən sonra gündəmə gətirilməlidir. Mətbuatda filan müəllim filankəsə qarşı belə etdi və yaxud filan direktor belə hərəkət etdi tipli xəbərləri çox eşidirik. Belə xəbərlər üzə çıxır və ayaq tutub yeriyir. Şübəsiz bu da insanların mənəviyyatına təsir göstərir. Sonradan məlum olur ki, əslində hadisənin əsl səbəbi bu deyilmiş. Ona görə də əgər bu Təhsil Nazirliyi ilə bağlıdırsa, əvvəlcə operativ şəkildə bu xəbərə nazirlikdən  münasibət bildirilməlidir. Təhsil Nazirliyi məsələyə o vaxt münasibət bildirir ki, artıq bu fikirlər başqa istiqamətlərə haçalanmış olur. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır. İstintaq başa çatana qədər isə fikirlər yayılır, haçalanır. Məsələyə ilk münasibət hadisəyə görə cavabdeh sayılan orqanlar tərəfindən dərhal verilməlidir”.


Ekspert qeyd edir ki, tələbələrin təhsil haqqına görə intihar etməsi faktı istisna deyil:


"Tələbələr böyük çətinliklə, yüksək balla universitetə qəbul olurlar. Minlərlə tələbəmiz var ki, maddi imkansızlıq üzündən ali məktəbə daxil olmaqdan imtina ediblər. Ali məktəbdə oxuya-oxuya ali məktəbi tərk edənlər də olub. Ödəniş məsələsi əsas problemlərdən biridir. Özəl təhsil müəssələrində ödəniş tələb edilməsi başa düşüləndir. Dövlət təhsil müəssələrimizdə 80%-ə qədər  ixtisaslar ödənişlidir. Bir çox gəncimiz ödəniş imkanları olmadığından təhsildən yayınırlar. Rusiyaya, Türkiyəyə və  digər qonşu ölkələrə üz tutunlar da olur. Çünki orda təhsil haqqı olduqca aşağıdır. Ödəniş məsələsi öz həllini tapmalıdır. Bizim siyasətimiz sosial yönümlü siyasətdir. Məqsədimiz isə neft kapitalını insan kapitalına çevirməkdir. Ədalət naminə deyə bilərik ki, bu istiqamətdə bəzi addımlar atılıb. Məsələn, bəzi universitetlər müəyyən humanist addımlar atırlar, müəyyən kateqoriyalar üzrə tələbələrə güzəştlər edilir. Ödənişlərin də əlçatan olması üçün addımlar atılmalıdır. İmkansızlıq,  insanın çıxılmaz vəziyyətdə qalması insanın psixikasına təsir edir. Gənc intihar da olmasa başqa yol seçə bilər. Bu cür məsələlərə ciddi yanaşmaq lazımdır. Müvafiq tədbirlər görülməlidir. Bu sahədə radikal addımlar atılmasa bu kimi halların sayının azalmasına heç kim zəmanət verə bilməz”.


Təhsil haqqı ilə bağlı problem yaşayan Bakı Dövlət Universitetinin tələbəsi Pərvin Abbaslı bu hal baş verəndə stress yaşadığını qeyd edib:


"Bu hadisə hətta 2 fənndən kəsirimə səbəb oldu. İmtahanlara diqqətimi verə bilmədiyimdən yaxşı hazırlaşa bilmirdim. Universitetdən ayrılmaq haqda düşünürdüm, çünki ödənişi heç cür ödəmək şansım yox idi. Daha sonra problemimə baxıldı, həll olundu. Amma buna görə heç vaxt intihar etmək fikrinə düşməmişəm. Mənim üçün maddi sıxıntı heç vaxt intihar səbəbi ola bilməz.Təhsil haqqını ödəyə bilmirsənsə, bunun bir çox həll yolu var. Düşünürəm ki, o gəncin intihar səbəbi bu deyil. İntiharı acizlik, çarəsizlik əlaməti kimi görürəm. İntihar çıxış yolu deyil. O gəncin özünü öldürməyi  bəlkə də onun canını qurtardı. Amma bu hadisə valideynləri həm mənəvi, həm də maddi sıxıntıya salır.


Pərvin Abbaslı deyib ki, problemlə qarşılaşanda sonuna qədər mübarizə aparmaq lazımdır:


"Məsləhətim budur ki, güclü olsunlar. Sonuna qədər mübarizə aparsınlar. Məsələn, mən universitetdə bütün qapıları döydüm mümkün olan hər kəsdən yardım etməsini xahiş etdim.


Mənə rektor müavini kömək etdi. Rektorla görüşməyimə keçmiş dekanımız icazə vermirdi. Sonda rektor müavini ilə görüşdüm. Həmin andaca məsələni həll etdi. Sonuncu imtahana qədər imtahana buraxılırdım. Amma imtahan vaxtına  qədər ödəməsəm, imtahana buraxılmayacağımı dedilər.


Ümid sonda ölür. Ümidlərini üzməsinlər, mübarizə aparsınlar. Məsələni həll edə biləcəklərinə inansınlar. Əgər bir insanın inamı yoxdursa, bu hal intihara gətirib çıxarır. İnam bacarığın yarısıdır. Heç bir problem bizim canımızdan qiymətli deyil. Bunu heç bir zaman unutmasınlar”.




Загрузка...
Həmçinin oxuyun:
İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Bakıda müəllim İNTİHAR ETDİ

Bakıda müəllim İNTİHAR ETDİ

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...