İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA
Ağdaş sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intiharı ilə bağlı təhsil aldığı Ləki kənd 6 saylı tam orta məktəbin direktor müavini Qumru Abbasova açıqlama verib.
Aztəhsil.com xəbər verir ki, modern.az-a açıqlamasında Q. Abbasova İsmayılın nümunəvi şagird olduğunu bildirib:
"Nümunəvi, ağıllı, tərbiyəli, mərifətli sağır idi. Hər gün də dərslərdə iştirak edirdi. Sonuncu dəfə 5-ci gün, ayın 1-də dərsdə olub. Hadisə də bazar günü baş verib”.
Məktəb rəsmisi İ.Adıgözəlovun hər hansı problemini dilə gətirmədiyini vurğulayıb:
"Qətiyyən narahat uşaq deyildi. Sakit təbiətli, mehriban idi. Sinif yoldaşları, müəllimləri hər hansı narahat məqam sezməyiblər. O, dərsdən sonra Quran öyrənməyə gedirdi. Quran müəllimindən də necə biri olduğunu soruşa bilərsiniz”.
Q. Abbasovanın sözlərinə görə, dekabrın 17-də İsmayılın bacısının toyu olacaqmış:
"Kasıb ailədirlər. Amma heç kimdə işləri də yox idi. Ailədə 3 uşaqdırlar. Böyük bacısı köçüb. İsmayılın ikinci bacısı 21 yaşındadır, dekabrın 17-də bizim qonşuya gəlin köçəcəkdi. Hazırda toy təxirə salınıb. Atası Çingiz, anası Əfşan ağlayır, çarəsizdirlər. Çox çətin vəziyyətdədirlər”.
Qeyd edək ki, Ağdaşda rayon sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu dekabrın 3-də məktub yazaraq, yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.
Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."
Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi
Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"
10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”
Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”
Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə
Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT
8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”
16 yaşlı məktəbli intihar etdi
12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?
Azərbaycanda orta məktəbdə faciə: şagird öldü
Sumqayıtda müəllim məktəbdə intihar etdi
Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"
Lənkəranda məktəbdə intihar hadisəsi baş verib
Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi
Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ
Ağdaşda müəllim faciəvi şəkildə həyatını itirib
25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş
Tərtərdə məktəb direktorları yol qəzasına düşüb
Şah İsmayılın qanında xristian qanı axır? - Cavab
Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”
Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”
Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO
İntihar edən müəllimə budur - Foto