AzTehsil.com


Xəbərlər / Orta ixtisas
31 mart 2018
2 598


Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”



 

Yeniyetmələrin verdiyi imtahanlar onlarda müəyyən gərginliyə səbəb olur. Bunun səbəbi valideynlərin təzyiqi olsa da, gərginliyi imtahan verəcək şagirdlər yaşamalı olurlar.


Mövzu ilə bağlı AzEDU-ya danışan psixoloq Fərqanə Mehmanqızı uşaqlarda bu gərginliyin səbəbini izah edib:

"Mən daha çox yeniyetmələrlə işləyir və onlardakı stresin şahidi oluram. Valideynlərin səhvi uşaqların üzərindəki basqıdan başlayır. Özlərini rahat aparmırlar. Sanki uşaq yox, özləri imtahan verirlər. Bilmirlər ki, kənardan necə stresli görünürlər. Övladlarının kənardan onları izlədiyini və daha çox stres keçirdiklərini unudurlar. Bu zaman uşaq birinci düşünür ki, mən bu etapı keçməsəm həyatımın sonudur, valideynlərimin və cəmiyyətin gözündən düşəcəm. Valideynlər özlərindən asılı olmadan qəribə bir məhsuliyyətlə yüklənirlər. Düşünürlər ki, qohumlar hamısı uşağın qəbul olub olmadığını soruşacaq. Bunu qısaca cəmiyyətə verilən hesabat adlandıra bilərik. Şərq ölkəsi olduğumuz və emosianal millət olduğumuza görə özümüzdən çox cəmiyyəti düşünürük. Valideynlər daha çox məhz bu səbəbdən stresə düşür və onu uşağa da yansıdırlar. Oğlan uşaqlarına qəbul olmazsa, əsgər gedəcəklərini xatırladırlar. Bunu böyük faciəyə çevirirlər. Sanki unuversitet onun həyatında əsas mərhələdir və bu olmasa hər şey ölümlə nəticələnəcək. Şagird və abituriyentlər streslə əlaqədar bildiklərini də unudurlar”.

O, valideynlərin övladlarının psixologiyasına vurduğu  fəsadlar haqda da məlumat verib:

"Universitetə qəbul olunmayanlar oxumadıqlarına görə yox, əsasən stresə düşdüklərinə görə bunu bacarmırlar. İnsan enerjidən ibarətdir. O, bizə nə diktə etsə, həmin şeyi yaşayırıq.  Şagird düşünsə ki, imtahan sualları sadəcə, həyatımın yeni mərhələsinə keçmək üçün bir pilləkəndir, onda daha rahat və uğurlu olar. Həmçinin  bu, həyatının yeni dönəmi üçün daha məhsuliyyətli olmağa kömək edəcək. Valideyn başa salmalıdır ki, sən ali məktəbə qəbul olsan da, olmasan da, mənim övladımsan və mən səni sevirəm. Nə olur olsun, mənim gözümdə yüksəkdəsən. Amma sənin nailiyyət qazanmağın, cəmiyyətdə yer tutmağın özgüvənində dönüş nöqtəsidir və sən belə daha rahat olacaqsan.  Uşaq başa düşməlidir ki, universiteti qazanıb qazanmamğının onun ailəsinin gözündən düşməyinə heç bir aidiyyatı yoxdur. Bir və iki dəfə alınmırsa üçüncü dəfədə alınacaq. Belə olduqda heç bir şagirdin uğursuzluğu intihar və ya yersiz streslə nəticələnməz. Fikir versək görərik ki, imtahandan sonra uşaqlara görə təcili yardıma nə qədər müraciətlər olunur. Görürsən ki, uşağın qızdırması var. Halbuki, onun heç bir soyuqdəyməsi yoxdur.  Bunun səbəbi stresdir.

Hələ imtahanın nəticəsi bilinməmiş uşaqda ishal və qusma halları baş verir”.

Psixoloq həm də bu münasibətin gələcəkdə uşaqlarda qəribə eqo yaratdığını bildirib:

"Valideynlərin təzyiqi universitetə qəbul olduqdan sonra da uşaqlarda bir qədər eqo yaradır. Düşünürlər ki, mən qəbul oldumsa, valideynim mənim üçün ödəniş etməlidir, filan qədər xərclik verməli, filan şeyi almalıdır və s. düşünür ki, mən ali məktəbə qəbul olmuşamsa, ən yaxşı şeyləri mənim üçün etməlidirlər. Bugünkü iqtisadi  durum hər ailəyə bunu etmək imkanı vetrmir və uşaqda yenidən aqresiya yaranır”.



Загрузка...
Həmçinin oxuyun:
Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ