AzTehsil.com


Xəbərlər / Valideyn
09 yanvar 2018
4 838


Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?



Ontogenetik inkişafda hər yaş dövrünün spesifik davranış formaları və xarakteristikaları var. Uşaqlarda tədricən yaşa uyğun fərqli davranış formaları təzahür edir. Uşağın davranışı ilə ailənin tələbləri arasında paradoks yaranır ki, buda ailədə əsəbi psixoloji mühit, konfliktə səbəb olur. Bəzi ailələr isə anomal davranışı ərköyünlük kimi qiymətləndirir və "uşaqdır” böyüyəndə düzələr deyib həssas münasibət göstərmirlər. Bu isə şəxsiyyət və onun komponentlərinin inkişafındakı problemlərin dərinləşməsinə səbəb olur.


Davranış pozuntusu uşaqların psixofizioloji amillərlə şətrlənən daxili qarşıdurmaların davranışa köçürülməsi nıticəsində yaranır. Bunlara aiddir: Aqressivlik, təcavüzkarlıq, yalan, oğurluq, inadçılıq, söyüş, dırnağını, saçını yemək və s.

 

Bu simptomların davranış pozuntusu sayılması üçün aşağıdakı meyarlara uyğun gəlməlidir:


1.Yaşa uyğunluq- hər yaşın öz davranış forması var, ondan kənara çıxmaq davranış pozuntusudur. Yalan danışmaq 3-5yaş üçün normaldırsa, 11-14 yaş üçün artıq davranış pozuntusudur.


2.Sıxlıq- 5 yaşlı uşaqda hirs təbidir, başqasına fiziki zərər vurarsa, bu davranış pozuntusudur.


3.Davamiyyətlilik- pozuntunun simptomları nə qədər müddətdə baş verir.


4.Cinsəl rol gözləmələri- təcavüzkarlıq qismən oğlanlara xas davranış olsada, qızlarda da təzahür edərsə, bu davranış pozuntusudur.


Davranış pozuntusunun motivlərinə daxildir:


-Diqqət çəkmək. Uşaqlar lazımı sevgi, qayğı, diqqət görməyəndə belə davranır və sanki "mən” də varam demək istəyirlər.


-İntiqam almaq istəyi. Şiddət görən, sevgi məhrumiyyəti ilə avtoritar tip ailələrdə böyüyən uşaqlar üsyankar hərəkətlərlə yaşadıqlarının intiqamını alırlar


-Çatışmazlıq. Uşaq özünə inanmır, özünü reallaşdırmağa belə cəhd etmir. Çünki, ailə onun əvəzinə lazım olan hər şeyi edir. Bu tip davranış pozuntusu demokratik ailələrdə böyüyən uşaqlarda daha çox təzahür edir.


Bəs, davranış pozuntusu olan uşağa necə yanaşılmalıdır?


1.Qarşılıqlı hörmət. Hər uşaq şəxsiyyətdir, onu döymək, susdurmaq,”uşaqdır” deyərək əsassız davranmaq yolverilməz hərəkətlərdir. Valideynlər uşağın fikrinə hörmətlə yanaşmalı, qəbul etmədiyi hərəkətlərin səbəbini izah etməlidir.


2.Uşağa zaman ayırmaq. Bəzi valideynlər sosial təminata önəm verib, mənəvi boşluqlara diqqət etmirlər. Valideyinlərlə, xüsusilə ata ilə emosional kontakt uşaqlar üçün önəmlidir.


3.Cəsarətləndirmək. Uşağın özünə güvənməsində öncə valideyinlər ona güvənməyi öyrənməlidilər. "sən bacaracaqsan, sənə inanıram”-tipli cümlələr onları həvəsləndirməli, gələcək uğurlarında stimul mənbəyinə çevrilməlidir.


4.Sevgini izah etmək. Uşaq ailədə sevildiyindən əmin olduqda özünü təhlükəsiz və güvəndə hiss edir. Odur ki, uşağa əyani olaraq sevildiyini hiss etdirmək lazımdı.


Davranış pozuntularına tərbiyədəki qüsurlar da səbəb olur. Tərbiyəyə ailə tipindən asılı olaraq yanaşma fərqlidir. Ailə uşağa özünü aktuallaşdırmağa şərait yaratmalıdır. Ailə tipindən asılı olmayaraq tərbiyədə vahidlik prinsipinə əməl olunmalıdır. Əks-təqdirdə uşaq kimə inanıb, necə hərəkət edəcəyini bilmir. Bu isə uşağın davranışında pozuntuya, manipulyativ hərəkətlərə səbəb olur. Belə ki, uşaq valideynlərin cəza və qadağalarından nənə-babaya sığınır və əksinə. Bu isə uşaqda ərköyünküyə, davranış pozuntusuna, ailədaxili konfliktlərə səbəb olur.


Tərbiyədə cəza və rəğbətləndirmə metodlarından da istifadə edilməlidir. Cəza edilən davranışa uyğun olmalı, səbəbi izah olunmalıdır. Fiziki cəzadan çəkinməli, emosional cəza yaşa müvafiq olmalıdır. Həmçinin uşaq xoş əməllərinə görə mükafatlandırılmalı, tərifləndirilməlidir ki, bu uşaqda müsbət motivasiyalı davranışı da formalaşdıracaqdır. Uşaqla davranışda tələb və hörmət uzlaşdırılmalı, tələb yaşa uyğun olmalıdır.




Загрузка...