Kəkələyən uşaqlarda hansı qüsurlar olur?
Bəzi uşaqlarda nitq qüsuru özünü kəkələmə şəklində biruzə verir. Uşaqlar və valideynləri bu vəziyyətdən böyük narahatlıq keçirirlər.
Aşağıda kəkələmə haqqında bəzi vacib qeydlər var:
1. 2-6 yaş arasında uşaqların 5 faizində kəkələməyə rast gəlinə bilər. Bu hal ən çox 3-4 yaşlarındakı uşaqlarda müşahidə olunur.
2. Kəkələməsi olan uşaqların ailələrinin bir qismində vasvasılıq, həddən artıq düzgünlük və artıq dərəcədə təzyiq mövcuddur. Kəkələyən uşaqlarda çəkingənlik, qorxu, vasvasılıq, utanma kimi şəxsi xüsusiyyətlər daha çox nəzərə çarpır.
3. Kəkələmənin iki əsas səbəbi var. Birinci səbəb sinir sisteminin defektidir. Kənardan uşaq sağlam görünsə də, nevroloji müayinə onda bəzi patologiyalar aşkar edə bilər. Kəkələmənin digər bir səbəbi isə stressdir. Onların sinir sistemi tam sağlamdır, amma hansısa qəfil bir hadisə və ya ağır emosional bir vəziyyətdən sonra kəkələmə başlayır. Kəkələmə uşağın inkişafı ilə əlaqədar olaraq bir çox hallarda tədricən öz-özünə ortadan qalxır.
4. Müalicəyə nə qədər tez başlanılsa, nəticəsi bir o qədər yaxşı olar. Uşaqlarında kəkələmə müşahidə etməyə başlayan valideynlər dərhal mütəxəsislərə müraciət etməlidirlər.
5. Danışığı öz-özünə düzəlmiş və ya müalicə üsulu ilə sağalmış uşaq sonradan hər hansı ruhi sarsıntı keçirərsə, danışığında yenidən problemlər yarana bilər. Xoşbəxtlikdən, bu vəziyyət daimi deyil. Belə ki, sarsıntının uşaq psixikasına olan təsiri zəiflədikcə uşağın danışığı yenidən düzəlir.
6. Kəkələyən uşaqları ələ salmaq, nitqində problem olduğu üçün diqqətini cəlb etmək onların gərginliyini daha da artırır. O, danışarkən bu cür vəziyyət yarandığına görə uşaq məktəb də daxil olmaqla, ictimai yerlərdə olmaqdan və ünsiyyət qurmaqdan çəkinir. Burada sizin vəzifəniz onun özünə inamını bərpa etməyə çalışmaq, bu vəziyyətin eyib olmadığını başa salmaq, özünü müdafiə üçün ona məsləhətlər verməkdir.
7. Aparılan tədqiqatlar göztərir ki, kəkələmə oğlan uşaqlarında qız uşaqlarına nisbətən iki dəfə çoxdur. Yeniyetməlik dövründə bu vəziyyət beş dəfə artır. Buna səbəb bəzi ailələrin qız uşaqlarına daha çox diqqət ayırmaları və bunun nəticəsində oğlanların sıxıntı keçirmələri ilə bağlıdır. Sübut olunmuşdur ki, adətən ailə tərəfindən kifayət qədər isti münasibət və diqqət görməyən uşaqlarda kəkələmə halları daha çox baş verir.
Bəs, kəkələyən uşaqlarda hansı qüsurlar olur?
Bildiyimizə görə loqopediyada nitq qüsurları arasında ən ağırı kəkələmə hesab olunur.O,çətinliklə aradan qalxır,uşağın psixikasını zədələyir ,nitq ünsiyyətinə mane olur,ətrafdakılara,xüsusən uşaq kollektivinde qarşılıqlı ünsiyyəti çətinləşdirir. Kəkələdikdə,uşaq sözü başlaya bilmir,yaxud söz tələffüz olunarkən qıcolma yaranır .Kəkələyən zaman insan çetinlik çəkdikdə ayağını yerə vurur,əl-qol atır,göz vurur,gövdesini müxtəlif tərəflərə əyir.Kəkələdikdə uşaq səsi və hecanı təkrarlayır.Bəzən uşağın nitqində qəflətən uzun sürən dayanma,sözün əvvəlində və ya ortasında fasilələr yaranır.Kəkələmə problemi olan insanları bu kompleksdən uzaqlaşdırmaq və onları cəmiyyətə adaptasiya etmək mümkündür.