AzTehsil.com


Xəbərlər / Ekspert
18 may 2018
3 185


"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"



 

"Bal" yarışına çıxmışıq: kim çox toplasa, savadlıdır" - Bal bilik göstəricisidirmi?

"Belə getsə, fərdi kursların sayı orta məktəblərin sayından çox olacaq”

"Təhsilin keyfiyyətindəki problemləri, qəbul imtahanlarında nəticələrin aşağı olmasını Təhsil Nazirliyi (TN) və Dövlət İmtahan Mərkəzi (DİM) bir-birinin üzərinə atır”.

Bu barədə "Sherg.az”a orta məktəblərdə təhsilin zəif olmasından danışarkən təhsil eksperti Nadir İsrafilov bildirib. 

Onun fikrincə, iyun ayının 14-ü tədris ilinin başa çatması ilə qəbul imtahanlarının may ayında keçirilməsi bir-biri ilə uyğun gəlmir:

"Tədris proqramını tam başa vurmayan, attestat almayan abituriyentin qəbul imtahanında iştirak etməsi məntiqsizdir. Təhlil aparsaq, görərik ki, 700 bal toplayan abituriyentlər liseylərin şagirdləridir. Üstəlik 70-80 min məzunun cəmi 15 nəfərinin maksimum nəticə göstərməsi yetərli nəticə deyil.

Diqqət etsəniz, savadlı müəllimlər, savadlı abituriyentlər bir yerə cəmlənir. Qalanlar isə ətraf bölgələrdə təhsilini davam etdirir. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində şagirdlərə fərq qoyulmur. Bizdə isə məktəb mühiti dağıdılıb. Şagirdlər repetitor yanına qaçır, müəllimlər isə lazımi biliyi onlara çatdırmır ki, fərdi öyrənsinlər.

Hazırlıq kurslarının gündən-günə artması da məktəb mühitini məhv edir. Belə getsə, fərdi kursların sayı orta məktəblərin sayından çox olacaq”.

Nadir İsrafilov regionlarda təhsilin inkişafına da toxunub. O diqqətə çatdırıb ki, yüksək nəticə göstərən şagirdlərin əksəriyyəti böyük şəhərlərin sakinləridir:

"Bu müəllimlərin bölüşdürülməsində də özünü göstərir. Diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun yüksək bal toplayanlar paytaxta, nisbətən aşağı bal toplayanlar isə regionlara göndərildi. Ona görə, nəticələr də şəhərlərdə yüksək olur.

Təhsilə dair heç bir qanunvericilikdə orta məktəbin üzərinə ali məktəbə tələbə hazırlaşdırmaq tələbi qoyulmayıb. Son kurikulum islahatları da göstərir ki, bu sistem şəxsiyyətyönümlü vətəndaş yetişdirməlidir. Biz bal yarışına çıxmışıq: kim çox toplasa, savadlıdır. Yüksək bal toplamaq bilik göstəricisi deyil”.

Büdcədən təhsilə yüksək məbləğdə vəsaitin ayrıldığını qeyd edən ekspert düşünür ki, bu cür imkanlar yaradıldığı halda təhsil repetitorların ümidinə qalmamalıdır:

"Orta məktəblərdə reydlər aparmaq lazımdır ki, şagirdlərin dərsə davamiyyəti yoxlanılsın. Yuxarı sinif şagirdləri orta məktəbə getmir, repetitor yanında hazırlaşırlar. Valideynlər haqlı olaraq, əsas gətirirlər ki, orta məktəbdə təhsilin keyfiyyəti yüksək deyil. Müəllimlər isə maaşın az olduğunu irəli sürür, məsuliyyəti boynundan atırlar. Əslində heç bir tərəf qınanmalı deyil. Müəllimi, orta məktəbləri özümüz bu günə qoymuşuq. Təhsili biznes marağına çevirmişik. Televiziya kanallarını açan kimi müxtəlif kursların reklamları qarşımıza çıxır. Niyə bu qədər çox fərdi kurs olmalıdır?

Təhsil strategiyasında məqsəd qoyulub ki, müəllimin nüfuzu qaldırılsın. Müəllimin nüfuzunu qaldırmaq üçün məktəb mühitini bərpa etmək, yenidən orta məktəblərə məbəd kimi baxmaq lazımdır. Fərdi kursların təbliğinə, elanına, fərdi kurs yaratmağa meyli azaltmaq lazımdır. Baxın, şou əhlinin əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq.

Təhsilin keyfiyyətindəki nöqsanlara görə, ali təhsil müəssisələrinin də məsuliyyəti var. Keyfiyyətsiz təhsilə görə, qanunda müvafiq cəzalar nəzərdə tutulub. Amma heç bir təhsil müəssisəsinin, universitetin keyfiyyətsiz təhsilə görə, cəzalandırılması müşahidə olunmayıb. Halbuki ali məktəbləri də aşağı nəticələrlə bitirən, savadsız kadrlar artmaqda davam edir. Belə halları qaydasına qoymasaq, təhsilin keyfiyyətində dəyişiklik olmayacaq”.

Aysel Aslan




Загрузка...
Həmçinin oxuyun:
Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF