AzTehsil.com


Xəbərlər
25 oktyabr 2017
3 542


Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...



Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Nadir İsrafilov: "Təhsilə bu qədər vəsaitin ayrılması təqdirolunan haldır”.

 

Məhərrəm Zülfüqarlı: "Təhsilə qayğı artdıqca, bu, elmin inkişafına da kömək etmiş olacaq”.

 

Kəmalə Məcidova: "Təhsil xərclərinin artımı ilə təhsilin səviyyəsi arasında əlaqə var”.


Azərbaycanda dövlət büdcəsində gələn il üçün müxtəlif sahələrə xərclənəcək vəsaitlərin məbləği açıqlanıb. Yenə də təhsil sahəsinə ayrılan xərclərin məbləği ilk pillələrdə dayanır. Belə ki, 2018-ci ilin dövlət büdcəsindən təhsil xərclərinə 2 miylard 1.5 milyon manat vəsait ayrılıb. Bu rəqəm 2017-ci illə müqayisədə 210.3 milyon manat və ya 11.7 faiz çoxdur. 


Qeyd edək ki, 2016-cı ildə təhsilə 1 milyard 830 milyon manat ayrılmışdı.

 

Mütəxəssislərin fikrincə, təhsilə ayrılan vəsaitin miqdarının çoxalması sahəyə diqqətin artmasından xəbər verir. Bu da öz növbəsində təhsilin, elmin keyfiyyətini yüksəldən amil kimi dəyərləndirilir.

 

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirdi ki, hər il təhsil xərcləri yuxarı pillələrdə dayanıb:

 

"Bu gün ölkəmizdə təhsildə dövlət siyasətinin prinsipləri var. Belə ki, neft kapitalının insan kapitalına çevrilməsi prinsipi həyata keçirilir. O baxımdan da təhsil xərcləri daim yuxarı pillədə durub. Hər il təhsilə ayrılan xərclərin həcmi artır. Artıq bu xərclər 2 milyard manatı keçib. 

Təhsilə bu qədər vəsaitin ayrılması təqdirolunan haldır. Amma əsas məsələ həmin vəsaitlərin səmərəli idarə olunmasıdır. Bu fonda ilk növbədə orta ixtisas təhsilinə çox önəm verilməlidir. Həmçinin ali məktəblərə ayrılan vəsait düzgün tənzimlənməlidir. Çünki, dövlət təhsil müəssisələrində də ödəniş var. Onu da nəzərə alaq ki, ödənişin miqdarı hər artırılır. Odur ki, dövlət büdcəsində ayrılan vəsait elə olmalıdır ki, ali məktəblərdə ödəniş minimuma endirilsin. Bu zaman təhsilə ayırılan xərclərin artırılması səmərəli ola bilər”. 


Ekspert əlavə etdi ki, region təhsil ocaqlarına da diqqət artırılmalıdır:

 

"Təcrübə göstərir ki, ən yaxşı nəticələr adətən Bakı və digər iri şəhərlərdə qeydə alınır. Yəni regionlarda pis vəziyyətdə olan təhsil müəssisələri var. Odur ki, onlara xüsusi diqqət edilməlidir. Vəsaitdən səmərəli istifadə işin ən vacib tərəfidir”.


Təhsil məsələləri üzrə digər ekspert Məhərrəm Zülfüqarlı bildirdi ki, dövlətin imkanları artdıqca, təhsil xərclərinin də artımı müsbət haldır:

 

"Xalqın gələcəyi təhsilə bağlıdır. Savadlı gənclər çoxaldıqca, dövlət də güclü olar. Ancaq bununla yanaşı, təhsil işçilərinin əmək haqlarının  artırılması da gündəmdə olmalıdır. Çünki təhsilin keyfiyyəti ilə təhsillə məşğul olan insanların maddi rifahı arasında sıx əlaqə var. 

Bundan başqa, təhsillə elm bir-birinə bağlıdır. Təhsilə qayğı artdıqca, bu, elmin inkişafına da kömək etmiş olacaq. Odur ki, bu addımlar gənclərin elmə marağını yüksəldəcək”.


Ağdaş rayonu, M. Şeyxzadə adına texniki-humanitar-təbiət təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Kamalə Məcidovanın fikrincə, təhsil xərclərinin artımı ilə təhsilin səviyyəsi arasında əlaqə var:

 

"Məsələyə hərtərəfli yanaşmaq lazımdır. Məsələn, təhsil xərclərinin artımının müəllimlərin əmək haqqına necə təsir göstərəcəyi önəmli faktdır. Belə ki, müəllimlərin maaşları yetəri qədər artmasa, təhsildə yüksək keyfiyyətdən danışmağa dəyməz. 

 

Nəzərə alaq ki, hər bir kəsin işinə vicdanlı yanaşması inandırıcı deyil. Yəni, məvacibə önəm vermədən ancaq özünü məsləyinə həsr edən müəllimlər çox azdır. Müəllim sosial vəziyyətini ancaq işi ilə yaxşılaşdırmalıdır. Əlavə hazırlıq dərslərinə, repetitorluğa üstünlük verməzlər. Ancaq nəzərə alaq ki, təhsil səviyyəsinin yüksək olmasında müəllimin əmək haqqından başqa nüanslar da var”.




Загрузка...
Həmçinin oxuyun:
Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.