AzTehsil.com


Xəbərlər
11 yanvar 2017
3 955


Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!



Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

 


2016-2017 tədris ilinin qış imtahan sessiyası davam edir. Ölkə başçısının Fərmanı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən QHT, KİV və ictimaiyyət nümayəndələrinin ali təhsil müəssisələrində imtahan prosesini izləmək imkanı əldə etmələri üçün demək olar ki, hər cür şərait yaradılıb. Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq bir sıra universitetlərdə "İctimai nəzarət Şuraları” fəaliyyət göstərir. Bu kimi Şuralarda təmsilçiliyimdən yararlanaraq, ötən gün UNEC-də yazılı imtahanları müşahidə edərək, tələbələrlə fikir mübadiləsi aparıb, onların fikirlərini öyrəndim. "Qaynar xətt”in işi ilə yaxından tanış olaraq, xidmətə daxil olan müraciətləri dinlədim. Açığını deyim ki, UNEC-də şəffaf imtahan mühiti müşahidə etdim. Onu da etiraf edim ki, başqa bir mənzərə ilə üzləşəcəyimi heç gözləmirdim də, çünki Universitetdə gedən proseslərə yaxından bələd idim və bir çox proseslərlə bağlı tədbirlərin bilavasitə ıştirakçısı olmuşam.

 

Təkzibolunmaz faktdır ki, hər hansı bir ölkənin inkişafı və tərəqqisi onun iqtisadi durumu ilə bilavastə əlaqədardır və iqtisadi göstəriciləri ilə şərtlənir. Bu mənada çoxşaxəli iqtisadiyyatın müxtəlif sahələri üçün savadlı və peşəkar kadrlar hazırlamaq, onları istehsalata yönəltmək missiyasını yerinə yetirmək sahəsində  iqtisadiyyat profilli universitetin rolu danılmazdır. Bir vaxtlar "Narxoz” sindromu kimi mənfi imic qazanan, sonralar Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilən bu ali təhsil ocağı son dərəcə qısa bir zaman kəsiyində, artıq yeni UNEC brendi ilə  tanınaraq, istər təhsilin məzmunu, istər forma və strukturu, istərsə də digər infrastrukturların yeniləşməsi sahəsində irəliyə doğru sıçrayış etməklə, kifayət qədər ilkə imza atıb ki, bu da son dərəcə sevindiricidir. 

UNEC- də yaradılan imtahan sistemi dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək nümunəsidir. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün lazımi mühitin olması , imtahanlara vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələrinin cəlb olunmasına şəraitin yaradılması, prosesin şəffaf və obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradılmasının, təhsil haqqında mövcud qanunvericiliyə hörmətlə yanaşmanın bariz nümunəsidir. Xüsusilə elektron apellyasiya, qaynar xətt xidməti, mükəmməl imtahan götürmək proseduraları, həm də bütün bunların İKT ilə təşkil olunması forması təqdirəlayiqdir. Bu, gənclərin özünə inanmını və güvənini daha da artırır.

O da təqdirəlayiq haldır ki, müəllimlər də diqqətdən kənar qalmayıb.UNEC Elmi Şurasının qərarı ilə təsdiq olunan  professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında "Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir.Hazırda dekanlar, kafedra müdirləri əvvəlki illərlə müqayisədə 3-4 dəfə daha artıq əməkhaqqı alırlar. (1500-2000 manat) Müəllimlərin orta aylıq əmək haqqısı müəyyən faizlərlə artırılır. Digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək əmək haqqı yenə də bu universitetdə verilir. 

Artıq, UNEC tədris prosesini həyata keçirən ali məktəb olmaqla yanaşı, həm də elmi araşdırmaları fasiləsiz təşviq edən mərkəzə çevrilib. Maqistrların dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə etmələri, tələbələr üçün Bank of Baku ilə TələbəTəqaüd Proqramı, kreditlərə görə kəsirlərin ləğv edilməsi, "UNEC Ekspert” jurnalının nəşri, Dərbənd və Zaqatala filiallarının yaradılması, İstehsalatla əlaqələrin qurulması, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının yaradılması, Elm aylığının keçirilməsi, Nobel dinləmələri və nobelcilərlə görüşlər, ilk TEDx konfransının keçirilməsi... Daha hansını deyim? 

 

Bunları  qismən də olsa sadalamaqda məqsədim odur ki, görəsən təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır? O da sevindiricidir ki, təhsilimizə yeni abu-hava gətirən, yenilikləri və uğurları barədə ağızdolusu danışmağa layiq digər 3-5 universitetlərimiz də var və buların sayının getdikcə artacağına ümidimiz də az deyil. Catışmayanımız isə odur ki, qazanılan uğurları görə-görə, bunu qiymətləndirməmək bir yana, görülən işlərə kölgə salmaq "ənənənəsi”ndən əl çəkə bilməyənlərdən də hələ ki xali deyilik. Təəsüf ki, belə hallar hələ də istisna deyil və əsas odur ki, bu kimi cəhdlər geniş ictimaiyyət tərəfindən sərt təpki ilə qarşılanır. Çalışaq, hər şeyi öz adı ilə çağıraq. Çünki "yaxşı” və "pis” deyilən bir "fərqləndirmə nişanı” var...

Bir də ki, təhsil tikinti  sektoru deyil - binanı tikdin, təhvil verdin... Gözləntilərimiz üçün bir balaca səbrimiz də olmalıdır.


Nadir İsrafilov Təhsil üzrə ekspert



Загрузка...
Həmçinin oxuyun:
UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..