AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə
20 dekabr 2016
7 496


Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.



Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

 


Artıq xəbər verildiyi kimi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Məsələyə tanınmış təhsil eksperti Nadir israfilovun münasibətini oxucularımızın nəzərinə çatdırırıq.

Məsələ burasındadır ki,12 illk təhsilə keçidlə bağlı xəbərlər və müxtəlif yanaşmalar məhz bu günün məsələsi olmayıb, son illərdə ən çox gündəmə gələn, ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdən biri olub. Yəni, bu sistem Avropa standartlarına uyğun olsa belə bir çox insanlar hələ də bu qənaətdədirlər ki, əlavə bir il, əlavə vaxt itkisidir.  Bununla belə xatırlatmaq yerinə düşər ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb. Bildiyim qədər bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb.

12 illk təhsilə keçidin zəruriliyi nə ilə şərtlənir? Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edilir ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.

Təhsil Naziri Mikayıl Cabbarovun məsələ ilə əlaqədar açıqlamalarından da belə nəticə hasil olunur ki, 12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamaldır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir. 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərin artırılması kimi deyil seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər. "Bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək”

Reallıqdan çıxış etsək və mövcud vəziyyəti nəzərə alsaq belə qənaətə gəlmək olar ki, keçid prosesi bir sıra ciddi maneələrin aradan qaldırılması və həll oluması baxımından qeyri - müəyyən müddətə ləngiyə bilər. Yəni, deyək ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Növbəti ildə oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir. Dərsliklərin də yeni kurrikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması və s. ciddi məsələlərdəndir.  
Çox şey 5+5+2, 4+6+2, 1+4+5+2 modellərindən hansının tətbiq olunacağından və təmayülləşməni nəzərdə tutan son iki ilə (10+2 sistemində 11-12-ci siniflərə) keçidin könüllülük və ya seçim yolu ilə (test, imtahan, müsabiqə, müsahibə və s.) aparılmasından asılı olacaq. 

Yəqin ki, təhsillə bağlı məsələlərlə az-cox maraqlananlar bilməmiş deyillər ki, bu model artıq dünya ölkələrində çoxdan tətbiq olunur. Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir.

Məsələ heç də təkcə bununla bitmir. Deməyim odur ki, bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil. Təsəvvür edin ki, Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2020-ci ilə nəzərdə tutulub. Demək proses üçün 17 il vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb.
Hesab edirəm ki, 12 illik təhsilə keçid reallşdırılacağı halda əlavə olunacaq 1ili təhsilin təməlini təşkil edən ibtidai təhsil pilləsinə ayırmaq, ilkin siniflərdə şagird sıxlığını imkan daxilində minimuma endirmək daha məqsədəuyğun olardı. 

Digər bir məsələ isə sənəddə deyildiyi kimi ümumi təhsil sistemində "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçidin təmin edilməsi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması,  mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində aparılan işlərin səviyyəsindən də çox şey asılı olacaq.

Gedişatı zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına bel bağlayıb buna ümid etməklə arxayınlaşmaq olmaz. Nazirin təbirincə desək "12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq”. Hər halda müzakirələr davam etdirilməlidir özü də ki, daha geniş tərkibdə.
 
Necə olur ki, 1-2 il repetitor xidmətindən istifadə edənlər və ya hansısa aylıq  kursalara  gedənlər 11 il orta məktəb təhsili ilə məşğul olanlardan daha yüksək göstəricilərə nail olurlar Deməli, təhsilin müddəti əsas olsa belə həlledici amil sayıla bilməz. Əgər məsələyə sırf müddət baxımından yanaşsaq belə bir sual ortalığa çıxacaq ki, kosmosu fəth edənlər 12 illik təhsil almışdılar,..? Bu mənada tədrisin səmərəli metodikaları, təhsil prosesinə yanaşma tərzi barədə düşünməliyik.

Nadir İsrafilov .Təhsil üzrə ekspert



Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi