AzTehsil.com


Kurikulum / Müəllim
23 dekabr 2016
6 341


Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ



Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

 

Kurikulum latın sözü olub , mənası "kurs”,”yol” deməkdir. 1918 ci ildə dünya təcrübəsində ilk kurikulumlar yaranmışdı. Ötən əsrin 60-70 ci illərində yaranmış ABŞ  kurikulumu isə dünya ölkələrinin öz praktikalarında müraciət etdikləri  ən məqsədəuyğun və aparıcı kurikulum nəzəriyyəsi hesab edilir.Lakin hər bir ölkə bu təcrübədən faydalananda, onu əsas tutsalar da ,bu nəzəriyyəni öz  milli mənəvi dəyərlərinə, ölkələrinin sosial-iqtisadi  münasibətlərinə, təhsilalanlarının və təhsilverənlərinin təlabatlarına uyğun şəkildə dəyişdirmişlər. Azərbaycanda isə bu termin ötən əsrin 90-cı illərindən istifadə edilir.Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlayış belə ifadə edilir:”Təhsil proqramı(kurikulum)-təhsilin hər bir pilləsi üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.”Deməli kurikulum konseptual sənəddir ve bir çox məsələləri özündə ehtiva edir.

Kurikulumlar təklifyönümlü və tələbyönümlü olur. Azərbaycan təhsil sistemində digər prinsiplərlə yanaşı hümanistlik ve demokratiklik prinsipi də əsas tutulduğu üçün bizim kurikulum tələbyönümlüdür.Yəni bu sənəd hazırlanarkən cəmiyyətin və fərdin dəyişən tələbatlarının diqqət mərkəzində saxlanılması nəzərdə tutulub. 2006 cı ildə ” Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum)” təsdiq edildi. 2010-cu ildə "Ümumi təhsil pilləsinin dövlət  standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdi.

Azərbaycan təhsil sistemində "kurikulum” yeni anlayışdır.Yeni fənn kurikulumları əsasında təhsil alan şagirdlərimiz bu il artıq 9-cu sinfə adlayıblar. Bu illər ərzində kurikulum özünü dogruldurmu və ya gözlənilən nəticəni verirmi, bunu demək hələ çətindir. Bu proses ildən-ilə təkmilləşir, tamlaşır.Kurikulum islahatının özünü tam doğrultması üçün istər valideynlər,  istərsə də müəllimlər bu işdə həmrəy olmalıdırlar. Lakin ictimaiyyət arasında bu məsələyə münasibətdə islahatın uğurla həyata keçməsinə maneə yaradacaq qədər  fikir ayrılığı mövcuddur. Hələ də mübahisəli və təzadlı fikirlər, müxtəlif prizmalı mühakimələr səngimir.
Təhsil ekspertləri və bu məsələ üzrə səlahiyyətli şəxslər mövzuya dəfələrlə aydınlıq gətiriblər. Lakin bu dəfə məsələni prosesin içində olan bir müəllim süzgəcindən keçirək.
 
Kurikulum islahatınıln  keçirilməsi Azərbaycan üçün zəruri idi. Bu həm ölkənin siyasi və iqtisadi həyatında baş vermiş dəyişikliklərdən dolayı, həm də beynəlxalq təhsil arenasına inteqrasiya etmək, şagird və müəllimlərimizin beynəlxalq təcrübə mübadiləsini təşkil etmək, ölkə təhsilimizdə dünya təhsil standartlarının reallaşdırılması üçün qaçılmaz idi. Lakin , təəssüf ki, yenicə  müstəqillik qazanmış və uzun müddət mərkəzdən idarə olunmağa alışmış, digər sahələri ilə yanaşı təhsil sistemi də formalaşmayan, təşəkkül tapmayan Azərbaycan dövləti və Azərbaycan xalqı bu islahata nə psixoloji, nə sosioloji, nə də büdcə ehtiyatına görə hazır deyildi. Yaranan problemlərin birinci qaynağı və səbəbi bu oldu.

Uzun bir müddət Sovet İttifaqının tərkibində olmaq və sovet idealogiyası ilə yaşamaq digər sənət sahibləri kimi müəllimləri də hazıra yiyələnmək, mövcud tələblər əsasında işləmək, qoyulan qaydalardan kənara çıxmamaq kimi prinsiplər çərçivəsində işləməyə təhrik etmişdir.Bu isə ilk öncə , müəllimlərdə yaradıcılığı, müstəqil yanaşma, optimal metodu seçmək, vəziyyətə görə dəyərləndirmək kimi bacarıqları deformasiyaya uğratmışdır. Kurikulum islahatı başlayanda cəmiyyətdə məhz bu təfəkkürdə yaşayan müəllim ordusu mövcud idi. Bu islahat onlar üçün mövcud olan tədris metadalogiyasını tərsinə çevirmək kimi təəssurat bağışladı. Düzdür, müəllimlərə hər cür dəstək verildi.
 
Dövlət hesabına təlimlər, seminarlar təşkil edildi. Müəllimlər arasında maarifləndirici tədbirlər həyata keçirildi. Lakin bunlar hamısı müəllimlərimizi nəzəri cəhətdən silahlandırdı, praktiki iş bacarığı formalaşmadı. Çünki paraktiki vərdişlərin yaranması üçün mütləq zaman və yaradıcı yanaşma lazımdır. Müəllimlər isə bu işə yaradıcı yanaşmaq və zaman sərf etmək istəməirlər. Nəzəri biliklərini səriştəyə çevirmirlər. Çünki öz vaxtlarına və enerjilərinə qənaət edirlər. Öz qüvvələrini və potensiallarını, iş vaxtından sonra  onları maddi baxımdan daha yaxşı təmin edən tədris mərkəzlərində dərs  demək və ya repititorluq etmək üçün saxlayırlar.Yenə də əvvələ qayıtdıq. Stimullaşdırıcı mühit mövcud deyil və bu şərtlər altında bugünki müəllim, kurikulumları ancaq kağız üzərində reallaşdırır.

İnsan peşəsini sevməsə, ona qəlbən bağlı olmasa müsbət nəticə ala bilməz. Müəllim də öyrətmək eşqi ilə yanmalıdır. Onun sənətinə bağlılığı bütün maneələri aşmalıdır. Bu gün dövlətin də , cəmiyyətin də bizdən gözlədiyi məhz budur. Problemlər var, əlbəttə.Bu realdır. Lakin bunları aradan qaldırmaq üçün dövlətimiz və Təhsil Nazirliyi müvafiq sərəncam  və əmrlər verib və bu iş davam etməkdədir.
 
Təhsilin inkişafı üzrə Dövlət  Strategiyasında nəzərdə tutulan bir çox hədəflər məhz bu məsələlərin həllinə istiqamətlənib. Bunlara misal olaraq, 12 illik təhsil sisteminə keçid, təmayülləşmənin tətbiqi, differensial əmək haqqı modelinin icrası, məktəblərə muxtariyyətin verilməsi, məktəblər üçün əlavə gəlir gətirəcək fəaliyyət sahələrinin inkişaf etdirilməsi, yeni idarəetmə mexaniziminin tətbiqi, idarəetmənin şəffaflıq, səlahiyyətlərin bölüşdürülməsi, obyektivlik və aşkarlıq prinsipləri əsasında həyata keçirilməsi və s. Atılan hər bir addım biz müəllimlərə stimul olmalıdır. Kurikulum islahatlarına tənqidi yanaşmaq və anti-təbliğat aparmaq əvəzinə bütün gücümüzlə  aparılan təqdirəlayiq işlərə qoşulmalı, əlimizdən gələni əsirgəməməliyik.
 
Atalarımız demişkən, damla- damla göl olar. Bunun üçün də, dəyərli həmkarlarım, gəlin, şikayət etməyək , kömək edək.
 
Bakı şəhəri,Sabunçu rayonu 309 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova.
 




Загрузка...
Həmçinin oxuyun:
HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

Təhsilin məzmunu

Təhsilin məzmunu

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI