AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Saglam həyat / Manşet / Bölgə / Şagird
27 sentyabr 2025
1 112

Direktor və direktor müavinlərinin aqressiv davranışı ...



"Azərbaycanda müəllimlər hər üç-beş ildən bir müayinədən keçməlidir" - Rizvan Fikrətoğlu

Demək olar ki, hər məktəbdə əsəbini idarə edə bilməyən, aqressiv davranışlar sərgiləyən müəllimlər fəaliyyət göstərir. Bu isə ilk növbədə şagirdlərin təhlükəsizliyinə, psixoloji inkişafına və məktəb mühitinə ciddi zərbə vurur. Xatırladaq ki, Lənkəran məktəbində yayılan direktor müavininin şagirdi və xadiməni döyməsi ilə bağlı görüntülər də bu problemin mövcudluğunu açıq şəkildə sübut etdi.


Hadisə ictimai qınağa səbəb olsa da, əsas sual hələ də cavabsız qalır: əsəb problemləri olan müəllimlər niyə vaxtında yoxlanılmır və niyə sistemli nəzarət mexanizmi işləmir?


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı  danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, mövzu ağırdır, amma təəssüf ki, real bir problemi əks etdirir:


"Müəllimlərin və ya direktor müavinlərinin aqressiv davranışı, əsəbini idarə edə bilməməsi uşaqların təhlükəsizliyinə, psixoloji inkişafına və bütövlükdə məktəb mühitinə ciddi zərər vurur. Siz haqlısınız. Hazırda müəllimlərin işə qəbulunda test imtahanı var, amma psixoloji müayinə praktik olaraq aparılmır. Elm və Təhsil Nazirliyi bəyan edir ki, müsahibə zamanı psixoloji vəziyyət yoxlanılır. Əslində isə bu, sadəcə məsuliyyətdən yayınmaq üçün işlədilən bir ifadədir. Reallıqda psixoloji yoxlanış aparılmır. Niyə yoxlanılmır sualına gəldikdə, səbəb qanunvericilikdə boşluqların olmasıdır. İşə qəbul qaydalarına görə müəllimlərdən tibbi arayış tələb olunmalıdır və həmin arayış üçün real müayinələrdən keçmələri vacibdir. Tibbi və psixoloji pozğunluğu olan şəxslərin müəllim kimi fəaliyyətinə icazə verilməməlidir. Təəssüf ki, psixoloji uyğunluq ayrıca yoxlanılmır. Sistemli mexanizm yoxdur, Elm və Təhsil Nazirliyi yalnız imtahan nəticələrinə əsaslanır. Nəticədə əsəb pozuntuları, aqressiv davranış riski olan şəxslər nəzərə alınmadan işə qəbul edilə bilirlər. Nazirliyin iddia etdiyi monitorinqlər isə formal xarakter daşıyır. Müəllim işə qəbul olunduqdan sonra onun davranışı, stresə davamlılığı və şagirdlərlə ünsiyyəti sistemli yoxlanılmır. Yalnız insident baş verdikdə və ictimailəşdikdə tədbir görülür. Əks halda məsələ bağlanır".




Ekspert əlavə etdi ki, bu məsələdə bir “stiqma qorxusu” da var:


"Yəni psixoloji müayinənin məcburi olması bəzi dairələrdə diskriminasiya kimi qəbul edilir. Bu səbəbdən məsələ uzun müddət təxirə salınıb. Halbuki çıxış yolları mövcuddur. İşə qəbulda ilkin psixoloji testlər tətbiq olunmalıdır. Namizəd müəllimin emosional sabitliyi, stresə davamlılığı və uşaqlarla ünsiyyət bacarığı sadə testlərlə qiymətləndirilməli, risk aşkarlanarsa, o, imtahana buraxılmamalıdır".


Həmsöhbətimiz hesab edir ki, daimi psixoloji monitorinq də vacibdir. Onun fikrincə, müəllimlər hər üç-beş ildən bir müayinədən keçməli, xüsusilə şagird və valideynlərin şikayətləri əsasında dərhal yoxlanılmalıdır.


"İctimailəşmədən də hər bir şikayətə real reaksiya verilməlidir. Məktəbdaxili psixoloji institutlar gücləndirilməlidir. Məktəb psixoloqu yalnız şagirdlərlə deyil, müəllimlərlə də işləməli, erkən müdaxilə etməlidir. Təəssüf ki, bəzi hallarda məktəbdə psixoloji xidməti təşkil edən şəxslərin özlərinin problemləri olur. Bunlar da vaxtında aşkarlanmalıdır. Bundan əlavə, şikayətlərin araşdırılması üçün operativ mexanizm qurulmalı, valideyn və müəllimlər üçün anonim onlayn platforma yaradılmalıdır. Müəllimlərin aqressiv davranışı dərhal araşdırılmalı, onlara dəstək və təlimlər keçirilməlidir. Stresin idarə olunması, sinifdə konfliktlərin həlli, emosional savadlılıq üzrə illik təlimlər mütləq təşkil olunmalıdır. Əks halda təkcə uşaqların fiziki və psixoloji təhlükəsizliyi deyil, həm də təhsil sisteminə olan etimad tamamilə sarsılacaq. Müəllimin şagirdi döyməsi pedaqoji və hüquqi baxımdan qəbuledilməzdir. İctimai qınaq da olmalıdır. Bu məsələlərə ciddi müdaxilə olunmasa, problemlər daha da dərinləşəcək", - deyə Rizvan Fikrətoğlu yekunlaşdırıb.





Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Metodbirləşmələr

Metodbirləşmələr

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Müasir təhsil sistemindəki psixo­loji xidmət-Ekspertlərin rəyi

Müasir təhsil sistemindəki psixo­loji xidmət-Ekspertlərin rəyi

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri