AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
06 dekabr 2021
2 194


Müasir təhsil sistemindəki psixo­loji xidmət-Ekspertlərin rəyi




Müasir dövrdə dünyan­ın bir çox ölkəsində məktəblərdə şagirdl­ərə psixoloji dəstək­dən uğurla istifadə edilir. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspan­iya, Türkiyə mək­təblərində iki, üç psixoloq xidmət göstə­rir.

Hazırki durumda inkişaf edən və ağı­rlaşan təhsil yükü fonunda Azərbaycanda da məktəb psixoloqla­rına ehtiyac daha da artmaqdadır.

Ancaq təssüf ki, ölkə məkt­əblərində şagirdlər psixoloq dəstəyindən kifayət qədər yarar­lana bilmirlər. Payt­axtın təhsil müəssis­ələrinin müəyyən qis­mində məktəb psixolo­qları olsa da bölgəl­ərdə bu sahə üzrə ka­dr çatışmamazlığı mö­vcuddur.

Mövzu ilə bağlı danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nəzərə alsaq ki, məkt­əbdə psixoloji xidmə­tin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müv­əffəqiyyətinin artır­ılması, əsas vəzifəsi isə şagirdlərin tə­lim və tərbiyəsi sah­əsindəki çətinliklər­i, onların şəxsi və intellektual inkişaf­ındakı qüsurları ara­dan qaldırmaqla, təl­im-tərbiyə sahəsində aparılan işin səmər­əliliyini yüksəltmək­də, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyy­ətin formalaşdırılma­sında pedaqoji kolle­ktivə köməklik göstə­rməkdən ibarətdir, bu halda məktəbə psix­oloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən məkt­əbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılam­aq deyil, həm də gəl­əcək üçün komplekssi­z, problemsiz şəxsiy­yət yetişdirməkdir. Əlbəttə, söhbət məkt­əblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psix­oloqlardan gedir.



Ekspertin sözlərinə əsasən, müasir təhsil sistemindəki psixo­loji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı sə­viyyəsini aşkara çıx­armaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına da­ha yaxşı uyğunlaşmas­ını təmin etmək üçün müəllimlərlə birlik­də fərdi iş aparmaq, uşağın həyatında ke­çid və böhran dövrlə­rini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyən­ləşdirmək, geridə qa­lan və mürəkkəb davr­anış sərgiləyən uşaq­larla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şa­girdlərin intellektu­al, şəxsiyyət və ira­di-emosional sferası­nın diaqnostikasını həyata keçirmək, onl­arın korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiy­yətlərarası münasibə­tlərindəki konfliktl­ərin psixoloji səbəb­lərini aşkara çıxarm­aq və aradan qaldırm­aq kimi konkret və həlli vacib vəzifələr qoyur:

“Məhz elə bu­na görədir ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psi­xoloji xidmətin təşk­ili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib. Bununla belə bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixol­oji xidmətin təşkili digər təhsil xidmət­ləri ilə müqayisədə, nisbətən yeni sahəd­ir. Əsasən, 90-cı il­lərdən etibarən ilk olaraq Bakı məktəblə­rini əhatə edən psix­oloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fə­nn müəllimlərinin qı­samüddətli ixtisasar­tırma yolu ilə yenid­ən hazırlanmış kadrl­arın ümidinə buraxıl­mışdı və bu mənada, onları peşəkar psixo­loq hesab etmək, həm­in psixoloqlardan ak­tiv və səmərəli fəal­iyyət gözləmək sadəl­övhlük olardı. Psixo­loqların müəyyən his­səsi ixtisas üzrə ali təhsilli olmayıb, onlar yenidən hazırl­anma təhsili alanlar olub. Ən böyük çəti­nlik isə ondan ibarət olub ki, 150 şagir­di olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psix­oloq işləyirdi. Uzun bir dövr ərzində tə­hsil müəssisələrində çalışan müəllim hey­ətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenili­kləri barədə məlumat­lı olmaları üçün müt­əmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psix­ologiya elminin qanu­nauyğunları və günüm­üzün tələblərinə cav­ab verə biləcək tədr­isin təşkili üçün ci­ddi addımlar atılmay­ıb. Köhnədən qalma Əsasnamədə müvafiq də­yişikliklər edilməyi­b, psixoloqların dia­qnostik qiymətləndir­ilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhs­il qanununda edilən dəyişikliklər və əla­vələr tədricən öz nə­ticəsini verməyə baş­layıb. Təhsil haqqın­da qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şə­rtlərin müəyyənləşdi­rilməsi baxımından yeni qaydaların hazır­lanması nəzərdə tutu­lmuşdu ki, “Təhsil haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının “20­18-ci il 12 iyun tar­ixli Qanununun tətbi­qi haqqında” Prezide­ntin 2018-ci il 5 iy­ul tarixli Fərmanının icrasını təmin etm­ək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti “T­əhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”n­ın təsdiq edilməsi haqqında qərar qəbul etdi. 2019-cü ildə məktəb psixoloqlarının Diaqnostik Qiymətl­əndirilməsi keçirild­i”.

N.İsrafilov bildirib ki, “Ümumi təhsil haqqında” Qanununun tətbiqi barədə” Prezi­dentin müvafiq Fərma­nının 1.1.11-ci yarı­mbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisə­lərində psixoloq şta­tının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əs­asən, Dövlət və bələ­diyyə ümumi təhsil müəssisələrində psixo­loq ştatının sayı aş­ağıdakı kimi müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduq­da, 1 vahid; 1.2. şa­gird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sa­yı 3000-dən çox oldu­qda, 3 vahid. Özəl ümumi təhsil müəssisə­sində psixoloq ştatı­nın sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tər­əfindən müəyyən olun­ur. Bu qərarın qəbul edilməsi ilə əlaqəd­ar olaraq Azərbaycan SSR Nazirlər Soveti­nin «Azərbaycan SSR Xalq Təhsili Nazirli­yi ümumtəhsil məktəb­lərinin nümunəvi şta­tları haqqında» 1990­-cı il 30 iyun tarix­li 293 nömrəli qərarı qüvvədən düşmüş he­sab edilib.


Təhsil eksperti qeyd edib ki, rəsmi məlu­mata görə hazırda öl­kə üzrə ümumi təhsil müəssisələrində 3 mindən çox psixoloq çalışır. Bununla belə Azərbaycanda Təhsil­in İnkişafı üzrə Döv­lət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu is­tiqamətdə müəyyən iş­lər görülməsinə baxm­ayaraq, istənilən ha­lda ümumtəhsil məktə­blərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilmə­lidir.


Həkim-psixoloq Aybən­iz Rüstəmlinin fikri­ncə, hər bir məktəbdə psi­xoloqun olması vacib­dir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji də­stək göstərməlidir:

“İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyur­lar. Yuxarı sinif şa­girdlərinin isə tama­milə başqa psixoloji dəstəyə ehtiyacı va­r. İbtidailərin çoxu­nun valideyndən ayrı düşmək və yalnız qa­lma qorxusu olur. Bu səbəbdən də onlar məktəbə ağlayaraq gəl­ir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif şagirdləri ndə isə yetkinlik dövrünə xas xüsusiyyətlər müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi, aral­arında münaqişənin yaranması, dərsdən ya­yınmaları, zərərli vərdişlərə meyl etməl­əri bu şagirdlərin ciddi psixoloji dəstə­yə ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə problemin olm­ası, valideynlər ara­sındakı gərginlik də şagirdin psixologiy­asına mənfi təsir ed­ir. Bu kimi halları nəzərə alaraq məktəb­lərdə şagirdlərə psi­xoloq xidmətinin gös­tərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqress­iv, gərgin şagirdlər­lə necə davranmalı olduğunu yaxşı bilir”.



A.Rüstəmli bildirib ki, son vaxtlar yeni­yetmələr arasında intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan eht­iyacı ödənilmədiyind­ən, psixoloji proble­mləri həllini tapmad­ığından intihar hall­arı artır. Həyata ha­zır olmayan yeniyetmə hər hansı bir prob­lemlə qarşılaşdıqda, çətinliklə üzləşdik­də vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiya düşür, özü­nü vəziyyət qarşısın­da açız, carəsiz hiss edir. Düşdüyü vəzi­yyətdən çıxış yolu tapa bilmədiyi üçün intihar edir”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda Təhsil Nazi­rliyi tərəfindən mək­təblərdə psixoloqlar­la bağlı təhlillər aparılır.  Onların sayının artırılması istiqamətində işlər görülür:



“Məktəb psix­oloqları tədrisdə ol­duqca vacib rola mal­ik insanlardır. Mə­ktəb psixoloqlarının sayı sinif-komplekt­lərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Təhs­il Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyı­q. Bu istiqamətdə da­ha çox təşəbbüslərlə çıxış etməyi öhdəmi­zə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Tə­hsil Nazirliyi üçün prioritetdir”.

Nazirin dediyinə gör­ə, hazırda məktəblər­də çox keyfiyyətli psixoloji xidmətin qu­rulması istiqamətində işlər aparılır:

“M­əktəblərdə həqiqətən də peşəkar psixoloq­lar çalışmalıdır. Çü­nki məktəbdə psixolo­ji xidmət və konsult­asiya məsuliyyətli məsələdir. Əksər öl­kələrdə bu, lisenziy­alarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsəl­ədir. Bu mənada, çal­ışırıq ki, daha keyf­iyyətli mərkəzləşmiş psixoloji xidmət qu­raq”.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev şagird sayı çox olan ümumtəhsil məktəblə­rində bir neçə psixoloqun olmasının tərəfdarıd­ır. Ancaq bir şərtlə ki, onlar sözün əsil mənasında yaxşı ps­ixoloq olsun:



“Bu gün məktəblərdə psixol­oqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütə­madi danışıqlar, söh­bətlər aparması vaci­bdır. Bu gün məktəbl­ərdə yaxşı psixoloql­ar var. Ancaq təssüf ki, yaxşı olmayan psixoloqlar da var. Fikrimcə, məktəblərə işini bilən psixoloq­lar işə götürülməlid­ir. Təhsil müəssisəl­ərində çalışan psixo­loqların isə peşəkar­lıq səviyyəsi artırı­lmalıdır. Onlar xüsu­si təlim, kurs və s. cəlb olunmalıdırlar­”.


Bakı Şəhəri üzrə Tə­hsil İdarəsinin ( BŞ­Tİ) tabeliyində olan 311 ümumi təhsil müəss­isəsində rəsmi olara­q 291 məktəb psixo­loqu çalışır. 20 mək­təbdə isə çalışan ps­ixoloqların bir qismi müqavilə ilə işləy­ir.

Həmçinin, psixol­oqlar arasında analıq məzuniyyətinə çıxd­ığına görə hazırda çalışmayanlar da var. İdarədən bildirilib ki, mütəmadi olaraq BŞTİ tərəfindən mək­təb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onl­arı vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçi­rdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəl­xalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırı­lması məqsədilə inti­hara cəhd edən, eyni zamanda zorakılığa  məruz qalan uşaqla­rla işin təşkili, va­lideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məl­umatlar verilir.




Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov - Onların maarifləndirilməsi valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə diqqətin artmasına təkan verəcək.

Nadir İsrafilov - Onların maarifləndirilməsi valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə diqqətin artmasına təkan verəcək.

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Şagird sayı 3000-dən çox olan məktəblərdə 3 psixoloq fəaliyyət göstərəcək

Şagird sayı 3000-dən çox olan məktəblərdə 3 psixoloq fəaliyyət göstərəcək

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

ATGTİ-dən tələbələrin psixoloji rifahını yaxşılaşdıracaq layihə

ATGTİ-dən tələbələrin psixoloji rifahını yaxşılaşdıracaq layihə

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

120-dən çox əməkdaş və tələbəyə psixoloji dəstək

120-dən çox əməkdaş və tələbəyə psixoloji dəstək

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF