AzTehsil.com


Xəbərlər / Psixoloq
06 mart 2021
1 416


Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar



Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

 

Naxçıvan Müəllimlər İnstitutunda "Məktəb psixoloqunun valideynlər və müəllimlər arasında apardığı psixoloji maarifləndirmə, psixoloji konsultasiya işinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Seminarda institutun Pedaqogika və psixologiya kafedrasının psixoloq müəllimləri və Naxçıvanın orta ümumtəhsil məktəblərindən 20 nəfər psixoloq iştirak edib.

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirib ki, müasir dövrdə psixologiya elminin sahələri sürətlə inkişaf edir və həmin sahələrdən biri də məktəbdə psixoloji xidmətdir:” Bu gün məktəbdə sağlam psixoloji iqlim yaratmaq üçün valideynlərin məktəblə əlaqəsinin düzgün təmin edilməsi və müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsi günün ən aktual məsələlərindəndir. Bu münasibətlərin düzgün qurulması isə məktəb psixoloqlarının biliklərinin müasir amillər nəzərə alınmaqla təkmilləşməsi əsasında mümkündür”.

Sonra institutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Nüşabə Məmmədova "Məktəb psixoloqunun valideynlər və müəllimlər arasında apardığı psixoloji maarifləndirmə, psixoloji konsultasiya işinin xüsusiyyətləri”  mövzusunda çıxış edərək bildirib ki, məktəb psixoloqunun vəzifələri içərisində şagirdlərin məktəbə adaptasiyasında, çətin tərbiyə olunan uşaqların tərbiyə edilməsində valideyn və müəllimlər  arasında aparılan psixoloji maarifləndirmə, psixoloji məsləhət işi xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə və konsultasiya işini həyata keçirmək üçün məktəb psixoloqu valideynləri və müəllimləri maarifləndirici materiallarla təmin etməli, müxtəlif yaş dövrlərinin psixoloji xüsusiyyətləri haqqında söhbətlər aparmalı, valideyn-məktəb əlaqələrinin qurulması üçün mütəmadi tədbirlər həyata keçirməlidir.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəb psixoloqlarını maraqlandıran suallar cavablandırılıb.



Загрузка...