AzTehsil.com


Xəbərlər / Psixoloq
25 fevral 2019
2 769


Məktəb psixoloqlarının I Ümumrespublika konfransı



Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

 

 
Yanvarın 25-də Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə məktəb psixoloqlarının I Ümumrespublika konfransı keçirilib.

Konfransda çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəblərdə psixoloji xidmətin təşkilinə və psixoloqların praktik fəaliyyətinə xüsusi önəm verildiyini qeyd edib. Nazir müavini bildirib ki, təhsil sisteminin başlıca vəzifələrindən biri milli-mənəvi və ümumbəşəri dəyərlərə, geniş dünyagörüşünə malik, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli şəxsiyyətin formalaşdırılmasıdır. Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması və təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas  istiqamət kimi qeyd edilib. Məhəbbət Vəliyeva bu işdə psixoloji xidmətin üzərinə düşən strateji hədəf və vəzifələri diqqətə çatdırıb. 

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev "Təhsil haqqında” Qanunda məktəblərdə psixoloji xidmətin təşkilinə dair əlavələr edildiyini xatırladıb. Bəxtiyar Əliyev qeyd edib ki, hazırda dövlətin və Təhsil Nazirliyinin bu sahəyə diqqəti böyükdür. İlk dəfə olaraq məktəblərdə psixoloji xidmətin təşkili qaydaları hazırlanaraq Nazirlər Kabinetinin təsdiqinə verilib. Gələcəkdə məktəb psixoloqlarının statuslarının yüksəldilməsi və onların fəaliyyətinin stimullaşdırılması gözlənilir.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu MMC-nin sədri Elnur Rüstəmov, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, professor Ramiz Əliyev, Vəfa Yaqublu, dosent Elxan Bəylərov, Aynur Bünyatova, Diyanə İbrahimova, Bahar Bəylərova, Mehriban Verdiyeva və Raziyə Quliyeva məruzələrlə çıxış ediblər.

Konfransda ixtisasartırma və yenidən hazırlanma, məktəb psixoloqlarının hazırlığı, məktəbdə psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, məktəbdə aşkar olunan psixoloji problemlər, təxəyyül məktəbinə keçid ilə bağlı məruzələr dinlənilib.

Sonda konfransda iştirak edən psixoloqlara sertifikatlar verilib.



Загрузка...
Həmçinin oxuyun:
Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

“Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir” - Məhəbbət Vəliyeva

“Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir” - Məhəbbət Vəliyeva

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi