Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?
Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik.
Nəzərə çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir.
Bəs, görəsən, orta məktəblərimizdə çalışan psixoloqlar öz vəzifə funksiyalarını necə yerinə yetirirlər? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?
Təhsildə psixoloji xidmət uşaqların, şagirdlərin psixoloji, sosial-psixoloji və tədrislə bağlı davranış, mənimsəmə və intellektual inkişaf problemlərinin həllinə yönələn, xüsusi üstünlüklərə malik universal xidmət sahəsidir. Ümumilikdə bu xidmət əqli və fiziki baxımdan aktiv inkişaf edən uşaq şəxsiyyətinin sağlam və hərtərəfli formalaşması üçündür. Təhsildə psixoloji xidmət bağçalarda, məktəbəqədər hazırlıq və orta ümumtəhsil müəssisələrində, ümumiyyətlə bütün növ orta məktəblərdə yaradılır.
Məktəb psixoloqları öz işlərini xüsusi üsullarla (psixokorreksiya, psxiokonsultasiya, psixodiaqnostika, koqnitiv terapiya və sair) həyata keçirirlər. Psixoloji xidmət orta təhsil sistemində bütün təlim və tərbiyə prosesini əhatə edən universal psixoloji, pedaqoji-psixoloji və sosial-psixoloji fəaliyyət sahəsidir.
Məktəb psixoloqu bütün şagirdlərlə, valideynlərlə, xüsusi hallarda pedaqoji heyətlə də işləyən "rəhbər işçi” sayılır. Şagirdlərin əqli-psixoloji sağlamlığına məsuliyyət daşıyır, nəticədə dərs ilinin sonunda onların sinifdən-sinfə keçirilməsini şəxsi işlərdə öz imzası ilə təsdiqləyir. Bundan əlavə, məktəb psixoloqları 1-ci sinfə qəbulla bağlı yaradılan psixoloji-tibbi-pedaqoji komissiyanın üzvüdür. Ona görə də, əksər məktəbdə psixoloqlar məktəb direktorlarının yaxın köməkçiləri kimi fəaliyyət göstərir.
Məktəb psixoloqlarının başlıca vəzifələri
* Məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir.
Məktəb psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir. O, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyənləşdirərək onları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlamalıdır.
Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meyilli olan uşaqları, habelə ümumi və xüsusi istedadlı uşaqları üzə çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparmalıdır.
* Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə məsləhətlər verir; təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlara məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümumməktəb və valideyn yığıncaqlarında iştirak edir.

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb psixoloqları üçün seminar

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Təhsildə Psixoloji Xidmət Bölməsi

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

Məktəbə hazırlığın təşkili Qaydaları

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji fəalliyətin köməyi ilə....

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Sinif rəhbəri haqqında əsasnamə

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Təhsil Nazirliyi müsabiqə elan edir

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA