AzTehsil.com


Xəbərlər / Psixoloq
06 dekabr 2017
3 689


Bakı məktəblərində psixoloqların işi YOXLANILIR



Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz olaylar təhsil ocaqlarındakı psixoloqların işini  gündəmə gətirir.


Görəsən, məktəblərdə psixoloqların fəaliyyətinin yoxlanılması üçün monitorinqlər təşkil edilirmi? Psixoloqların iş fəaliyyətində ümumi vəziyyət necədir?


Aztəhsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə bu istiqamətdə mütəmadi olaraq  monitorinqlər keçirilir:


"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017–ci ildə paytaxtın 12 rayonu üzrə ümumi təhsil müəssisələrində  məktəb psixoloqlarının ilkin monitorinqi keçirilib.  Monitorinqin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkar ehtiyaclarını müəyyənləşdirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini öyrənməkdən ibarətdir.


Ümumiyyətlə BŞTİ  tabeliyindəki ümumi təhsil müəssisələrində vaxtaşırı psixoloqlar ilə görüşlər keçirilir. Görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir. Görüş zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri "Məktəbdə psixoloji xidmətin təşkili" mövzusunda təqdimatlarla çıxış edirlər”.

 

İdarədən verilən məlumatda qeyd edilib ki, görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri də müzakirə olunur:


"Görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlər haqqında danışılır və qarşılıqlı müzakirələr aparılır. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr də verilir.


Görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri müzakirə olunur, psixoloqlara bu istiqamətdə müvafiq alətlər və metodik tövsiyələr təqdim edilir.


Həmçinin, paytaxtın bütün ümumi təhsil müəssisələrinin rəhbər, müəllim və digər əməkdaşları üçün hər tədris ili ərzində 2 dəfə təşkil olunan "Məktəb seminarları” çərçivəsində məktəb psixoloqları ilə də görüşlər və müzakirələr aparılır. Sonuncu seminarların mövzusu "Şagirdlərin idrak sferasının korreksiyası və inkişaf etdirilməsi yolları” olub. Seminarda psixoloqları narahat edən əsas məsələlər ətrafında diskussiyalar təşkil olunur”.

 

BTŞİ-nin məlumatına görə, dekabrın 2-ci ongünlüyündən başlayaraq məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək:


"Eləcə də məktəb psixoloqları şagirdlərin təfəkkür, təxəyyül, diqqət, hafizə və nitq sferalarındakı qüsurlarını aradan qaldırmaq üçün əyani alətlərlə təmin ediliblər.


Dekabrın 2-ci ongünlüyündən başlayaraq, BŞTİ tərəfindən məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək. Monitorinqin məqsədi  məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi, iş şəraiti və iş prosesləri ilə tanış olmaqdan ibarətdir”.




Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu