AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Video
10 iyun 2020
1 929


“Məktəb psixoloqundan tövsiyələr”: XXXI videoçarx



“Məktəb psixoloqundan tövsiyələr”: XXXI videoçarx

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

"Məktəb psixoloqundan tövsiyələr” adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 31-ci videoçarxda 89 nömrəli tam orta məktəbin psixoloqu Ləman Məmmədova "Həyəcanlı uşaqlar” mövzusunda tövsiyələrini təqdim edir.

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Məktəb psixoloqundan tövsiyələr: Həyəcanlı uşaqlar https://www.youtube.com/watch?v=2Ef79eUbdLs&t=1s



Загрузка...