AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
08 iyul 2021
2 122


Uşaqların xüsusiyyətləri



 

Məktəbəqədər dövr uşağın failiyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir .
 
Məqsədəyönəlişliyin əsası qoyulur . Böyüklərin qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının sonunda uşaqlar öz hərəkət və failiyyətlərindəki qüsurları hiss etməyə başlayırlar . Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə başlayır . Məktəbəqədər yaş dövründə həm ümumi , həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır . Uşaqların təbii olaraq fiziki , sosial – emosional , əqli inkişaflarında dəyişikliklərin baş verməsi onlarda eyni zamanda müxtəlif xüsusiyyətlərin yaranmasına gətir . Aşağıda müxtəlif xüsusiyyətli uşaqlarla bağlı məlumatlar verilmişdir :

AQRESSİV UŞAQLAR

Əksəriyyətimizin qorxmasına baxmayaraq , uşaqların qəzəblənməyi və aqressivliyi çox təbii haldır . Uşaqlar təbiətcə qəddar ola bilməzlər . Onların aqressiv davranışlarının daima səbəbi vardır . Qəzəb uşağınıza təsir göstərən hər – hansısa daxili və ya xarici amillərin nəticəsidir . Adətən aqressiya – daxili narahatlılığın , ətraf mühitdə baş verən hadisələrə necə reaksiyə verməli olduğlarını bilmədiklərindən yaranır . Lakin , bəzən uşaqlara kömək etməsək , bu davranış daimi xarakter alıb , zamanla onun şəxsi xüsusiyyətinə də çevrilə bilər . Sizin uşağınızın aqressiv davranışının səbəbləri :
• Onu incidirlər və ya xətrinə dəyirlər . Uşağa qarşı olan ədalətsiz yanaşma onda təbii qəzəb hissi yarada bilər , hansı ki , müvafiq olaraq onda özünü müdafiyə etmə mövqeyini salır .
• Onun şəxsi sərhədlərinin pozulması : Onun oyuncaqlarını icazə almadan götürmək , onu vurmaq , oyunu dayandırmaq və s .
• Yorulub , xəstələnib və ya qorxması . Qəzəb çarəsizliyinin , gücsüzlüyünün göstəricisi ola bilər .
• Yetərli dərəcədə diqqət almamasi , uşaq sevgi və qayğı yetərsizliyi yaşadıqda , aqressiya və qəzəblə diqqəti özünə cəlb edir .
• Ailədə kimsə acıqlı və ya gizli aqressiv davranış göstərir . Uşaq valideynlərinin davranışını təkrarlayır və hesab edir ki , bu davranış təbiidir. Özünü hər – hansısa səbəbdən müdafiyəsiz hiss edir . O digərlərinə birinci hücum edərək , sanki o təsəvvüründəki aqressoru ” qabaqlayir ” .
• Daima özü haqqında narazıçılıqlar eşitdiyi üçün , o özünü ” pis uşaq ” hesab edir . Bu yaş dövründə uşaqlar tənqidi və narazılığı özü ilə daşıya bilmir , digərlərin günahlandıraraq və tənqid edərək onlardan canını qurtarmaq istəyir .
• Hər – hansısa travmatik bir hadisə ilə qarşılaşıb : kədər , yaşadığı mühitin dəyişməsi , güclü qorxu , şiddət və ya stress
Aqressiv davranışın növləri : Aqressiv davranış müşahidə oluna bilər :
• Sözlü formada – uşaq qışqırır , qeyri – etik ifadələrdən istifadə edir , təhdid edir , öz həmyaşıdlarını təhqir edir .
• Fiziki formada – uşaqlara və ya böyüklərə hücum edir , qışqırır , dalaşır , dişləyir , təpikləyir , itələyir , uşaqların əşyalarını ətrafa tullayır , oyuncaqları sındırır , digər uşaqların dəftərlərini cırır və s . Aqressiya birbaşa və ya dolayı xarakter də daşıya bilər . Uşaq ona edilən xahişləri qulaqardına vurur , sizi ” eşitmir ” , xəbərçilik edir , öz həmyaşıdı cəza alsın deya , hər – hansısa neqativ davranışa onu təhrik edir , digərlərini manipulyasiya edir . Qəbul olunan aqressiv davranış növləri ( dəstəklənə bilinən ) :
Uşaqlara müxtəlif növ aqressiyanın ifadə ( dava , müharbə , partlayış və s ) olunduğu şəkilləri çəkməyə icazə vermək ;
əşyalarla oynamaq ( öz əli ilə yaratdığı obyetləri dağıtmaq , sındırmaq , oyuncaqları ətrafa atmaq , tullamaq ) ; etrazını bildirmək ( ” yox ” demək ) , lakin bunun səbəbini də izah etməsi məsləhət olunur ( ” niyə ? ” ) , əşyaları sındırmaq ( əgər çox dəyərli deyillərsə ) ; yastıqları , idman oyuncaqlarını vurmaq , kimləsə güləşmək ( hər iki tərəfin razılığı ilə ) , idman oyunları ilə məşğul olmaq və s .
Qəbul olunmayan aqressiv davranış növləri ( mütləq dayandırılması tələb olunan ) : Uşağa digər uşaqları təhqir etmək və alcaltmasına , hər növ canli obyektlərə qarşı fiziki şiddət göstərməsinə ( heyvanlar və insanlar ) , digər insanların hissləri ilə oynamasına , onları neqativ davranışa təhrik etməsinə icazə vermək olmaz .
Böyüklər bilməlidir :
1. İlk öncə aqressiv davranışın səbəbini araşdırmalısınız .
2. Uşağın tələbatına və istəklərinə qarşı diqqətli olmalısınız . Bilməlisiniz ki , uşağın aqressiv davranışı – bəzən uşağın çarəsiz halda ” günəş altında öz yerini tapma ” çabasıdır . Uşaq digər üsullarla özünü necə müdafiyə edə və ya özünə diqqəti necə çəkə bilər bilmir . Qəzəb onu pis insan etmir , adətən onun məmnunsuzluğunun təbii göstəricisidir , özünü müdafiyə etməyə imkan verən bir energiyadır .
3. Bilməlisiz ki , aqressiv davranışı qəddar və ya aqressiv şəkildə aradan qaldıraraq siz o xüsusiyyəti düzəltmirsiniz , əksinə daha da gücləndirirsiniz . Lakin bu o demək deyil ki , siz o davranış modelinə heç diqqət yetirməməlisiniz . Belə halda uşaq hesab edə bilər ki , bu davranış böyüklər tərəfindən qəbul olunandır , və nadir ( tək ) davranış sonda vərdişə çevrilə bilər . Uşaqların arzuolunmayan davranışlarına aqressiv reaksiya verməmək və bunun sistematik , davamlı olması vacibdir . Uşaqların sadəcə müəyyən davranışını müzakirə etmək lazımdır , şəxsiyyətini deyil . Uşaq onu sevdiyinizi hiss etməlidir , lakin bu davranışınızı qəbul etmədiyinizi və dəstəkləmədiyiniz də bilməlidir .
4. Qəbul etməlisiniz ki , uşaqları tez – tez cəzalandırmaq , əmr vermək , qadağalar qoymaq uşağın öz qəzəbini boğmağına səbəb ola bilər . İfadə olunmayan qəzəb və ya aqressiya isə , nəticədə daxili aqressiyaya çevrilə bilər ( autoaqressiya ) . Məsələn , uşaq dırnaqlarını yeyir , tez – tez zədələnir, tez – tez xəstələnir və s . Nəticə etibarı ilə , bu hallar formalaşma mərhələsində olan uşağın şəxsiyyətinə təsir göstərib , onda passiv aqressiv xüsusiyyətlərin yaranmasına səbəb ola bilər ( özündən tez çıxma , digərlərini incitmə və s . )
5. Baş verən hadisələrə sakit reaksiya verin , əhəmiyyətsiz və ya kiçik aqressiv davranışı bəzən gözardı edin . Əgər uşaq qəzəbini sərhədlər çərçivəsində və dəstəklənən formada çıxardırsa ona bunu etməyə imkan verin , onu dinləyin və sonra diqqətni başqa şeyə yönləndirin .
6. Öz neqativ emosiyalarınızı idarə edin . Uşaq aqressiv davranış göstərdikdə , bu sizdə də neqativ hisslər oyadır ( əsəb , qəzəb , qiciqlanma , qorxu , carəsizlik və s ) Uşağın hisslərinin təbii olduğunu qəbul etməlisiniz , onun səbəbini , gücünü , xarakterini müəyyən edib , uşaqla müsbət və konstruktiv münasibətinizi , mövqeyinizi qoruyub saxlamalısınız .
7. Bilməlisiniz ki , siz ona nəyisə qadağan etdikdə , sizin də olduğu kimi uşağın da sonra öz qəzəbini ifadə etməyə haqqı var . 8. Onun diqqətini ətrafdakı insanların və sizin qəzəb yaradan hallara necə reaksiya verdiyinizə , emosiyaların ifadəsində hansı davranış modellərini istifadə etdiyinizə yönləndirin . Böyük ehtimal uşağınız da sizi təkrarlıyacaqdır , təqlid edəcəkdir .
9. Aqressiv səhnələr olan verlişlərdən , filmlərdən , oyunlardan və s . uşağı mümkün dərəcədə uzaq tutun .
10. Ona öyrədin :
a. Öz emosialarını və digər insanların emosiyalarını anlamağı .
b. İnsanların hisslərinə şərik olmağı ( empatiya hissi )
c. Qəzəbini qəbul edilən , konstruktiv üsullarla ifadə etməyi .
d. Öz narazılığını digərlərini manipulyasiya edərək deyil , aciq və müəyyən üsullarla ifadə etməyi
e. Digər insanlara hücum etmədən , öz şəxsi sərhədlərini qorumağı
ə. Öz davranışlarının məsuliyyətini hiss etməyi
11. Ən əsası , öz uşağınıza və ətrafdakı insanlara qarşı pozitiv yanaşın
• Unutmayın , müsbət nəticəni yalnız yüxarıda qeyd olunan tövsiyyələri sistematik , davamlı şəkildə tətbiq etdikdə ala bilərsizniz. Uşağın hisslərinə , tələbatlarına və ya istəklərinə qarşə səbrli və diqqətli olmaq çox vacibdir .

HİPERKATİV UŞAQLAR

Adətən biz aktiv , qorxmayan , canlı emosiyalara malik olan , özünü ifadə etməkdən çəkinməyən və s kimi uşaqlara hiperaktiv uşaqlar deyirik . Lakin , hiperaktiv uşaqları , sadəcə aktiv , nümayişkar , tez özündən çıxan , emosional uşaqlardan ayırmağı bacarmalıyıq . Hiperaktiv uşaqların davranışı həddindən artıq aktivliyi , impulsivliyi , yüksək emosionallığı ilə fərqlənir . Belə uşaqları idarə etmək çətindir , onlar böyüklərin qoyduqları qadağalara və ya məhdudluqlara riayət etmirlər , hər situasiyada eyni dərəcədə aktivdirlər , qaçırlar , səs salırlar ( evdə , dərsdə , mağazada , bağçada , həyətdə və s . ) . Onlar eyni zamanda tez və çox danışırlar , böyüklərin sözlərini sonuna qədər dinləmirlər , sözlərini kəsirlər , çoxlu suallar verirlər , lakin cavabları adətən sona qədər dinləmirlər . Bu uşaqlar diqqətlərini nəyəsə cəmləməkdə çətinlik çəkirlər və bir qayda olaraq başladıqları işi / oyunu sona qədər çatdırmırlar . Adətən münaqişələrə səbəb olurlar , öz aqressiv davranışlarını idarə edə bilmirlər – uşaqları itələyirlər , dalaşırlar və s .
Hiperaktivliyin yaranma səbəbləri :
• İrsiyyət
• Hamiləlik və ya doğum zamanı yaranan patologiya
• Baş beyin travması
• İlk aylarda keçirdiyi infeksion xəstəliklər

Hiperaktiv davranışın davamlılığına və ya yüksəlməsinə səbəb əlverişsiz sosial mühit , psixoloji amillər də ol bilər . Adətən bura ailə amili daxil olur .
Ailədə diqqətin yetərsiz olması :
• Ailədə münaqişələrin tez – tez olması
• Fiziki şiddətin olması və s .
Hiperaktivliyin əlamətləri :
1. Hiperaktivlik – hərəkətli uşaqdır , bir yerdə uzun müddət otura bilmir , çox , lakin məqsədsiz hərəkət edir ( qaçır , fırlanır , yerində yellənir ) , sakit oynaya və ya nə iləsə məşqul ola bilmir , daim hərəkətə istiqamətlənib və özünü ” mator ” kimi aparır , danışqandır .
İmpulsivlik – Düşünmədən və sona kimi dinləmədən suallara cavab verir , müxtəlif situasiyalarda öz növbəsini gözləməkdə çətinlik çəkir , sözü tez – tez kəsir , ətrafdakılara mane olur
2. Diqqət pozuntusu – Uşaq diqqətini cəmləyə bilmir və diqqətsizliyinə görə tez tez səhv edir , çalışmanı yerinə yetirərkən və ya oyun zamanı diqqətini saxlamaqda çətinlik çəkir , kənar təsirlər diqqətini tez yayindirir , qarşıya qoyulan çalışmanı sona kimi yerinə yetirə bilmir , qulaq asır , lakin elə görünür sanki eşitmir , daimi diqqət tələb edən işlərdən qaçır , təşkilatçılığı pisdir , tez – tez evdə və məktəbdə gərəkli olan ( karandaş , kitab , alətlər , oyuncaqlar ) şəxsi əşyalarını itirir , unutqandır . Belə uşaqların emosiyaları tez – tez güclü və parlaqdır , nitqi isə yüksəkdir . Böyüklərin bilməsi vacibdir :
• Yadda saxlayın , hiperaktiv uşağın kimisə incitmək va ya qəzəbləndirmək kimi məqsədi yoxdur . O yalnız davranışlarını və duyğularını, hisslərini yaxşı idarə edə bilmir . Uşağın qacmaq , oynamaq və səs salmaq kimi təbii ehtiyaclarını məhdudlaşdırmaq faydasızdır . Onlara qəti şəkildə aktiv hərəkətləri qadağan etməyin . Uşağa qışqırmayın uca səs onun beyninin aktivliyini yüksəldir . Onun sakitləşməyən enerjisini konstruktiv yolla çıxatrmasına şərait yaradın , onun diqqətini başqa məşğuliyyətlərə yönəldin , imkan daxilində ona fəal hərəkət etməyi təklif etmək daha yaxşıdır : məsələn , qoyun o nəsə gətirsin , aparsın , lövhəni silsin və s . Uşağı sakitləşdirmək üçün onun əlini tutun , başını sığallayın , qucaqlayın . Onu təmkinliklə , sakitliklə başladığı işi sonuna kimi çatdırdığı zaman tərifləyin . Özünü pis apardıqda nə olursa olsun onu üzr istəmək məcburiyyətində qoymayın .
• Belə uşağın tərbiyəsində əsas məqsəd — ona öz aktivliyini və impulsivliyini saxlamağı öyrətmək deyil , ona özünü idarə etməyi öyrətməkdir .
• Hiperaktiv uşaqlar üçün aktivlik , fəallıq , təmiz havada su , qum və digər kiçik materiallarla dərslər çox faydalıdır . Kiçik motor bacarıqlarını idarə etməklə , uşağ özünü idarə etməyi öyrənir . Rejim hiperaktiv uşaqlar üçün çox vacibdir , lakin onlar çox sərt olmamalıdır . Hiperaktiv uşağı qınayıb , tənqid etməkdən çəkinməyin , çünki bu , onun çox da yüksək olmayan özünə inamını azaldacaq , təşvişini isə yüksəldəcəkdir . Bunlar isə öz növbəsində onun hiperaktivlik simptomlarını artıracaqdır . Uşaqlar beynlərinin aktivliyi üçün günahkar deyilər , ona görə onları daima danlamaq və cəzalandırmaq faydasızdır. Uşaq üçün öz daxili potensialını reallaşdırmaq çox vacibdir . Hərəkətlərində görünən uyğunsuzluğuna baxmayaraq o faydalı , yaxşı , sevilən uşaq olmaq istəyir . Bunun üçün ona kiçik tapşırıqlar vermək lazımdır və sonda etdikləri iş mükəmməl olmasa belə , onu etməyə sərf etdikləri bütün əməyə görə təşəkkür etmək vacibdir . Tərbiyədə həddindən artıq yumşaqlıq və ya həddindən artıq şiddətdən qaçmaq lazımdır . Müxtəlif vəziyyətlərdə davranış qaydalarını açıq şəkildə izah edin və ondan onların davamlı olmasını tələb edin .

UŞAQLARDA YARANAN QORXULAR

Uşaqlar fiziki cəhətdən zəif olduqları və özlərini müdafiə edə bilmədikləri üçün qorxu onlara xas olan xüsusiyyətdir . Həyatın müəyyən dövrlərində qorxu bilinməyən və ya tanış olmayan situasiyalara qarşı təbii reaksiyadır . Lakin , zaman keçdikcə uşaqların təhlükə yaradacaq vəziyyətlərlə başa çıxması üçün müxtəlif bacarıqları inkişaf edir . Yalnız bəziləri obsesif şəkildə qorxu hissləri keçirirlər və zamanla bu daha da şiddətlənir ( məsələn itlərdən qorxu , qaranlıqdan qorxu VƏ S. ) Bütün uşaqlar qorxularını idarə etməyi bacarmalıdırlar , əsasən də bu qorxular onların həyatında maneələr yaradırsa . Sizin övladınız da tez – tez qorxu hissini keçirirsə səbəblari aşağıdakılar ola bilər :
• Təxəyyülü inkişaf edib
• Zəif sinir sisteminə malikdir , həssasdır
• Hər hansı bir hadisə nəticəsində onun təhlükəsizliyi pozulub , psixoloji travma alıb , ailəsində və ya çevrəsində itki , ağır xəstəlik , və ya başqa səbəbi ona başa salınmayan hadisə yaşanib. Böyüklər uşağa hiperhimayə göstərirlər , ona hər hansı iş və ya vəziyyətlə sərbəst başa gəlməsinə imkan yaratmırlar , o öz gücündən əmin deyil və tamamən böyüklərdən asılıdır
• Onu yaşadığı qorxulara görə cəzalandırır və ya günahlandırırlar. Uşaqlar əsasən qorxurlar . Yaxınların itkisindən ( əsasən ananın ) , öz ölümlərindən , xəstəlikdən , qaranlıqdan , heyvanlardan , yatmaqdan , izahı olmayan hadisələrdən ( ruhlar , yad planetlilər , səslər , kölgələr , canlanan oyuncaqlar və s . ) , nağıl qəhrəmanlarından , dəyişikliklərdən , gələcək hadisələrdən , yeni failiyyətdən , tanımadıqları insanlardan , digər uşaq və böyüklər tərəfindən göstərilən agressiyadan , – bütün onlara təhlükə yarada biləcəyini düşündükləri hallardan. Uşaqların qorxularının yaş spesifikasi mövcuddur . 2-3 yaşlarında uşaq ağrıdan , cəzalandırılmaqdan ( məsələn həkimdə olarkən ) , yüksək səslərdən , qapalı məkandan , yalnızlıqdan , və əsasən da qaranlıqdan qorxur . 3-4 yaşlarında isə onların fantaziyalarının inkişafı ilə bağlı qorxular yaranır ( məsələn nağıl qəhrəmanları ) . 6-7 yaşlarında ( bəzən də daha tez ) ölümdən qorxu daha çox yaranır . Böyüklərə bunları bilmək vacibdir
• Uşaq qorxuları normaldır və əksər hallarda qaçılmazdırlar . Çünki uşaqlar özlərini böyüklərlə müqaisədə balaca və gücsüz hiss edirlər .
• Qorxu real və ya potensial təhlükəyə qarşı sağlam reaksiyadır . Qorxu subyektivdir . Əgər siz müəyyən bir haldan qorxmursunuzsa bu sizin yanınızdakının da bu haldan qorxmamalı olduğu anlamına gəlmir .
• 5-6 yaşdan başlayaraq uşaqlar ölüm mövzusunu dərk etməyə və bu haqda daha çox düşünməyə başlayırlar . Bu onlar üçün təbii bir haldır .
Uşaq qorxularına necə reaksiya göstərməli, onları məntiqi yollarla başa salıb və qorxmamaq lazım olduğunu deməyin . O artıq qorxur və məntiqiniz ona kömək etməyəcək . « Mən səninləyəm » desəniz ona daha çox yardım etmiş olacaqsınız . Qorxuları daha yumuşaq şəkildə qarşılamaq , qəbul etmək , uşağı dəstəkləmək və anlamağa çalışmaq .
Uşağı qorxuya görə danlayırsınızsa o özgüvənini itirərək özünü daha gücsüz və pis hiss edəcək . Danlayaraq onu qorxudan azad etməyəcəksiniz , əksinə gələn dəfə artiq qorxularını sizinlə bölüşməyəcək və içində yaşayaraq daha da böyüdəcək . • Bir mənə bax – mən heç qorxuram ?! Deməyin heç bir xeyri yoxdur . Siz yetkin , böyük və güclüsünüz . Sizin üçün qorxmamaq çox asandır . Uşaq isə sizdən dəfələrlə balaca və gücsüz olduğunu anlayır . Mən qorxmuram kəliməsini , sən daha zəifsən mənasında deyil , lakin mən səni qoruya bilərəm mənasında işlədə bilərsiniz . Qorxunu yalnız yaşayaraq onu fəth etmək mümkündür , iradə yolu ilə bu mümkünsüzdür . Bunu isə öz içində və ya başqa bir kəsdə dayaq hiss etdikdə yaşamaq mümkündür . Uşağı qorxuya gətirən mövzulardan qaçmağa ehtiyac yoxdur . Əgər o sizinlə öz qorxusu haqqında danışmaq istəyirsə onu dinləyin . Qətiyyən onun qorxularına gülməyin . Bu zaman o özünə qapanıb qorxusu ilə başbaşa qala bilər . Qorxu haqqında danışmaq onun təsir gücünü xeyli azaldır . Uşaqlar tez – tez qorxularının rəsmini çəkir və ya canlandırırlar . Oyun və rəsm onların təxəyyülündə olan reallığı yaşamağa kömək edir , yaşadıqlarına emosional şəkildə reaksiya göstərirlər . Bu prosesə uşaq sizi dəvət etmədiyi müddətdə müdaxilə etməyin . . Onlarda qorxularını sizinlə bölüşmək istəyi varsa bu qorxunu plastelindən düzəltməklərini , onunla söhbət etməyini və ya onun haqqında xoşbəxt sonluqlu nağıl yazmaqlarını istəyə bilərsiniz .
• Gecə qorxuları yaşandığı zaman yatmadan öncə müxtəlif sakitləşdirici rituallardan istifadə edə bilərsiniz . Göstərdiyiniz sakit , mülayim , münasibət uşaqlara hüzurla yatmağa kömək edə bilər .
• Ən gözəl təsir göstərəcək yol onlar qorxu yaşadıqları zaman yanlarında olmaqdır . Nə üçün qorxduqları , nə baş verə biləcəyi haqda suallar verə bilərsiniz , birlikdə çıxış yolu düşünə bilərsiniz .
• Evdə və sinifdə elə bir şərait yaratmaq vacibdir ki uşaqlar özlərini təhlükəsizlikdə hiss etsinlər . Güvənə biləcəyi böyükləri yanında hiss etmək onlar üçün ən vacib müdafiyədir . Psixoloqa müraciət etmək vacibdir , əgər … Uşaqda eyni xarakterli qorxular təkrarlanırsa
• Siz onunla qorxulardan və ya ölümdən necə danışacağınızı bilmirsinizsə uşaqda hər hansı aldığı bir psixoloji travma nəticəsində təhlükəsizliyi ilə əlaqələnən davranış dəyişikliyi müşahidə olunur
• Ailədə uşağa başa salmaqda çətinlik çəkdiyiniz itki vəya digər hallar baş verib.

ASTAGƏLLİK

Bu uşaqlar asta geyinirlər , asta yemək yeyirlər , xahişlərə və ya böyüklərin müraciyətlərinə asta reaksiya göstərirlər . Bundan da əlavə öz astagəlliklərindən özləri belə zərər görürlər . Böyüklər onlardan qiciqlanırlar , danlayırlar , cəzalandırırlar . Ən əsası da onlar tədris zamanı əziyyət çəkirlər . Bunlar hamısı onların inkişafında öz izini buraxır , və belə uşaqlar əksər hallarda özlərinə qapanırlar və ünsiyyətdən qaçırlar . Astagəl uşaqlar yalnız hərəkətlərinin yavaşlığı ilə fərqlənmirlər . Onların idrak prosessləri də astalığı ilə seçilir , məsələn bir suala cavab vermək və ya misal həll etmək üçün ilk növbədə fikirlərini cəmləməlidirlər . Yetərincə olmayan cəldlik onların danışıqlarında da müşahidə olunur , onlar sözləri uzadaraq deyirlər və gərəkdiyindən çox pauzalar edərək fikirlərini ifadə edirlər . Astagəllik xas olan uşaqların başqa bir xüsusiyyəti isə yeni failiyyətə keçməkdə çətinlik çəkmələridir . Belə uşaqlar stereotip sayılan hərəkətlərə , vərdiş etdikləri oyunlara meyillidirlər . Uşaqların astagəlliyinin səbəbi onların mərkəzi sinir sisteminin özünəməxsus fəaliyyəti ilə və sinir prosesslərinin az hərəkətli olması ilə əlaqəlidir . Bu xüsusiyyətlər , daha doğrusu onun hərəkərtlərinin tempi isə anadangəlmə olan xarakter daşıyır . Astagəl uşaqlara necə yardım etməli :
• Başa düşmək lazımdır ki uşaq sizin acığınıza deyil sinir sisteminin xüsusiyyətinə görə asta hərəkət edir . Onunla göstəriş vermədən və günahlandırmadan ünsiyyət qurmağa çalışın . Sakit ton və mülayimlik qışqırmaq və cəzalandırmaqdan daha effektiv nəticə göstərəcək .
• Onunla birlikdə iş gördüyünüz zaman əsəbləşməyin və onu tələsdirməyə çalışmayın . Belə rəfdar onun reaksiyasını daha da astalada bilər . Zamanı onun tempinə görə hesablayın . Məsələn tələsmədən səbrlə onun yuxudan qalxmağını ( astagəl uşaqlara 5-10 dəqiqə sadəcə uzanmaq üçün lazım olur ) , əl – üzünü yumağını , səhər yeməyi yeməyini gözləyin . Bunları nəzərə alaraq onu daha tez yuxudan oyadın . Uşağı tələsdirmək bir tək nəticəsiz deyil həm də ziyandır , çünki bu zaman uşağda nevroz təhlükəsi yaranır . • Kiçik məktəblilər zamanı bir prosess olaraq qəbul etməkdə çətinlik çəkirlər . Onlara zamanı izləməyi öyrədin . Bunun üçün sizə dəqiqələrin keçdiyini vizual şəkildə əks etdirən qum saati kömək edə bilər . Qum aşağı töküldükcə oyuncaqları yığmaq və ya geyinmək , yemək yemək ona sərbəst şəkildə öz sürətini dəyərləndirməyə kömək edəcək . Uğurlarına görə onu tərifləyin , əgər zamanı çatdırmadısa danlamayın . Kiçik yaşda uşaqlara uzun göstərişlər verməyin . Onlar qısa və konkret olmalıdırlar . Məsələn ” Get öz gödəkçəni gətir ” Bəzi uşaqlara söz demək bəs etmir , onlarla vizual və toxunaraq kontakt qurmaq məsləhətlidir . Məsələn ona yaxınlaşaraq başını sığallayın , gözlərinin içinə baxın və bir xahiş edin . Belə müraciyət üsulu daha effektivdir .
• Onların şəxsiyyətləri haqqında mənfi qərar vermək üçün tələsməyin . « Həmişə gecikirsən ! » « Çox tənbəlsən ! » kimi onların hərəkətlərini ümumiləşdirəcək kəlimələr işlətməyin . Onunla elə rəftar edin ki sanki siz ondan hər şeyi vaxtında yerinə yetirəcəyini gözləyirsiniz .
• Günün rejimini qurun və ona tam riayət edin . Astagəl uşaqlara gündəlik işlərin qaydasına öyrəşmək daha asandır . Əgər o hər gün eyni zamanda yuxudan qalxirsa yemək yeyirsə dərs oxuyursa və s , ona qarşısında duran məsələlərlə başa çıxmaq daha asan olacaq . Uşaqla gələcək günün planını qurun , müzakirələr edin . Birlikdə neçədə qalxacağını , məktəbə hazırlaşmaq üçün nə qədər vaxt sərf edəcəyini düşünün . Məşqlərə zaman ayırın . Gündəlik 10-15 dəqiqə məşqlərə sərf etmək sinir sisteminin fəaliyyətini cəldləşdirir . Məşqlərin oyun formasında keçirilməsi məsləhətdir . Əzələləri hərəkətə gətirən çalışmalar , hərəkət tempinin tez – tez dəyişdirildiyi oyunlar xüsusən kiçik yaş qrupları üçün faydalıdır . Məsələn uşaqla əl çalmağı , barmaqlarını müxtəlif sürətlə büküb açmağı , yavaş yavaş gəzməkdən başlayıb sürətin artırılması kimi oyunlar oynamaq olar .
• Hər hansı bir failiyyəti müsbət emosional fonda yaratmaq vacibdir . Yaxşı əhval ruhiyyə onlarda sureun artırması kimi oyunlar oynan raq orar .
• Hər hansı bir fəaliyyəti müsbət emosional fonda yaratmaq vacibdir . Yaxşı əhval ruhiyyə onlarda oyun zamanı yarandığı üçün onlardan sürətlərini artırmaları gərəkən məqamda oyun elementləri istifadə etmək olar . Özünüzü və uşaqları bu fikrə alışdırın : onun astagəl olmağı onun pis ya da yaxşı olduğu anlamına gəlmir . O sadəcə olduğu kimidir və onu belə də qəbul etməliyik .



Загрузка...